Text (Mətn /Текстовый) xananın məzmunu (hətta ədəd olsa da) mətn kimi qəbul edilir və daxil edildiyi kimi də əks olunur. Ədəd yerləşmiş xanaya mətn formatı tətbiq edildikdə həmin ədəd hesablamalarda istifadə edilə bilmir. Çünki ədəd yerləşmiş xanaya mətn formatı verildikdə həmin xananın statusu mətn xanası ilə eyni olur.
N umber (Ədəd) qrupunun digər düymələrinə baxaq:
düyməsi xanasındakı ədədi maliyə formatına çevirir. Bu düymənin sağındkı ox vasitəsilə müxtəlif valyutalara (dollar, rubl, evro və s.) keçmək olar;
d üyməsi seçilmiş xanalardakı ədədləri faiz formatına çevirir;
və -düymələri seçilmiş ədədlərdə vergüldən sonrakı rəqəmlərin sayını müvafiq olaraq artırmaq və azaltmaq üçün istifadə edilir.
Number (Ədəd) qrupunun aşağı sağ küncündəki kiçik ox düyməsi basıldıqda Format Cells (Xanaların
Formatı) pəncərəsinin (şəkil 2.11) Number (Ədəd) əlavəsi açılır (şəkil 2.18).
Cədvəl xanalarında ədədlərin əks olunmasını tənzimləyən yuxarıda baxdığımız parametrlər bu pəncərə əlavəsində də əks olunur (şəkil 2.18). Yəni ədədlərin xanalarda əks olunmasını bu pəncərə vasitəsilə də sazlamaq olar.