GƏLƏCƏYƏ TƏMİNAT
Quran ayələrinin böyük hissəsi Qiyamət və onun
əhvalatlarından bəhs edir. Bu səbəbdən də insan heyrət
edir ki, görəsən Allah-Taalanın bu qədər əhəmiyyət
verdiyi Qiyamət necə bir gündür. “Vaqiə” surəsindən
başlamış, Quranın sonunadək bəlkə də, elə bir surə
yoxdur ki, Qiyamətin adı çəkilməmiş olsun. Bu böyük
gün 70-dən çox adla adlandırılmışdır. Məqsəd, bu
ayələrin çoxluğu ilə qəlblərdə qorxu yaratmaq, insanların
öz gələcəklərinin tə”mininə sövq etməkdir. Eşitdikləriniz
hövl və qorxudan çarə arayın. Məsələn, zikr etdiyimiz 3-4
mövzudakı çarələri, xilas yollarını düşünək.
AYӘTULLAH DӘSTĞEYB
99
GƏLƏCƏYİN TƏ”MİNİ ADI İLƏ HƏRİSLİK
Hamı “gələcəyin fikrində olmaq (sabahı fikirləşmək),
gələcəyi tə”min etmək lazımdır”, deyir. Çox ağıllı sözdür,
amma yerində başa düşülüb, yerində işlənmir. Gələcəyi
tə”min etmək, banka pul qoymaqdırmı?! Görəsən, 50-60
illik ömrü (bu da ehtimaldır, yə”qin deyil), belə əziz bir
vaxtı sərvət toplayıb, sonra da dünyada qoyub getməyə
dəyərmi?! Bütün bunlar cəhalətdəndir. Axı kim üçün
qarşıda aclıq təhlükəsi var ki, hərislik etsin?! Siz öz
həyatınızda neçə nəfərin aclıqdan öldüyünə şahid
olmusunuz?
Bəli, əgər qıtlıq olarsa, bu da ölümün vasitələrindəndir
ki, müəyyən olunub və elə bir dövrdə varlılıq da kara
gəlmir. Əgər bir ömür də olsa, gələcək üçün xətər yoxdur.
Allah-Taala zəmanət verib, hətta and içib ki, hər bir
canlının ruzisini yetirəcək. (51-ci surə, 23-cü ayə və 11-ci
surə, 8-ci ayə). Lakin axirət üçün əmr edib, təkid edib,
qorxudub ki, fikirləşək, çalışaq və məbada məhşərə gəda
kimi əliboş daxil olaq.
ALLAH YANINDA ƏMANƏT SANDIĞI
“Allah kərimdir”, deyirik, düzdür. Amma əgər Allahı
doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə
üçün dünya işlərində Onu kərim hesab etmirik?! Mə”lum
olur ki, dediyimiz sözlər səmimi deyil.
Əgər doğrudan da, öz gələcəyinizi tə”min etmək
istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz
üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr
həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki,
Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü,
|