15. Cell(Xana)- Excel 2010 proqramının ən kiçik elementi xanadır. Xanalar sütunların və
sətirlərin kəsişməsindən yaranır. Xananın adında əvvəlcə sütun adı, sonar isə sətir adı oxunur.
Məsələn, B sütunu və 4 sətirdə yerləşən xana B4 xanasıdır. Xana adlarına misal olaraq A6, B12,
BH89, DGH678 xanalarını göstərmək olar. Excel 2010 proqramında
2 34 yəni, 1717986184 ədəd xana
olur.
16. Worksheets(İşçi vərəqləri)-Excel 2010 sənədi İşçi kitab adlanır və işçi vərəqlərindən ibarət
olur. Excel 2010 proqramının susmaya görə 3 ədəd işçi vərəq görünür. Excel 2010 proqramında İşçi
kitaba maksimum
disk tutumunun həcmi qədər işçi vərəq əlavə etmək
mümkündür. İşçi vərəqlərin adı
susmaya görə
Sheet 1, 2…..kimi təyin
edilir. İşçi vərəqlərin adını istəyimizə
uyğun dəyişdirə bilərik, ama bəzi
qadağalar var. Məsələn, İşçin vərəqin
adında maksimum
31 simvol ola bilər
və :,/,\,?,*,[,] simvolları ola bilməz.
Verilənlərin təsvir formalarından asılı
olaraq işçi vərəqlər dörd tipdə olur:
a) Cədvəllərin yaradılması və
emalı üçün
Worksheets(İşçi vərəqlər)
b) Diaqramların yerləşdirilməsi üçün Chart sheets (Diaqram vərəqləri)
c) Dialoqların yaradılması üçün Dialog sheets(Dialoq vərəqləri)
d) Makro əmrlərin saxlanılması üçün Macro sheets(Makroslar vərəqləri)
İşçi vərəqlərin adlarını, yerini dəyişmək, yeni işçi vərəq yaratmaq və lazımsız işçi vərəqi silmək
mümkündür.
17. Insert Worksheet(İşçi vərəq əlavə et)-Bu düymə yeni işçi vərəqi əlavə edir. İşçi vərəqi
klaviraturadan
Shift+F11 düymələri ilə əlavə etmək olur. 18. Workbook view(İşçi kitabının görünüş rejimləri)-Excel 2010 proqramında müxtəlif
görünüş rejimləri mövcuddur. Pəncərənin aşağısında üç ədəd görünüş rejimi mövcuddur: