Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ƏRAF BEHİŞT VƏ CƏHƏNNƏM ARASINDA



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə97/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   93   94   95   96   97   98   99   100   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

ƏRAF BEHİŞT VƏ CƏHƏNNƏM ARASINDA 
Əraf barədə 3-cü baxış, nəzər budur ki, o, Behişt və 
Cəhənnəm arasında bir yerdir. Orada ağılsızlar, az 
ağıllılar, dünyadan körpə getmiş uşaqlar yerləşər. Burada 
nə Behişt neməti, nə də Cəhənnəm əzabı var. 
BÖYÜK VƏ HƏMİŞƏLİK NEMƏTLƏR 
Allah-Taala dünyadan iman və təqvayla gedənlər üçün 
axirətdə gözəl məkan qərar vermişdir. Allah bu 
mehmanxanada Özünə və həmin aləmin vüs”ətinə layiq 
növbənöv nemətlər tədarük etmişdir. Bu həqiqətin və 
onun xırdalıqlarının dərki bu dünya əhli üçün qeyri-


 
МӘАД 
148 
mümkündür. 
(Eynən, 
ana 
bətnindəki 
körpənin 
dünyadan, onun genişliyindən xəbərsiz olduğu kimi.) 
Qurani Məciddə buyurulur: “Etdikləri əməllərin 
mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür 
nemətlər gizlənib saxlandığını heç kəs biməz!” (“Səcdə” 
surəsi, ayə 17.) 
Başqa bir ayədə: “Orada onlar üçün istədikləri hər şey 
vardır. Dərgahımızda isə ondan artığı mövcuddur.” (50-ci 
surə, 35-ci ayə) 
Və yenə: “Onlar ürəkləri istəyən nemətlər içində əbdi 
qalacaqlar.” (21-ci surə, 102-ci ayə.) 
DARÜS-SALAM HƏQİQİ BİR BEHİŞTDİR 
Xülasə, Behişt bir yerdir ki, orada nakamlıq və 
narahatlıq, qəm-qüssə və zəiflik, qocalıq və xəstəlik, 
yorğunluq və süstlük yoxdur. Mütləq sağlamlıq orada 
olduğundan “Darüs-salam” (sağlamlıq evi) adlanmışdır. 
Bu həqiqi səltənətdə qüdrət tamdır, yəni istənilən olur. 
“Dəhr” surəsində (ayə 20) buyurur: 
“Hara baxsan, nemət və böyük bir mülk görəcəksən.” 
Quranda zikr edilmiş Behişt nemətlərindən bir qismini 
nəzərdən keçirək: 
BEHİŞT YEMƏKLƏRİ VƏ SULARI 
Könül istəyən quşlar, seçiləcək hər növdə meyvə, 
Behişt əhli üçün tükənməyəcək meyvələr, xurma və nar 
ağacları... 
Xalis sudan, dəyişməz, dadı qaçmaz süddən, saf 
şərabdan arxlar... Eləcə də, bütün qatqılardan pak, xalis 
baldan nəhrlər... 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin