Clipboard (Mübadilə buferi / Буфер обмена) qrupundakı düymələrin funksiyalarına baxaq (şəkil 2.2). Cut (Kəsmək / Вырезать) düyməsi cədvəlin seçilmiş hissəsini (sətir və ya sütun fraqmentini, xananı, mətn fraqmentini və s.) kəsərək buferə yerləşdirir.
Copy (Kopyalamaq - Копировать)düyməsi seçilmiş cədvəl hissəsini (sətir və ya sütun fraqmentini, xananı, mətn fraqmentini və s.) buferə kopyalayır. Həmçinin bu düymənin sağında yerləşən kiçik ox işarəsindən istifadə etməklə seçilmiş cədvəl hissəsini (fraqmentini) mübüdilə buferinə şəkil formatında kopyalamaq olar.