Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010


Alignment (Düzləndirmə/ Выравнивание)



Yüklə 1,37 Mb.
səhifə13/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Excel konspektler

Alignment (Düzləndirmə/ Выравнивание). Bu qrupa daxil olan elementlər mətnlərin cədvəl xanalarında horizontal və vertikal istiqamətlərdə düzləndirilməsi, mətnin istiqaməti və növbəti sətrə keçirilməsi, xanaların birləşdirilməsi və ayrılması əməliyyatlarının icrasını təmin edir;

  • rejimlərini təyin edir. Bunların hər birinə qısaca baxaq.

  • - yuxarı sərhəd, orta, aşağı sərhəd düymələri elektron cədvəl üzərində seçilmiş mətn fraqmenti və ya xanalar üçün vertikal (sətrin hündürlüyü üzrə) sazlanma rejimlərini təyin etmək üçün nəzərdə tutulur. Yəni bu düymələrdən hər hansı biri seçildikdə xanalara daxil edilmiş verilənlər sətrin hündürlüyü üzrə düzlənir- yuxarı sərhəddə, ortada və ya aşağı sərhəddə yerləşir.

  • - sol sərhəd, orta, sağ sərhəd düymələri

  • elektron cədvəldə seçilmiş mətn fraqmenti və ya xanalar üçün, horizontal (sütun eni üzrə) düzləndirmə rejimlərini təyin etməyə imkan verir. Yəni bu düymələrdən hər hansı biri seçildikdə xanalara daxil edilmiş verilənlər sütun eni üzrə düzlənir- sol sərhəddə, ortada və ya sağı sərhəddə yerləşir.

  • - kənar boşluğu azaltmaq kənar boşluğu artırmaq düymələri elektron cədvəldə seçilmiş fraqment və ya xanada əks olunan verilənlər üçün kənardan buraxılan boşluğu müvaviq olaraq azaltmaq və artırmaq üçün istifadə edilir.

  • - mətni növbəti sətrə keçirmək (Перенос текста) düyməsi (əmri) mətni bir xana daxilində bir neçə sətrdə yerləşdirməyə imkan verir. Yəni xananın sərhədləri daxilində yerləşməyən bir sətirdən ibarət mətni hissələrə bölərək növbəti bir neçə sətirdə yerləşdirmək üçün istifadə edilir. Belə ki, bu düymə basılı vəziyyətdə olduqda müəyyən bir sütun üzrə hər hansı xanaya mətn daxil edərkən, həmin mətn xana daxilində həcmindən asılı olaraq bir neçə sətirdə yerləşdirilir. Bu halda həmin xananın hündürlüyü artır.

  • - birləşdirmək və mərkəzdə yerləşdirmək düyməsi (Обьединить и поместить в центре) düyməsi (əmri) elektron cədvəldə seçilmiş bir neçə qonşu xananı birləşdirərək bir böyük xana yaradır. Bu halda yalnız seçilmiş fraqmentdə yuxarı sol küncündəki xanada olan verilənlər saxlanılır, digər xanalardakılar isə silinir. Həm də saxlanan verilənlər birləşmədən alınan böyük xananın mərkəzində yerləşir.


  • Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   9   10   11   12   13   14   15   16   ...   34




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin