Microsoft Excel 2010 cədvəl prosessoru
115
b) Page Layout-Səhifə görünüş rejimi Bu rejim İşçi vərəqi səhifələrə bölür. Nəzərə almaq
lazımdır ki, bir İşçi vərəq minlərlə səhifədən ibarət olur və İşçi vərəqi çapa verdikdə həmin səhifələr
ayrılıqda çap olunur. Bu rejimdə həm üfüqi, həm də şaquli xətkeş görünür.
c) Page Break Preview-Bu rejim ən sonuncu dolu xanaya qədər olan cədvəl hissəsini kəsib
göstərir. Bu rejimdə heç bir xətkeş görünmür.
19. Zoom(Miqyas)-Sənədin miqyasını dəyişdirməyə xidmət edir. Excel 2010 proqramında
sənədin miqyası minimum 10% maksimum 400% olur.Susmaya görə 10% olur.
20. Status Bar(Vəziyyət sətri)- Sənəd haqqında qısa məlumat verir.
21. Scroll bar(Sürüşdürmə sətri)-Sənədi sola-sağa və yuxarı-aşağı
hərəkət etdirməyə imkan
verir.
1.2 Excel 2010 elektron cədvəlinin komponentləri. Verilənlərin daxil edilməsi və redaktəsi
Excel 2010 proqramının ən minimal elementi
xanadır. Xanaya
hücrə demək olar.
Excel
proqramında müxtəlif verilənlər,
düsturlar xanaya daxil
edilir. Yəni, hər bir xananın müəyyən qiyməti ola bilər.
Xanalara öz adları ilə müraciət edilir. Xanalara edilən
müraciətlərə istinadlar deyilir. Məsələn, aşağıdakı
şəkildə D4 xanasına D4=A1+B3
düsturu daxil
edilmişdir. Bu zaman deyilirki D4 xanası A1 və B3
xanasına istinad etmişdir. Hesablamanın nəticəsi isə 10 olacaq. Çünki A1 xanasının qiyməti 4, B3
xanasının qiyməti isə 6-dır və nəticədə D4 xanasının
qiyməti 10 olur.
Elekton cədvəllərdə iki növ xana olur:
1) Aktiv
2) Aktiv olmayan xana
Kursor
vasitəsiylə seçilən xana aktiv,
qalaanları isə aktiv olmayan xanadır. Məsələn, yuxarıdakı şəkildə B2 xanası aktiv xanadır.Aktiv
xananın kənarları qalın xətlərlə çərçivəyə alınır.
Excel 2010 proqramında xanaların tərkibi müxtəlif ola bilər. Xanalar öz tərkibinə görə iki
yerə ayrılır:
Dostları ilə paylaş: