Microsoft Excel 2010 proqramının interfeysi ms excel 2010


Insert Cells (Xanalar yerləşdirmək / Вставить ячейки)



Yüklə 1,37 Mb.
səhifə21/34
tarix10.05.2022
ölçüsü1,37 Mb.
#57271
1   ...   17   18   19   20   21   22   23   24   ...   34
Excel konspektler

Insert Cells (Xanalar yerləşdirmək / Вставить ячейки) əmri seçilir. Nəticədə daha bir dialoq pəncərəsi açılır (şəkil 2.32);

  • Açılan pəncərədə seçilmiş xananın (diapazonun) hara sürüşəcəyi təyin edilir və OK düyməsi basılır.

    Sonuncu açılmış dialoq pəncərəsindən (şəkil 2.32) görünür ki, elektron cədvələ bütov sətir və ya bütöv sütun da əlavə etmək olar. Bunun üçün həmin pəncərədə müvafiq olaraq Entire row (Sətir) Entire column (Sütun) əmrləri seçilir.

    Sətir və sütunları cədvələ şəkil 2.31-də verilmiş Insert Sheet Rows (Vərəqə sətirlər yerləşdirmək /Вставить строки на лист)Insert Sheet Columns (Vərəqə sütunlar yerləşdirmək / Вставить столбцы на лист) əmrlərilə də əlavə etmək olar.

    Məsələn, cədvələ yeni boş sətir yerləşdirmək üçün əvvəlcə

    müəyyən bir sətir və bundan sonra Insert Sheet Rows (Vərəqə sətirlər yerləşdirmək) əmri (şəkil 2.31) seçilir. Nəticədə cədvələ yeni boş sətir əlavə edilir və həmin sətrin axırıncı xanasından sonra xüsusi bir düymə görünür. Bu düymə basıldıqda yeni sətrin formatlaşdırılması üçün nəzərdə tutulmuş əmrlər menyusu açılır (şəkil 2.33). Belə ki, bu menyunun Format Same As Above (Yuxarıdakı kimi formatlaşdır/ Форматировать как сверху) əmri yeni sətri özündən yuxarıdakı sətir kimi, Format Same As Below (Aşağıdakı kimi formatlaşdır /Форматировать как снизу) əmri isə özündən aşağıdakı sətir kimi formatlaşdırmaq üçün istifadə edilir. Odur ki, bunun üçün sadəcə həmin əmrlərdən biri seçilməlidir.

    Həmin menyunun (şəkil 2.33) Clear Formatting (Formatı sil / Очистить формат) əmri yeni sətri təzədən formatlaşdırmaq üçün, onun formatını silir.

    Nəhayət, Insert Sheet (Vərəq yerləşdirmək) əmri (şəkil 2.31) cari Excel kitabına əlavə vərəq yerləşdirmək üçündür. Bunin üçün həmin əmri mausla seçmək kifayətdir.




    Yüklə 1,37 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   34




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin