- Delete (Ləğv etmək/ Удалить) düyməsi (şəkil 2.30) basıldıqda vərəq (cədvəl) elementlərinin ləğv edilməsi üçün əmrlər siyahısı açılır (şəkil 2.34). Bu əmrlər müvafiq cədvəl elementinin ləğv olunması üçün istifadə edilir.
Məsələn, hər hansı xananın ləğv edilməsi üçün əvvəlcə həmin xana, sonra isə Delete Cells (Xanaları ləğv eе / Удалить ячейки) əmri (şəkil 2.34) seçilir. Nəticədə daha bir dialoq pəncərəsi açılır (Şəkil 2.35). Bu pəncərədəki əmrlər ləğv olunan xananın sağında və ya aşağısında yerləşən xanaların öz yerini necə dəyişəcəyini təyin edir.
Belə ki, Shift cells left (Xanalar sola sürüşsün / Ячейки со сдвигом влего) əmri silinən xanadan sağdakıları sola, Shift cells up (Xanalar yuxarı sürüşsün/ Ячейки со сдвигом вверх) əmri isə silinən xanadan aşağıdakıları yuxarı sürüşdürür. Yəni cədvəldən silinən xananın yeri cədvəl elementlərilə doldurulur.
Eləcə də Entire row (Sətir/ Строку) əmri silinən xananın aşağısındakı sətri yuxarı, Entire column (Sütun / Столбец) əmri xananın sağındakı sütunu sola sürüşdürür.
Dialoq pəncərəsinin (şəkil 2.34) Delete Sheet Rows (Vərəq sətirlərinin ləğvi / Удалить строки с листа) və (Delete Sheet Columns (Vərəq sütunlarının ləğvi /Удалить столбцы с листа) əmrləri müvafiq olaraq seçilmiş sətir və sütunu ləğv edir. Excel proqramı sətir və sütunlar ləğv edilərkən sonrakı sətir və sütunları boşalmış yerlərə sürüşdürür.
Dostları ilə paylaş: |