МӘАД
136
göndərdilər, ustadı ona “bismillahir-rəhmanir-rəhim”
öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından
atasından əzabı götürdük.
Bəli, şəri vəzifələrimizdən biri də yaxşıya dəvət (əmr be
məruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu
vəzifənin ilk mərtəbəsi qadını, uşağını,
sonra başqa
qohum və yaxınlarını dəvət etməkdir.
ÜÇÜNCÜ DOLAMA XUMS VƏ ZAKATDIR
Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat
olarsa,
üçüncü
dolamada
qarşısı
kəsilər.
Zəkat
verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri
daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha
qərar verər ki, onun boynuna dolanar.
Digər bir
rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş
sahibin torpaqları yeddi qat boyunbağı
tək boynuna
asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat
mənimsəyənləri qətlə yetirər.
Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və
qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət
günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə
dağ basarlar. (“Tövbə” surəsi, ayə 35).
Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq
yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı)
bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.
Dostları ilə paylaş: