Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010


Delete Sheet (Vərəqin ləğvi / Удалить лист)



Yüklə 1,37 Mb.
səhifə23/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
Excel konspektler

Delete Sheet (Vərəqin ləğvi / Удалить лист) əmri (şəkil 2.34) cari vərəqi ləğv etmək üçün istifadə edilir.

- Format düyməsindən (şəkil 2.30) sətir, sütun və vərəqin bir sıra parametrlərini əks etdirən siyahını (şəkil 2.36) açmaq üçün istifadə edilir. Bu siyahıdakı əmrlərə baxaq.

Bəzi format parametrləri yalnız bütün sətir və bütün sütun üçün verilə bilər. Məsələn, sətir hündürlüyü və sütun eni belə parametrlərdəndir. Bunlar Cells (Xanalar/ Ячейки) qrupundakı Format düyməsilə açılan siyahıdakı (şəkil 2.36) Row Height (Sətir hündürlüyü /Высота строки )Column Width (Sütun eni / Ширина столбца) əmrlərilə təyin edilir. Bu əmrlər seçildikdə xananın hündürlüyü və enini (sətir hündürlüyü və sütun enini) vermək üçün müvafiq dialoq pəncərələri açılır. Həmin pəncərələrdən (şəkil 2.37) uyğun qiymətləri daxil etmək olar.



Bu əməliyyatı elektron vərəqdə sətir və sütun başlıqlarının kontekst menyusundan müvafiq əmrlərlə də

icra etmək olar.

______________________________

Elektron vərəqdə sətir hündürlüyünün qiyməti 0-dan 409-a qədər dəyişə bilər. Bu qiymət sətir hündürlüyünün punktlarla verilmiş qiymətidir. Susmaya görə sətir hündürlüyü 15 punkt qəbul edilir. Bu qiymət 0 (sıfır) olduqda həmin sətir gizlədilir.

Elektron vərəqdə sütun eninin qiyməti 0-dan 255-ə qədər dəyişə bilər. Bu qiymət xanada yerləşə bilən simvolların sayını göstərir. Yəni sütunun eni xanada yerləşən simvolların sayı ilə verilir. Susmaya görə sütunun eni 8,43 simvoldan ibarətdir. Yəni standart xanalardakı mətnin uzunluğu 8,43 simvoldur. Bu qiymət 0 (sıfır) olduqda həmin sütun gizlədilir.

Əgər verilənlər daxil edilərkən məlum olsa ki, xananın ölçüsü kiçikdir, o halda daxiletmə əməliyyatı başa çatdıqdan sonra sətir hündürlüyü və sütun enini avtomatik təyin etmək olar. Bunun üçün iki üsul var:



  1. Format düyməsi basılır və açılan siyahıdan AutoFit Row Height (Sətrin hündürlüyü avtomatik seçilsin/ Автоподбор высоты строки) və ya AutoFit Column Width (Sütunun eni avtomatik seçilsin / Автоподбор ширины столбца) əmri seçilir;

  2. Mausun sol düyməsi sütun başlığında sütunları ayıran sərhəd üzərində ikiqat basılır. Eyni əməliyyatı sətir üçün də yerinə yetirmək olar.


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin