Home (Ev) paneli üzərində tez-tez istifadə edilən qruplardan biri də Cells (Xanalar) qrupudur (şəkil 2.30). Bu qrupun düymələri elektron vərəq (cədvəl) elementlərilə işləmək üçün istifadə edilir. Elektron vərəq (cədvəl) elementləri dedikdə xanalar, sətirlər və sütunlar nəzərdə tutulur. O cümlədən, bu düymə ilə açılan əmrlər vərəqə (cədvələ) əlavə xanalar, sətirlər, sütunlar, həmçinin cari Excel kitabına əlavə vərəqlər yerləşdirməyə imkan verir.