Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


YALNIZ ALLAH QALAR, YALNIZ!



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə66/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   62   63   64   65   66   67   68   69   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

 
YALNIZ ALLAH QALAR, YALNIZ! 
İlahi qəhr nidası ucalar ki, ey itaətsizlər, ey təkəbbür 
göstərib, mənəm-mənəm deyənlər, haradasınız?! Bu gün 
mütləq hökumət və səltənət kimindir?! 
Bir nəfər də olmaz desin ki, “vahid, qəhhar Allah!” Bu 
sur üfürülməsindən bir müddət keçmiş, ayılma, dirilmə, 
Qiyamətin qalxma “nəfxəsi” üfürülər. 
Mə”sum İmamlardan (əleyhimussalam) sual olunub ki, 
aləmdə heç bir canlının olmayacağı iki nəfxə (üfürmə) 
arasındakı vaxt nə qədərdir? Rəvayətdə vardır ki, 40 il və 
ya 400 il. Eləcə də, rəvayətə görə həmin müddətdə 
fələklərin toqquşması, zəlzələlərin, dağların tikə-tikə 
parçalanması, dənizlərin od tutması kimi dəhşətlər 


 
МӘАД 
102 
olacaqdır. Sonra da yağış yağması əmr ediləcək, bu 
şiddətli yağış 40 gün başdan-başa yer üzünə yağacaq. 
SUR İKİNCİ DƏFƏ ÜFÜRÜLÜR 
İlahi əmrlə ikinci dəfə diriləcək ilk şəxs İsrafildir. O, 
suru üfürməli və Qiyamət qopmalıdır. İsrafil nida edər: 
“Ey bədənlərdən ayrılmış ruhlar, ey səpələnmiş bədənlər, 
ey çürümüş ət və sümüklər, ey dağılmış tüklər qayıdın və 
hesab üçün toplanın, tələsin hesaba”! 
Yerə ilahi vəhy yetişər ki, qoynunda olanları bayıra 
töksün. Torpaqda olan bədənlər şiddətli zəlzələlər 
vasitəsi ilə bayıra çıxarlar, bədən zərrələri birləşər, ona 
ruh üfürülər, bir dəfəyə hamı ayağa qalxar. (Allah üçün 
bir nəfəri xəlq etməklə milyard nəfəri xəlq etməyin fərqi 
yoxdur, O qadirdir.) 
Və”dəsinə vəfa edən Allaha şükürlər olsun! 
Amma adamların görünüş və danışıqları müxtəlif olar. 
Əməlisalehlər qəbirdən baş qaldırdıqda, Allaha şükr 
edərlər ki, Öz və”dəsinə vəfalı olub, Qiyaməti bərpa etdi, 
onlar da öz saleh əməllərinin əvəzini alarlar. (39-cu surə, 
74-cü ayə) Elələri də olar çarəsizlikdən fəryad çəkər, nalə 
qopararlar ki, kim bizi qəbirlərimizdən qaldırdı? (36-cı 
surə, 52-ci ayə) Rəvayətə görə, onlar bir ayağı qəbirdə, 
digər ayağı bayırda olan halda 300 il heyrətdə 
dayanacaqlar. Bu, əzabın müqəddiməsidir. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin