Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə65/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   61   62   63   64   65   66   67   68   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
МӘАД 
100 
bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-
ci ayə) 
Quranda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki
onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda 
çətin bir gün var. 
İSRAFİL SURU ÜFÜRÜR 
Quranda dəfələrlə xəbər verilmişdir ki, Qiyamət 
qoparkən ən ilkin, sur üfürüləcəkdir. Ayə və hədislərdən 
belə mə”lum olur ki, sur iki dəfə üfürüləcəkdir: 1-ci 
öldürən, 2-ci dirildəndir. 
“Zümər” surəsi, 68-ci ayə: “Elə ki, sur çalındı, Allahın 
istədiyi kimsələrdən savayı göylərdə və yerdə kim varsa, 
hamısı yıxılıb ölər. Bir daha çalınanda isə bütün ölənlər 
ayağa qaxıb olacağı gözləyərlər.” 
ALLAHA YAXIN DÖRD MƏLƏK VƏ HƏR BİRİNİN 
TAPŞIRIĞI, VƏZİFƏSİ 
Allah-Taalanın dörd yaxın (müqərrəb) mələklərinin 
(Cəbrail, Mikail, Əzrail, İsrafil) hər birinin öz mühüm 
vəzifəsi vardır. Cəbrail peyğəmbərlərə vəhyin nüzul 
vasitəsi, Mikail ruzi vasitəsi, Əzrail can almağa 
mə”murdur. İsrafilin işi Qiyamət zamanıdır. O, əlində 
sur, həmişə Allah əmrinin intizarındadır. Rəvayətə görə, 
Allah buyurduğu zaman səmadan yerə enər. 


AYӘTULLAH DӘSTĞEYB
101 
QİYAMӘTDӘ GÖYLӘRİN TİTRӘYİŞİ 
Qiyamət qopanda səmalara titrəyiş düşər, səma 
sakinləri lərzəyə gələr. Hərəkət yerə yetişəndə Beytül-
Müqəddəsdən (ilk qibləmiz) Kə”bəyə surda nida olar ki
“hamınız ölün!” İlk sur üfürülməsi ilə bir dənə də canlı 
qalmaz, nəfəslər kəsilər. Rəvayətdə vardır ki, bəziləri 
bazarda al-verə məşğul olduqları yerdəcə ölüm “nəfxəsi” 
üfürülər və yıxılarlar. Nə vəsiyyət edə bilər, nə də 
mənzillərinə qayıda bilərlər. “Yasin” surəsində (ayə 50) 
buyurulduğu kimi: “Nə vəsiyyət etməyə, nə də ailələrinin 
yanına qayıtmağa macal tapmayacaqlar.” 
Sonra səma əhli üçün də sur üfürülməsi əmr olar ki, bir 
ruh sahibi də sağ qalmaz. O vaxt buyurarlar ki, İsrafil özü 
də ölümə qovuşsun. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin