YEDDİNCİ DOLAMA ZÜLMDÜR
Bəzən bu dolama “ədl”, bəzən də “xalqın haqqı”
(həqqün-nas) adlandırılmışdır. Quranda “mirsad” kimi
də tə”bir olunmuşdur (mirsad-yə”ni, pusqu). Əgər insan
bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada
saxlanılar, sümükləri parçalanar, əzilər. Ey dükançı,
şagirdini vurmağa nə haqqın var?! Ey müəllim, hansı
şər”i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri
də qalır?! Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?!
Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!
Əlbəttə, bəzi istisnalar vardır. Amma bu hallara az
təsadüf olunur və mövzumuzdan xaricdir.
QIRX İL HƏBS VƏ QIRX İL TƏNƏ
Xülasə, kim iddia edə bilər ki, Allah bəndələrinə zülm
etməyib?! Buyurulub: Hər kəs başqasının haqqını
verməyib, saxlayarsa (məsələn, əmanətini qaytarmazsa),
bu dolamada qırx il saxlanılar və ona heç nə deyilməz.
Bütün bu müddəti ağlayar. Sonra nida olunar: Bu həmin
AYӘTULLAH DӘSTĞEYB
139
adamdır ki, xalqın malını həbs etmişdi. Qırx il tə”nə
olunub, sonra Cəhənnmə düşər. Əlbəttə, bu o zaman baş
verər ki, həmin adamın savabı olmasın; yox əgər savabı
olarsa, haqq sahibinə ödəyər. Bəzi rəvayətlərdə vardır ki,
bir dirhəmə görə 700 rükət namazı alınıb, haqq sahibinə
verilər.
MARAQLI HEKAYƏT
Siqətül-islam Nuri “Müstədrək” kitabında Seyyid
Qiyassədin Nəcəfinin “Ənvarül-mərziyyə” kitabından bu
hekayəti nəql edib:
Hilə yaxınlığındakı kəndimizin məscidinin sərpərəsti
Məhəmməd ibni Əbu Əzinə adəti üzrə hər gün məscidə
gələrdi. Bir gün isə adətinin xilafına olaraq, gəlməmişdi.
Soruşduq, dedilər yatağa düşüb. Ötən gecə onu sağ-
salamat gördüyümüz üçün bu xəbərə təəccübləndik.
Yoluxmasına getdik. Başdan-ayağa yanmışdı. Huşdan
gedir, ayılırdı. Özünə gələndə soruşduq ki, sənə nə olub?
Dedi: Dünən gecə yuxuda mənə Siratı göstərdilər. Əmr
etdilər ki, mən də keçim. Əvvəl ayağımın altı yaxşı idi,
sonra nazildi, əvvəl rahat, yumşaq idisə, sonradan itiləşdi.
Yavaş-yavaş gedir, özümü möhkəm tuturdum ki,
yıxılmayım. Şö᾿ləsi yuxarı qalxan alov qara rəngdə idi.
Adamlar o tərəf bu tərəfdən xəzan yarpağı tək Cəhənnəm
dərəsinə tökülürdülər. Bir də gördüm ki, ayağımın altı
tükdən qalın qalmayıb. Qəfildən alov məni çəkdi və
dərəyə yuvarlandım. Əl-qol atdıqca daha da aşağı
gedirdim. (Rəvayətə görə, Cəhənnəm alovu dartıcıdır və
üzü aşağı 70 illik yoldur). İş-işdən keçmişdi. Yadıma
düşdü ki, məgər hər yıxılanda “ya Əli!” deyə
çağırmazdımmı?! Çağırdım: Ya Əmirəl-möminin! Mənə
|