IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
368
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
6. Əlaqəli, müəyyən edilən və nəzarət edilən İT riskləri
Hazırkı konsepsiyanın məqsədi təhlil zamanı müvafiq İT Audit Standartlara riayət edilməsinin
təmin edilməsi üçün İnternet bankinq üzrə təşəbbüslərin, proqram təminatlarının və onların tətbiqinin
təhlili üçün tövsiyə edilən praktikaların təsviri, eləcə də bu fəaliyyətlə bağlı risklərin müəyyən
edilməsi və onlara nəzarət edilməsindən ibarətdir .
Risklərin təhlili auditin planlaşdırılmasının bir hissəsidir və bu risk və həssaslıqların müəyyən
edilməsində köməklik edir və auditor risklərin azaldılması üçün zəruri olan nəzarət mexanizmlərini
müəyyən edə bilər.
Bank tərəfindən tətbiq edilən İT ilə bağlı biznes prosesin qiymətləndirilməsində risk və nəzarət
arasında əlaqə barədə məlumat İT auditi və nəzarəti üzrə peşəkarlar üçün mühüm əhəmiyyət kəsb edir.
IT auditorlar risk növlərini və bu risklərin azaldılması üçün istifadə edilən nəzarət mexanizmləri
müəyyən etməli və seçməlidir. Onların texnoloji risklər və müvafiq nəzarət mexanizmləri ilə bağlı
ümumi biznes riskləri barədə məlumatı olmalıdır. Onlar həmçinin audit işinin planlaşdırılmasında
diqqətin cəmləşdirilməsi üçün biznes menecerlər tərəfindən istifadə edilən riskin qiymətləndirilməsi
və idarəetmə metodikalarını müəyyən etməlidir.
Biznes riskləri və nəzarət mexanizmindən başqa, IT auditorların həmçinin audit prosesi çərçi-
vəsində mövcud olan risklər haqqında məlumatı olmalıdır.
Əksər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da bəzi iri müəssisələrdə və İT yenilik-
lərə üstünlük verən banklarda İT auditin inkişafı özünü göstərməyə başlamışdır. Bank və onun maraqlı
tərəfləri aktivlərin qorunmasını təmin etmək üçün rəhbərliyin öhdəliyinin müəyyən edilməsi üçün IT
auditorun rəyini nəzərə alır; məlumatların tamlığı, effektivlik və səmərəlilik; korporativ siyasətlərə ria-
yət edilməsi; və hüquqi, normativə və qanuni öhdəliklərin yerinə yetirilməsi.
JOB SCHEDULING ALGORITHMS FOR CLOUD COMPUTING
Zulfiyya PIRIYEVA
Qafqaz University
zpiriyeva@std.qu.edu.az
AZERBAIJAN
Babek ABBASOV
Qafqaz University
babbasov@qu.edu.az
AZERBAIJAN
Cloud computing is one of the new technology which is popular in IT industries nowadays. Job
scheduling algorithm is one of the active research area in the cloud. The main objectives of the
scheduling algorithms in cloud computing is to use the resources completely when managing the load
between resources for getting minimum execution time. The essential goal of scheduling algorithm is
to get high throughput and to allocate different computing resources to tasks. Scheduling in cloud
computing can be classified into three categories: 1) identifying a resource and filtering them; 2)
selecting a target resource; 3) submission of particular task to a target resource.
There are a lot of algorithms for scheduling in cloud computing. The followings are the
scheduling algorithms that are currently implemented and differ from traditional ones with the proper
utilization of resources.
Pre-emptable shortest job next scheduling algorithm (PSJN) is proposed on a private cloud. In
this algorithm is combined the pre-emption method of Round Robin algorithms with shortest process
next. The proposed scheduling algorithm considers the processing requirement of the Job execution
and time limit of the resource while taking scheduling decisions. This algorithm improves the
execution time and response time and gives cost benefit.
Shortest Job scheduling is proposed in a public cloud environment. The proposed system is
middle layer architecture to perform allocation on various clouds under load and over load conditions.
Since the request is performed by the client, certain parameter are characterized with each client
request, these parameters are the process time, arrival time, deadline, input and output requirement of
processes. The achieved result shows the successful execution of all processes within time limit.
Optimized Activity based Costing algorithm is scheduling algorithm which implementation of the
optimized algorithm is compared with the traditional task scheduling algorithm. The essential aim of
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
369
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
this optimized algorithm is to gain more profit as compare to the traditional ones. It is the scheduling
algorithm which measuring the object’s cost.
Scheduling algorithm based on QoS is proposed algorithm that based on quality of service driven.
This algorithm blends many task attributes including user privilege, task length, expectation and the
spending time in a queue to compute the priority and after that apply sorting on tasks by the priority.
And the algorithm schedules each task onto a service which has minimum completion time. The
achieved result shows that the algorithm gets well performance and load balancing by QoS driving
from both priority and completion time.
A new Class of Priority-based Weighted Fair Scheduling Algorithm is proposed one kind of
weighted fair scheduling algorithm. It is based on strict rob priority class which adds an absolute
priority queue based on the foundation of based class weighted fair scheduling algorithm (CBWFQ).
This algorithm covers the weakness of traditional weighted fair scheduling algorithm. Weighted Fair
Scheduling algorithm separates the services of all active queues on the basis of weight of each
business flow. When a new job arrives the classifiercharacterizes the jobs into categories. Then buffer
is checked for each category and if buffer is not overloaded then job is stored in the buffer otherwise
job is dropped. Each job enters various virtual queues. Weight, Dispatch, Discard and Rob are four
main rules for this algorithm. The main dominance of this algorithm is that it has introduced the rob
rule together with dropping rule. This new algorithm combined buffer management and queue
scheduling and only guarantees low delay of real time applications. It also gave consideration to
fairness and better utilization of buffers. This algorithm has two great advantages of bandwidth
allocation and delay without throughput reducibility.
Table 1. Comparison of Job Scheduling Algorithm
Scheduling
Algorithm
Scheduling
Parameters
Objective Environment
PSJN
Cost and time
Effective and fast execution of
task
Cloud
Shortest Job Scheduling
Arrival time, process time,
deadline and I/O requirement
Effective resource allocation
under defined parameters
Cloud
Optimized ABC Algorithm
Cost, profit and priority
Measure the cost and performance
more accurately
Cloud
Scheduling Algorithm on
QoS
Quality of services
Improve the performance
Cloud
Priority based Weighted
Fair Scheduling Algorithm
Time
Focus on resource utilization and
speed
Cloud
KİMYANIN TƏDRİSİNDƏ İKT-DƏN İSTİFADƏ
Zəhra MURADOVA
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu
zahra.muradova@hotmail.com
AZƏRBAYCAN
Təhsildə yeni texnologiyaların tətbiqi artıq günün tələbinə çevrilmişdir. Tədris prosesində İKT-
nin intensiv tətbiqi nəticəsində müəllim-şagird tandeminə texniki vəsait də əlavə olunur. Nəticə eti-
barilə şagird müəllim tərəfindən təlimatların, kompüter vasitəsilə geniş informasiya məkanına qoşulur,
öz bilik dairəsini genişləndirir. Əldə etdiyi biliklərin konkret təbliğinə nail olan öyrənən, mənim-
sənilən materialı qiymətləndirmək imkanı qazanır. Müəllim isə texnoloji vasitələrin köməyi ilə az
vaxtda daha çox informasiya vermək imkanı və ötürülən informasiyanın möhkəmləndirilməsi üçün
təlim üsulları qazanmış olur.Təhsildə islahatların aparılması üçün əsas şərtlərdən biri olan informasiya
texnologiyalarının tətbiqi və məktəblərin texniki vəsaitlərlə təmin olunması qazanılacaq uğurların rəh-
nidir. Beləliklə elm, pedoqoji səriştə və İKT birgə sintez halında cəmləşərək tədrisin mənimsənil-
məsini və keyfiyyətinin yüksəlməsini təmin edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
370
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məsələn, “Elektroliz, metalların elektrokimyəvi gərginlik sırası” mövzusu-nun tədrisində əsas
məqsəd respublikamızda mövcud olan filiz yataqları və onların əsasında qurulan zavodlar, həmçinin
bu sahədə işləyən Azərbaycan alimləri haqqında məlumat vermək, şagirdlərə vətənini sevmək, onun
təbii sərvətlərini qorumaq, öz işlərini sərbəst həyata keçirmək, açıq fikir söyləmək, texniki
vəsaitlərdən müstəqil və faydalı istifadə bacarığının aşılanmasıdır.
Dərsdə müəllim müasir təlim metodlarından və təşkil formalarından istifadə edir. O, şagirdləri
qruplara bölür. Onlara müvafiq tapşırıqlar verir: 1-ci qrupa metalların təbiətdə tapılması, respublika-
mızdakı filiz yataqları haqqında internetdən məlumat toplamağı; 2-ci qrupa metalların sənaye üsulu
ilə alınmasının təsnifləndirilməsi və onların açıqlanması; 3-cü qrupa pirometallurgiya, 4-cü qrupa
hidrometallurgiya, 5-ci qrupa elektrometallurgiya üsullarının öyrənilməsini tapşırır. Onlara əsas
mənbə kimi internet saytları və kimyadan elektron dərslik diskləri təqdim edilir. Şagirdlərə şəbəkə
sisteminə qoşularaq, elektron dərsliklərin diskini öz kompüterlərində açmaq və mövzunu dinləmək,
öyrənmək üçün şərait yaradılır. Onlara tövsiyə edilir ki, mövzunu başa düşənə qədər tədris materialını
oxusunlar, dinləsinlər (lazım gəldikdə prosesi təkrarlamaq olar) və ya animasiya xarakterli nümayiş
təcrübəsini müşahidə etsinlər.
Hər qrupun tapşırığı və onun cavabları müəllimin kompüterinə ötürülür, onlar cəmləşdirilərək
proyektor vasitəsi ilə lövhəyə verilir və qrupların təqdimatı dinlənilir, müzakirə, müqayisə edilərək,
qruplar və ayrılıqda fəallıq göstərən şagirdlər qiymətləndirilir. Bu üsulla şagirdlər aktiv düşünmək və
problemi həll etmək bacarığına yiyələnmiş olurlar.
Bütün bunları həyata keçirmək üçün müəllim əvvəlcədən mövzu ilə yaxından tanış olur, elektron
dərslikdə onunla bağlı bütün məlumatları öyrənir, dərsdə istifadə edəcəyi hissənin yerini aydınlaşdırır
və istifadə üçün hazır vəziyyətə gətirir. Mövzuya uyğun şagirdlərin müstəqil işləməsi üçün əvvəlcədən
plan hazırlanır, plan əsasında dərs qurulur, sinifdəki təlim şəraiti, şagirdlərin bilik və bacarıqları nəzərə
alınır. Elektron dərsliklərdən bu şəkildə istifadə edildikdə təlimin keyfiyyəti və şagirdlərin fəallığı
yüksəlir.
Təlimdə şagirdlər zəruri olan informasiyanı müstəqil əldə etmək və ondan ağıllı istifadə etmək
bacarıqlarına yiyələnirlər. Bunun üçün dərsdə şagirdlərə elektron dərsliklərlə sərbəst işləmək və
mürəkkəb tapşırıqları müstəqil həll etmək üçün şərait yaradılır.
Kimyadan elektron dərsliklərdən müxtəlif yollarla istifadə oluna bilər. Belə ki, müəllim dərsin ilk
mərhələsində mövzunu izah etmir. Diskdəki mətni və ya əyanilikləri proyektorla lövhəyə verir.
Hamının diqqətlə qulaq asmasını, sonra isə mövzunun müzakirəsini təşkil edir.Şagirdlərin biliklərinin
tətbiqi üçün tapşırıqlar verir. Bəzi mövzuların yeni tədrisində müəllim mövzunu izah etdikdən sonra
elektron dərsliyin mətninə, testlərinə müraciət edir. Digər mövzuların tədrisində isə müəllim obyekt,
element, maddə haqqında şagirdlərin biliklərini aşkar etdikdən sonra elektron dərsliklər üzrə iş aparır
və elektron dərsliyin mətninə,testlərinə müraciət edir.
Araşdırmalar nəticəsində elektron dərsliklərdən istifadənin aşağıdakı yollarının səmərəli olduğu
müəyyən edildi:
1. Dərsin əvvəlində elektron dərslikdəki materialın müşahidə edilməsi, sonra müzakirələrə keçilməsi;
2. Elektron dərslik materialının dərsin müəyyən mərhələlərində (motivasiya, tətqiqatın aparılması
yaradıcı tətbiqetmə və s.) epizodik şəkildə müşahidə edilməsi;
3. Ekranda reaksiyaların gedişini izləməklə onlara uyğun tapşırıqların yerinə yetirilməsi;
4. Təcrübələrin sinifdə həyata keçirilməsi və ekranda müşahidə edilərək müqayisə aparılması;
5. Elektron dərslikdən mövzuya dair əlavə materialın əldə edilməsi;
6. Elektron dərslikdən istifadə yollarının mövzunun xarakterinə, şagirdlərin arzu və istəklərinə,
müəllimin hazırlığına uyğun seçilməsi daha effektlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
371
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
KİTABXANA İŞİNDƏ RFİD TEXNOLOGİYASININ TƏTBİQİ
İNNOVATİVLİYİN GÖSTƏRİCİSİDİR
Nərminə ABDULLAYEVA
AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu
abdullaevanarmina@gmail.com
AZƏRBAYCAN
RFİD (ing.
Radio Frequency Identification)
texnologiyaları əsasında işləyən kompleks proqram
- aparat sistemi özünün sənəd fondu olan müxtəlif idarə və müəssisədə, o cümlədən kitabxanaların öz
fondlarının uçot-qeydinın, onun qorunmasının, sənədlərin istifadəsinin qeydə alınması və istifadəçilərə
informasiya xidmətinin optimallaşdırılması üçün nəzərdə tutulmuşdur.
Sistemin əsas funksiyaları aşağıdakılardır:
Kitabxana binası daxilində sənədlərin yerləşdirilməsinə və hərəkətinə nəzarət;
Sənədlərin qəbulu və verilişi əməliyyatlarının sürətləndirilməsi;
Sənədlərin qəbulu və verilişi zamanı buraxılan səhvlərin azaldılması;
Inventarlaşdırmanın asanlaşdırılması;
Sənədin oğurlanması və dəyişik salınması hallarının aradan qaldırılması;
Sənəd verilişi və geri qaytarma əməliyyatlarının avtomatik qeydiyyatı;
Hər bir sənədə (nəşr və ya elektron daşıyıcı) xüsusi RFID etiket vurulur və unikal eyniləşdirmə
nömrəsi verilir. Sonra hesablayıcı cihaz bu nömrəni sənəd üçün vacib olan əməliyyatları həyata
keçirmək üçün istifadə olunur.
RFİD texnologiyaların köməyilə kitabxanaların avtomatlaşdırılması prosesi bütün dünyada sü-
rətlə inkişaf edir və Azərbaycanda da bu proses artıq başlamışdır. Sənədlərin ştrix-kodla işarələnməsi
bu yaxınlara qədər qabaqcıl təcrübə hesab olunurdu. İndi isə RFİD texnologiyalarının üstünlüklərinə
nisbətdə onlar köhnəlmiş hesab olunur.
Kitabxanalarda RFİD etiketlər
Radiotezlikli eyniləşdirmə (identifikasiya) RFİD- obyektlərin radiotezlikli əlaqə kanalı vasitə-
silə avtomatik, əl dəymədən qeydə alınması (identifikasiya) texnologiyasıdır. Çoxfunksiyalı RFİD eti-
ketlər kitabxana işinə baxışları tam şəkildə dəyişir. Kitabxanalar üçün RFİD etiketlər kitabsaxlayıcıda,
kitablar, jurnallar, CD/DVD disklər, videokasetlər də daxil olmaqla kitabxanadakı bütün obyektlərin
qeydə alınması üçün xüsusi olaraq hazırlanmışdır.RFİD Kitabxana etiketləri yapışqan səthə malikdir
və predmetlərə asan tətbiq olunur. Müxtəlif formalarda olur: kitablar üçün kvadrat, kassetlər üçün düz-
bucaqlı və CD disklər üçün dairəvi və s.
Sistemin əsasını RFİD etiketlər təşkil edir. Onlar hər bir sənədə vurulur və kitabxananın
idarəedilməsi prosesinin bütün mərhələlərində yeni funksional imkanları və yüksək səmərəliliyi təmin
edir. RFİD etiket RFİD stansiya ilə əlaqəli işləyir və bu stansiya istənilən Avtomatlaşdırılmış Kitabxana-
İnformasiya Sistemi ilə uyğunlaşa bilir və verlilənlər bazasının real vaxt rejimində operativ yenilən-
məsinə imkan verir. Üzərində antenna və çip olan nazik etiket informasiyanın əl dəymədən oxunma və
tanınma (identifikasiya) funksiyasına malikdir. Etiket sənədin üz qabığının içəri tərəfinə yapışdırılır.
İnventarlaşdırma üçün RİDER (oxuyucu)
RFİD texnologiyanın istifadəsi ilə inventarlaşdırmanın aparılması asan həyata keçirilir. Bunun
üçün kitabxananın fəaliyyətini dayandırmaq, bağlamaq lazım deyil. Bu halda inventarlaşdırma prose-
sinə sərf olunan vaxt ştrix-kodun istifadəsilə müqayisədə 20 dəfə əvvəlkindən az olacaqdır. Kitabxana
işçisinin inventarlaşdırma üçün nəzərdə tutulan xüsusi qurğu Rideri rəflər arasından keçirməsi etiket-
lərdən informasiyanı toplamağa kifayət edəcəkdir. Sonra toplanmış verilənlər avtomatik olaraq kitab-
xananın verilənlər bazasına yüklənir. Bu avadanlığın Wi-Fi texnologiyası ilə işləyən variantı da vardır.
