МӘАД
126
HÜQUQUN ALINMASI
Allah-Taala Öz bəndələri ilə iki qism hesab aparır:
Ədaləti ilə (zərrə-zərrə) və fəzli ilə (bağışlamaqla). Ədalət
hesabına görə hər kəsin başqasında haqqı olsa, bu haqq
həmin adamın hesabından götürülməli, haqq sahibinə
qaytarılmalıdır. Məsələn, bir şəxs digərinin qeybətini
edibsə, Allah-Taala bildiyi qədər onun savablarından,
ibadətlərindən götürüb, qeybəti edilmiş şəxsə verər. Əgər
qeybət edənin savabı yoxdursa, qeybətini etdiyi şəxsin
günahlarından həmin miqdar götürməlidir.
HEÇ BİR SİTƏMKAR CƏZASIZ BURAXILMAZ
Qiyamətdə
insanların
hesabı,
zülmlə
mənimsənilmişlərin qaytarılması barədə genş bir hədisin
sonunda İmam Səccad (əleyhissalam) buyurmuşdur:
Xudavənd buyurur: Mənəm o Allah ki, Məndən
başqasının pərəstişə ləyaqəti yoxdur. Zidd, xilaf, sözlər
qarşısında hakiməm. Sizin aranızda Öz ədalətimlə
mühakimə edirəm. Bu gün kimsəyə zülm olunmaz. Bu
gün məzlumun dadına çataram. Məzlumun haqqını
borcludan alaram. Boynunda kimsənin haqqı olan
zalımlar qarşımdan ötüb keçə bilməz. Ey insanlar,
birləşin, kimsənin sizdən zülmlə aldığını dünyada ondan
istəyin. Mən o şəxsin əleyhinə sizin şahidinizəm.
Dostları ilə paylaş: