Margins (Sahələr Поля) düyməsi basıldıqda cədvəl ətrafındakı boşluq sahələrin (boşluqların) təyin olunması üçün iç variant ekrana çıxır
Orientation (Orientasiya / Ориентация) düyməsi çap vərəqinin orientasiyasını təyin etmək üçündür. Bu düymə basıldıqda proqramın təklif etdiyi iki variant ekrana çıxır
Size (Ölçü / Размер) düyməsi kağız formatını təyin etmək üçün nəzərdə tutulur. Kağız formatı, yəni printerin çap edə bildiyi kağızın maksimum ölçüsü printerin mühüm xarakteristikalarından biridir.
Print Area (Çap oblastı/ Область печати) düyməsi çap oblastını təyin etmək üçün istifadə edilir. Belə ki, bəzən bütün cədvəli yox, yalnız onun bir hissəsini – müəyyən bir fraqmenti çap etmək lazım gəlir. Bunun üçün həmin hissə - fraqment seçilr, yəni çap oblastı təyin edilir. Elektron cədvəldə çap oblastı aşağıdakı qayda ilə təyin edilir:
Cədvəlin müəyyən hissəsi (fraqment) seçilir.
Print Area (Çap oblastı/ Область печати) düyməsi basılır.
Çap oblastının silinməsi üçün Clear Print Area (Çap oblastını sil / Убрать) əmri seçilir.
Clipboard MS Excel 2010 proqramının mübadilə buferi müvafiq sənəddən seçilmiş bir neçə müxtəlif mətni və qrafiki elementlərin (fraqmentlərin) kopyalanması və onların elə həmin Excel sənədinə və ya başqa Microsoft Office sənədlərinə yerləşdirilməsinə imkan verir. Yəni seçilmiş obyekt və ya mətn kopyalanarkən və ya kəsilən zaman avtomatik olaraq mübadilə buferinə düşür. Bundan sonra həmin obyekti buferdən cari sənədə və ya istənilən MS Office sənədinə yerləşdirmək olar.
Mübadilə buferində eyni vaxtda ən çoxu 24 obyekt saxlanıla bilər. Yəni bundan sonra kopyalanma əməliyyatı (Copy əmrinin icrası) davam etdirildikdə avtomatik olaraq əvvəlki kopyalanmış obyektlər buferdən silinir. Həmin obyektlər bütün MS Office proqramları ilə iş qurtarana qədər və ya onlar buferdən ləğv edilənə qədər orada toxunulmaz qalır. Yadda saxlamaq lazımdır ki, bütün MS Office proqramları bağlandıqdan sonra buferdə yalnız ən axırıncı kopyalanan element qalır.