İNSANIN YARDIMÇISI, ŞƏFİSİ ONA DÜŞMƏN OLAR Xumsa gəldikdə isə, xums sorğusunun çətinliyi barədə
rəvayətlər çoxdur. “Kafi”dən bir rəvayətə istinad edirik.
Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: “Qiyamətdə
AYӘTULLAH DӘSTĞEYB 137 insanların ən çətin vaxtı o zamandır ki, xums
müstəhəqləri (dünyada xums veriləsi məzlumlar) ayağa
qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın
çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.
DÖRDÜNCÜ DOLAMADA ORUC SORĞUSU Dördüncü dolamada mübarək Ramazan ayının
orucundan sual verilər: “Oruc, Cəhənnəm odu qarşısında
sipərdir” buyurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq
vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə
olar; ikincisi, ölüb Siratdan keçərkən Allahla görüşə
çatanda xoşhal olar.
BEŞİNCİ DOLAMADA HƏCC SORĞUSU Həyatında həccə getmək üçün şərait yaranan və həccə
getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı
deyilər: “Yəhudi və nəsrani kimi ölün!” Bunlardan biri
zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu
demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-
Taala Quranda kafir adlandırıb. Bu barədə bəhs açmıram,
çünki etiqad bəhsindən kənara çıxarıq.
ALTINCI DOLAMA TƏHARƏTDİR İbni Abbasdan rəvayətdə nəql olunub ki, “təharət”
dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur.
(Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi
yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qayda ilə icra
edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında
qüslə diqqətlə yanaşması zəruridir. Əgər e”tinasızlıq
МӘАД 138 olarsa, Siratın altıncı dolamasında soruşulacaqlar.
Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir
səbəbi də murdarlıqdan çəkinməməkdir.