Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


ALLAHIN ÖZ FƏZLİ (RƏHMİ) İLƏ HESAB



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə84/121
tarix01.10.2023
ölçüsü1,93 Mb.
#151433
1   ...   80   81   82   83   84   85   86   87   ...   121
MƏAD - ÖLÜMDӘN SONRAKI HӘYAT

ALLAHIN ÖZ FƏZLİ (RƏHMİ) İLƏ HESAB 
APARMASI 
Mümkündür, boynunda xalqın haqqı olan şəxslə 
Allah-Taala Öz rəhmiylə hesab aparsın. Bu şəxsin xalqın 
haqqını ödəmə dayanacağında məəttəl durduğu vaxt, 
Allah Öz rəhmi, kərəmi ilə bir Behişt qəsri göstərər. Nida 
olunar: “Ey bu bəndənin boynunda haqqı olanlar, əgər bu 
qəsri istəyirsinizsə, bu şəxsi rahat buraxın və onu halal 
edin.” Bəli, Allahla bağlı olan insanın hər yerdə çətinliyi 
həll olar. Allahın islah etmədiyini kim islah edə bilər?! 
Bu səbəbdən də dua etməliyik ki, Pərvərdigara, bizimlə 
Öz rəhmətinlə rəftar et. Həzrət Səccad (əleyhissalam) 
“Əbu Həmzə Somali” duasında neçə yerdə nalələr çəkib: 
Xudaya, gözümü fəzl və kərəminə dikmişəm.” 
(Amma Allah Öz ədaləti ilə rəftar edərsə, hər əməlin 
cavabını zərrə-zərrə verməliyik.) 


AYӘTULLAH DӘSTĞEYB
129 
DÖRDÜNCÜ FӘSİL: 
BEHİŞT 
KÖVSƏR HOVUZU 
Qurani Kərim, “Kövsər” surəsi, ayə 1: “Biz sənə Kövsər 
əta 
etdik.” 
Qurani 
Məcidin, 
rəvayətlərin 
təsdiq 
etdiklərindən biri də “Kövsər”dir. Bu hovuzun uzunluğu, 
əvvəldə qeyd etdiyimiz kimi, Sən”adan Bəsrəyədəkdir. 
Onun ətrafında hurül-eynlərin doldurub möminlərə 
verəcəkləri ulduzlar sayda, bəzisi gümüş, bəzisi 
büllurdan camlar vardır. 
BEHİŞT ŞƏRABI, SÜD VƏ BALDAN KÖVSƏR 
HOVUZU 
Bəzi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt 
şərabı, süd və bal. Bəzən də buyurulub ki, Həzrət 
Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu 
baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq 
qalmayan “Kövsər” necə də misilsizdir! (Şərab dedikdə, 
Allah eləməmiş, bəzilərinin nəzərindən günümüzün 
bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı 
pakdır və məst etmir.) 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin