AYӘTULLAH DӘSTĞEYB
129
DÖRDÜNCÜ FӘSİL:
BEHİŞT
KÖVSƏR HOVUZU
Qurani Kərim, “Kövsər” surəsi, ayə 1: “Biz sənə Kövsər
əta
etdik.”
Qurani
Məcidin,
rəvayətlərin
təsdiq
etdiklərindən biri də “Kövsər”dir. Bu hovuzun uzunluğu,
əvvəldə qeyd etdiyimiz kimi, Sən”adan Bəsrəyədəkdir.
Onun ətrafında hurül-eynlərin doldurub möminlərə
verəcəkləri ulduzlar sayda, bəzisi gümüş, bəzisi
büllurdan camlar vardır.
BEHİŞT ŞƏRABI, SÜD VƏ BALDAN KÖVSƏR
HOVUZU
Bəzi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt
şərabı, süd və bal. Bəzən də buyurulub ki, Həzrət
Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu
baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq
qalmayan “Kövsər” necə də misilsizdir! (Şərab dedikdə,
Allah eləməmiş, bəzilərinin nəzərindən günümüzün
bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı
pakdır və məst etmir.)
Dostları ilə paylaş: