AutoFill (Avtodoldurma / Автозаполнения) – cədvəlin sətir və ya sütun üzrə seçilmiş ardıcıl xanalar diapazonuna bu diapazonun ilk xanasındakı ədədi avtomatik yerləşdirir. Yəni seçilmiş xanalara eyni ədəd doldurulur. Eləcə də cədvəlin sətir və ya sütun üzrə seçilmiş ardıcıl xanalar diapazonunu bu diapazonun ilk iki xanasındakı ədədlərin yerləşmə qaydası ilə avtomatik doldurur. Bu halda isə seçilmiş xanalar ədədi silsilə ardıcıllığı ilə doldurulur.
Beləliklə, Series (Silsilə)pəncərəsi elementlərindən istifadə etməklə (şəkil 2.40) xanalar ardıcıllığının xüsusi qayda ilə doldurulması üçün aşağıdakı addımlar icra olunur: