Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə112/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   108   109   110   111   112   113   114   115   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
170 
dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər 
qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri 
kimi bədənləri də nəhayət dərəcədə bərkdir. 
AXİRƏTDƏ MƏ”NA SURƏTƏ QALİBDİR 
Rəvayət olunub ki, axirətdə kafirin dişi bir dağ 
boyunca olacaq. Başqa sözlə, axirət sarayı mənanın surətə 
qələbəsidir, həqiqətlərin üzə çıxması, zahirlə batinin 
vahidləşməsidir. 
Əzabdan bədən dağıldıqdan, zəqqum yeyib, həmim 
içməklə bədənlərin daxili parçalanmasından sonra 
yenidən bərpa olar. “Nisa” surəsi: “Onların dəriləri yanıb 
bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası 
ilə əvəz edəcəyik.” 
ŞİDDƏTLİ ƏZAB ƏDALƏTLƏ UYĞUNDURMU? 
Mümkündür bəzi zehnlərdə şübhə olsun ki, heç bu 
şiddətdə əzab ilahi ədalətlə yanaşı ola bilərmi? Bu şübhə 
axirətdəki ilahi əzabla dünyanın zalım sultanlarının xalqa 
verdiyi işgəncənin oxşadılmasının nəticəsindəndir. Hansı 
ki, heç vəchlə belə deyildir. Sultanların intiqamının, 
işgəncəsinin səbəbi onların qeyzi, rahatlığa çıxmaq istəyi 
olmuşdur. 
Onlarla 
müxaliflik 
edənlərin 
zindana 


AYӘTULLAH DӘSTĞEYB
171 
salınmasını, işgəncə verilməsini, öldürülməsini əmr 
etmişlər. Lakin axirət əzabı tamam başqadır. Bu əzab 
imansızlığın, nursuzluğun zərurətlərindəndir. Allahdan 
üz 
döndərməyin 
cəzası 
əbədi 
sıxıntıdır. 
Haqqı 
görməməzliyə vurmağın cəzası əbədi korluqdur. Şeytanın 
ardınca getməyin cəzası onunla əbədi yoldaşlıqdır. 
Yetimin malını yeməyin cəzası insanın içində alov 
qalanmasıdır və s. Bəli, Cəhənnəm alovunu insan özü 
alışdırır. Quranın təbirincə desək, Cəhənnəm tonqalını 
insanlar qalayır. 
İNSANIN ÖZÜNƏ HAZIRLADIĞI ƏZAB 
Dediklərimizə əsasən, insanın düşdüyü hər bir əzabın 
səbəbi onun özüdür. Allah kimsəyə zülm etməz. Hədsiz 
bərk, qəliz kafirə nəhayətsiz lətafətdə olan Behiştdə necə 
yer vermək olar?! 
Darüs-səlam Behişti bütün xəstəliklərdən uzaq 
olanların yeridir. Başdan ayağa xəstə, paxıl, həsədçi, 
ədavətçi, təkəbbürlü kəsə Behiştdə necə yer vermək olar?! 
Beləsinin yeri darul-mərəz (xəstəliklər evi), Cəhənnəmdir. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin