Fill (Doldurmaq) düyməsilə açılan siyahıdan Series (Silsilə) əmri seçilir. Nəticədə eyni adlı dialoq pəncərəsi açılır (şəkil 2.40);
Xanalar sırasının yerləşəcəyi yer: Rows (Sətirlər) və
ya Columns (Sütunlar) seçilir;
Type (Tip) qrupundan yaradılan sıranın tipi seçilir;
Silsilə üçün addım və axırıncı həddin qiyməti daxil edilir və OK düyməsi basılır.
Bununla da silsilə əmələ gətirən ədədlər ardıcıllığı ekranda əks olunur (şəkil 2.41). Şəkil 2.41-də fərqli şərtlər əsasında qurulmuş müxtəlif silsilə nümunələri verilir. Belə ki, birinci sütunda hədlər fərqi (silsilə addımı) 1-ə bərabər olan ədədi silsilə və ikinci sütunda ortaq vuruğu (silsilə addımı) 2-yə bərabər olan həndəsi silsilə əks olunur.
Cədvəlin üçüncü sütununda əks olunmuş Date (Tarix) tipli verilənlər yanvar-may ayları üçün 20 addımı ilə hesablanmış günlər sırasından ibarətdir. Bu sıra da ədədi silsilənin xüsusi halıdır.
Cədvəlin dördüncü sütununda xanalara eyni ədəd doldurulmuşdur. Nəhayət, beşinci sütunda isə ilk iki xanada yerləşmə qaydasilə digər xanalar doldurulmuşdur.
Dostları ilə paylaş: |