Across Worksheets (Vərərqlər üzrə /По листам) əmri digər vərəqlərdəki uyğun diapzonları cari vərəqdə seçilmiş diapazon daxilindəki qiymətlərlə doldurur. Bunun üçün əvvəlcə həmin vərəqlər seçilməlidir;
Series (Silsilə / Прогрессия) əmri müəyyən diapazondakı xanaları bir-birindən qeyd olunmuş addımla fərqlənən ədədlərlə doldurur;
Justify (Düzləndirmək / Выровнять) əmri yalnız mətnlər yerləşmiş xanalarla işləyir. Belə ki, bu əmr mətni bir sütun sərhəddi üzrə düzərək xanalarda daha səliqəli yerləşdirməyə imkan verir. Bu əmr seçildikdə eyni adlı dialoq pənmcərəsi (şəkil 2.40) açılır.
Bu pəncərə vasitəsilə sətir və ya sütun üzrə cədvəlin müəyyən xanalarının ardıcıl doldurulması üçün müvafiq şərt vermək olur. Belə ki, bu halda cədvəlin nəzərdə tutulmuş ardıcıl xanalarına yalnız verilən şərtə uyğun qiymətlər doldurulur.
Dialoq pəncərəsində doldurulan xanalar ardıcıllığının müxtəlif tipləri əks olunur: