Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


MƏHMUD (TƏ᾿RİF OLUNMUŞ) MƏQAM



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə86/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   82   83   84   85   86   87   88   89   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

MƏHMUD (TƏ᾿RİF OLUNMUŞ) MƏQAM 
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 
belə bir minbərdən Allahın həmdinə (tə”rifinə) başlayar. 
Allahı elə mədh edər ki, əvvəllərdən axıra kimsə Yaradanı 
bu sayaq mədh etməmişdir. Sonra məlaikələrə, 
peyğəmbərlərə, salehlərə və möminlərə həmd buyurar. 
Xoş o şəxsin halına ki, belə bir məqamda vücud aləminin 
ilkin şəxsi tərəfindən yad edilə. Pərvərdigara, bizi 
salehlərdən qərar ver! “Aşura ziyarəti”ndə bu cümləni 
diqqətlə oxuyun. “Allahdan istəyirəm ki, məni Siz Ali-
Mühəmmədin yetdiyi Öz yaxınlığındakı məhmud 
məqama çatdırsın. Bu yüksək məqam Həzrət Rəsul 
(səlləllahu əleyhi və alihi və səlləm)-in gecələr sübhədək 
oyaq qalmasının, on il sübhədək yatmayıb, ibadətə 
məşğul olmasının nəticəsidir. (Çox ibadətdən ayaqları 
şişmişdi.) 


 
МӘАД 
132 
BEHİŞT VƏ CƏHƏNNƏMİN BÖLÜNMƏSİ 
ƏLİDƏNDİR 
Həmin məhmud məqamda, bütün məlaikələrin ən 
gözəli Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 
salam verər, “mən Behiştin qapıçısı Rizvanam” deyib 
Behiştin açarlarını Həzrətə təqdim edər. Sonra qorxunc 
bir mələk gəlib, Cəhənnəmin açarını Həzrətə verər. 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər iki 
açarı Əli (əleyhissalam)-a tapşırıb, Sirata (körpü) 
yaxınlaşar. İzn verdiyi şəxslər Behiştə gedər, qalanlarını 
alovun şö”ləsi aşağı endirər. 
Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 
Əli (əleyhissalam)-a buyurub: “Ya Əli, alovun sənə itaəti 
qumun ayağa itaətindən artıqdır.” 
SİRAT 
E”tiqad vacib olan həqiqətlərdən biri də Siratdır. Sirat 
dinin zəruriyyətlərindəndir və bu zərurətə inanmalıyıq. 
Siratın lüğət mənası yol deməkdir. Dünyada doğru 
yolda olub, həqiqət və din yolundan sapmayanlar 
axirətdə Cəhənnəmin üzərindən keçən Siratdan sağ-
salamat ötəcəklər. Bəziləri ildırım sür”əti ilə, bəziləri 
süvari, bəziləri yıxılıb-duraraq Siratı adlayacaq, bir sözlə, 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin