MS Word mətn prosessorunun təyinatı və imkanları: MS WORD 2010 mətn prosesoru MS WORD 2007 mətn prossesorunun istifadəçi interfeysi inkişaf etdirilərək yaradılmışdır. Yeni interfeys yaradılarkən əsas məqsəd işləmək üçün rahatlığın təmin edilməsi və yüksək nəticələr almaq üçün Microsoft Office Fluent interfeysinin yaradılması olmuşdur. Əvvəlki buraxılışlarda menyu sistemləri, alətlər paneli, dialoq pəncərələrı və s. yerləşdirilmişdir. MS Word 2010 mətn prosesoru isə daha çox funksiyanı yerinə yetirir, imkanları daha genişdir. Mətn posesoru və mətn redaktoru anlayışları arasındakı fərq şərtidir. Mətn posessoru elementlərinə görə daha çox imkanlara malikdir. Bu proqramlara bəzən mətnlərin emalı sistemləri də deyirlər. İstənilən mətn sənədi aşağıdakı elementləri özündə saxlayır: Simvol, abzas, səhifə, şəkil, cədvəl. Mətnlərin emalı isə mətnlərin daxil edilməsi, redaktə edilməsi, formatlaşdırılması, obyektlərin daxil edilməsi, sənədlərin strukturlaşdırılması və s. əməliyatlarıni yerinə yetirir. Mətn posesoru müxtəlif formatlarda mətn sənədlərini saxlayır. “Özlərinin” formatları MS Word 2003 və aşağı versiyalarda *.doc, MS Word 2007 və 2010-da isə *.docx-dir. MS Word 2010 versiyasınin isə *.pdf formatında da sənəd saxlamaq imkanı vardır. MS Word 2010 proqramını iki üsulla yükləmək olar.
1. Start (Пуск)-baş menyusuna daxil olub- düyməsini sıxmaqla və ya siçanın sol düyməsi ilə All proqrams
(Все программы) –MS Office bölmələrini sonra isə MS Word-ü seçmək.
2. İşçi stol üzərində MS Word nişanı üzərində siçanın sol düyməsini iki dəfə sıxmaq. Bu əmrlərdən biri yerinə yetirildikdən sonra MS Word 2010-nun əsas pəncərəsi açılır işdir.
Burda həmçinin:
1. Pəncərə başlığı;
2. Cəld müraciət paneli;
3. ”Fayl”;
4. Qrup;
5.Mətn sahəsi;
6. Lent;
7. Üfiqi və şaquli xətkeşlər;
8. Firlatma zolaqları və s. elementləri də əks olunur.
Lenta üzərində: File (Файл), Home (Главная), İnsert (Вставка), Page Layout (Разметка страницы), References (Ссылки), Mailings (Рассылки), Review (Рецензирование), View (Вид), Add-Ins (Надстройки). bölmələri yerləşdirilmişdir. Microsoft Office Fluent-istifadəçi interfeysi sadələşdirilmiş və istifadəçinin diqqətini yayındırmamaq, iş məhsuldarlığını artırmaq üçün bölmələrin əmrləri gizli (görünməz) saxlanılır. Pəncərədə iki əsas hissə əks olunur.
1. Lenta
2. Yeni sənəd
MS Word 2010-un istifadəçi interfeysinin əsas elementi əvvəlki versiyalarda menyu və standart panellərin yerini əhatə edən lentadır. Lentanın köməyi ilə zəruri əmrləri sürətlə tapmaq mümkündür. Əmrlər məntiqi olaraq bölmələrdə qruplaşdırılmışdır.
Lentanı əvvəlki versiyalarda olan alətlər paneli, menyu paneli ilə əvəz etmək və ya ləğv etmək mümkün deyildir. Lakin işçi sahəni artırıb- azaltmaq üçün gizlətmək və bərpa etmək mümkündür. Bunun üçün
1.Sağ tərəfdə olan «свернуть ленту» düyməsini sıxmaq;
2.Lenta gizlənəcək, lakin bölmələrin adı isə əks olunacaqdır.
Lentanı başqa qaydada gizlətmək üçün: 1.Lentanın istənilən yerində siçanın sağ düyməsini sıxmaq; 2.Kontekst menyudan “свернуть ленту”əmrini yerinə yetirmək. Lentanı sürətə gizlətmək və bərpa etmək üçün (Ctrl+F1) düymələrinin kombinasiyasından da istifadə etmək olar. Lentanın xarici görünüşü pəncərənin enindən asılıdır. En böyük olduqca bölmələrin elementi daha çox əks olunur. Lentanın müəyyən elementlərinin gizli olmasına baxmayaraq onlardan həmişə istifadə etmək mümkündür. Bunun üçün qrupun düyməsinin üzərindən siçanın sol düyməsinı sıxmaq lazımdır. Pəncərənin uzunluğunu (300 nöqtədən az) və hündürlüyünü (250 nöqtədən az) çox kiçiltdikdə lenta və bölmələr görünməz olur. Ölçüləri böyütdükdə isə onlar avtomatik olaraq əks olunur. MS Word 2010-da Lentada olan bölmələrin adını, yerini dəyişdirmək, yenilərini əlavə etmək, ləğv etmək, bolmələrdə olan elementləri qruplaşdırmaq, əlavə etmək ləğv etmək mümkündür. Bunun üçün:
1. Lentanın istənilən yerində siçanın sağ düyməsini sıxmaq;
2. Kontekst menyudan «Настройка ленты» əmrini seçmək.
Fırlatma zolaqlarını şaquli-üfiqi hərəkət etdirməklə mətnlərə proqram pəncərəsində tam baxışı təmin etmək olar.. Bölmələr (Вкладки) MS Word 2010-un pəncərəsində susmaya görə daima 9 bölmə əks olunur. File (Файл), Home (Главная), İnsert (Вставка), Page Layout (Разметка страницы), References (Ссылки), Mailings (Рассылки), Review (Рецензирование), View (Вид), Add-Ins (Надстройки).
Lazımi bölməyə keçmək üçün siçanın göstəricisini onun üzərinə gətirib sol düyməni sıxmaq lazımdır. Hər bir bölmə yerinə yetirəcəyi əməliyyatlarla əlaqədardır. Bunlardan əlavə yeni bir Разработчик bölməsini də yaratmaq olar:
1. Zolağin istənilən yerində siçanın sağ düyməsini bir dəfə sıxın;
2. Kontext menyudan “Настройка” əmrini seçin;
3. Açılmış dialoq pəncərəsinin “Настройка” düyməsini sıxmaqla “Разработчик” bölməsini seçin. “Разработчик” bölməsində makrosların yaradılması və XML-lə işləmə vasitələri yerləşdirilmışdir.
Kompüterə əlavə proqramlar yükləyəndə, məsələn, FineReader, o zaman Word-də avtomatik olaraq Add-Ins (Надстройки) bölməsi yaranır. Bu bölmə özündə üst sazlama elementlərini və Word-ün əvvəlki versiyalarında olan alətlər panelinin elementlərini saxlayır. Lentın sol yuxarı hissəsində (Quick Access Toolbar-Панел быстрого доступа) Cəld müraciət paneli yerləşir. Bu panel üzərində əsasən Save (Сохранить-Ctrl+S), Undo (ОтменитьCtrl+Z), Redo (Повторить- Ctrl+Y), Paste (Вставить- Ctrl+V), Copy (Копировать- Ctrl+C), New (Создать- Ctrl+N) əmrlərinin nişanları əks olunur. Panelə yeni əmrlər əlavə etmək və ya istifadə olunmayanları ləğv etmək üçün sağ tərəfdə olan düyməsini sıxıb açılan əmrlər siyahısından istifadə etmək lazımdır. Bu siyahıya həmçinin orada olan More Commands (Другие комманды) əmrinin vasitəsilə yeni əmrlər əlavə etmək olar.