formatı Excel proqramında susmaya görə istifadə edilir. Adətən bu halda ədəd daxil edildiyi formatla da əks olunur. Lakin ədəd xanaya yerləşmədikdə General (Ümumi) formatında
yuvarlaqlaşdırılır. Bu halda 12 və daha çox rəqəmli ədədlər xanada eksponensial formada əks olunur.
Number (Ədəd / Числовой ) ədədlərin əsas çap formatı kimi işlədilir. Bu halda vergüldən sonrakı rəqəmlərin sayını, mərtəbələr qrupu və mənfi ədədlərin əks olunma qaydasını, vermək olar.
Currency (Pul /Денежный)formatı əvvəlcədən təyin edilmiş valyuta ilə pul məbləğini əks etdirmək üçündür və susmaya görə ədədin yanında pul vahidinin işarəsini əks etdirir. Bu halda da vergüldən sonrakı rəqəmlərin sayını vermək olar ;