AYӘTULLAH DӘSTĞEYB
105
GÜNAHKARLAR TANINAR
Məhşərin ilk dayanacağında, Qurani Məcidin neçə
yerində zikr edilmiş bir heyrət vardır ki, gözlərin hərəkəti
dayanar. Günahkarların hansı günaha sahib olmasından
hamı xəbərdar olar. Dünyada
sərxoşluq edənlər məhşərə
əlində şərab şüşəsi daxil olarlar. Allah-Taala Öz izzət və
cəlalına and içib demişdir ki,
hər bir şərabxora içdiyi
şərab miqdarında Cəhənnəm həmimi içirdəcəkdir.
QİYAMƏTDƏ ŞƏRABXORUN MƏNZƏRƏSİ
Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən
nəql olunmuşdur ki, buyurdu: “Şərabxor Qiyamətdə
çöhrəsi qara,
gözləri göyərmiş, dodaqları sinəsindən
ayağına sallanmış, dili ağzından çıxmış vəziyyətdə gələr.
Yanından ötənlər onun qoxusundan əzab çəkərlər.”
Yenə bu barədə buyurmuşdur: “Məni peyğəmbərliyə
məbus
etmiş Allaha and olsun ki, şərabxor təşnə (susuz)
ölər, təşnə halda qəbrə gedər, təşnə halda məhşur olar,
min il təşnəlikdən nalə çəkdikdən
sonra ona Cəhənnəm
həmimi içirdilər.”
Dostları ilə paylaş: