üzərində mausun sol düyməsi basıldıqda əlavə düymələr
(əmrlər) ekrana çıxır (şəkil 2.9).
- Sətir üzrə birləşdirmək (Объединить по строкам) düyməsi (əmri) elektron cədvəldə seçilmiş fraqmentin xanalarını sətirlər üzrə birləşdirərək bir böyük xana yaradır. Yəni seçilmiş cədvəl fraqmenti bir neçə sətirdən ibarətdirsə, bu halda fraqmentin hər sətrindəki xanalar elə həmin sətridə birləşir və nəticədə bir böyük xana yaranır. Bu zaman yekun xanada yerləşdirilən verilənlər mərkəzləşdirilmir.
- xanaları birləşdirmək (Объединить ячейки) düyməsi (əmri) seçilmiş xanaları bir xanada birləşdirir. Bu halda da birləşmədən sonra alınan böyük xanada yerləşmiş verilənlər mərkəzləşdirilmir.
- xanaların birləşməsindən imtina etmək (Отменить объединение ячеек) düyməsi (əmri) seçilmiş xanaların birləşməsindən imtina etmək üçün istifadə edilir.
-düyməsi elektron cədvəl xanalarında mətni vertikal istiqamətdə və ya müəyyən bucaq altında dioqanal üzrə döndərməyə imkan verir. Həmin düymə basıldıqda bu əməliyyatla bağlı mümkün variantlara uyğun əmrlər ekrana çıxır (şəkil 2.10). Bu əmrlər cədvəlin seçilmiş xanasındakı mətni müvafiq olaraq saat əqrəbi hərəkətinin əksi istiqamətində, saat əqrəbi hərəkətinin istiqamətində, vertikal mətn kimi, yuxarı döndərməklə, aşağı döndərməklə onun istiqamətini dəyişir.
Adətən mətnlər cədvəlin ensiz sütunlarında yerləşdirilərkən bu əməliyyatlara daha tez-tez ehtiyac yaranır. Odur ki, elektron cədvəlin müəyyən xanalarında mətnin döndərilməsi (istiqamətinin dəyişdirilməsi) üçün həmin xanalar seçilir və şəkildə göstərilən rejimlərdən hər hansı biri (şəkil 2.10) tətbiq edilir.
Burada axırıncı Format Cell Alignment (Xanaların düzləndirilmə formatı) əmri seçildikdə isə yuxarıda baxdığımız Format Cells (Xanaların formatı) pəncərəsinin (şəkil 2.7) Alignment (Düzləndirmə / Выравнивание) əlavəsi açılır (şəkil 2.11). Bu pəncərə əlavəsi Alignment (Düzləndirmə / Выравнивание) qrupunun aşağı sağ küncündəki kiçik ox işarəsilə də açılır.