Alignment (Düzləndirmə /Выравнивание) pəncərə əlavəsininn elementləri (şəkil 2.11) cədvələ daxil edilən verilənlərin xanalarda yerləşmə vəziyyətini dəyişməyə (düzləndirməyə) imkan verir. O cümlədən, bu pəncərədə Text Alignment (Mətnin düzləndirilməsi) bölməsinin elementləri mətnin xanalarda horizontal və vertikal düzləndirilməsini təmin edir (şəkil 2.11). Məsələn, cədvəl xanalarında verilənlərin soldan sağa (horizontal) düzləndirmə elementlərinə, yəni dialoq pəncərəsində Horizontal (Üfiqi)sətrində açılan bəzi parametrlərə baxaq.