Funksionallığına görə seçilən inventarlaşdırma riderləri kitabxana işçilərinə kitabların yerini rəflərdə
tez və asan müəyyən etməyə imkan verir. Bu riderlər fondun inventarlaşdırılması və lazımi ədəbiy-
yatın axtarışını asanlaşdırmaq məqsədilə işlənib hazırlanmışdır.
Sərbəst sənəd verilişi stansiyaları
Kitabxanalarda ümumaçıq köməkçi fondlar üçün sərbəst sənəd verilişi stansiyaları innovativ
həlldir. Bu stansiyalar maksimum səviyyədə sərbəst sənəd verilişi əməliyyatının həyata keçirilməsi
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
372
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sayəsində kitabxanada uzun növbələrə sərf olunan vaxt itkisini aradan qaldıracaq. Sistem bir neçə
dildə (azərb., rus, ingilis) işləyən çox rahat interfeysə malikdir. Fəaliyyətə tətbiq olunması üçün Avto-
matlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) və oxucu kartı tələb olunur. Oxucu köməkçi
fonddan ona lazım olan sənədi seçdikdən sonra öz oxucu biletini stansiyanın kart oxuyucusuna qoyub
şifrəni daxil etmək lazımdır. Sonra kitabı oxuyucunun üzərinə qoyur. Sistem avtomatik kitabı AKİS-
də oxucunun adına qeyd edir, oğurluq əleyhinə biti söndürür və götürülən kitab haqqında informa-
siyanı özündə əks etdirən qəbz verir.
Kitabların avtomatik qaytarılması stansiyası
Bu stansiya kitabxanalarda geniş şəkildə istifadə olunur. Kitabların qaytarılması zamanı növ-
bəni azaltmaq və oxucuların yüksək fəallığı dövründə kitabxanaçının iş yükünü yüngülləşdirmək məq-
sədi daşıyır. İşləməsi üçün AKİS və RFİD bazasında qeydə alınmış oxucu bileti tələb olunur. Kitabı
qaytarmaq istəyən oxucu öz biletini riderə qoyur, şifrəni daxil edir, sistem oxucunu tanıdıqdan sonra o,
kitabları bir-bir stansiyadakı xüsusi pəncərəyə qoyur. Sistem kitabdakı etiketə görə onu tanıyır, oxu-
cunun adından həmin kitabı silir, etiketin oğurluq əleyhinə bitini aktivləşdirir və kitabı qəbula gön-
dərir. Əməliyyatın sonunda oxucuya qaytarılmış kitablar haqqında qəbz verilir.Sistem istifadə üçün
çox rahatdır, sadə interfeysə malikdir. Kitabların sürətli qəbulu saatda 600 kitabdır.
Kitab verilişi etiketlərinin proqramlaşdırılmasının universal stansiyası
Bu stansiya həm kitabxana RFİD texnologiyaya keçdiyi zaman, həm də yeni daxil olan sənəd-
lərin növbəti işlənməsi prosesində etiketlərin proqramlaşdırılmasına, daha doğrusu onu identifikasiya
nömrəsini bazadakı hər hansı bir sənədlə birləşdirməyə, əlaqələndirməyə xidmət edir. Bu stansiya həm
də kitabxanaçının sənəd qəbulu və verilişini həyata keçirdiyi avtomatlaşdırılmış işçi yeridir. RFİD
etiketlərdən istifadə edildiyi zaman kitabı açmağa, onun ştrix-kodunu yoxlamağa və oğurluq əleyhinə
funksiyanı deaktiv eləməyə ehtiyac yoxdur. Bütün bunlar bir hərəkətlə avtomatik həyata keçirilir.
Sonda qeyd edək ki, bəşər sivilizasiyası elə bir inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bura-
da informasiya, bilik insan fəaliyyətinin bütün sahələrində mühüm rol oynayır. Müasir informasiyalaş-
dırılmış cəmiyyətdə informasiya əmtəə kimi mühüm əhəmiyyət kəsb edir və bu əmtəəni ictimaiyyətə,
istifadəçilərə çatdıran ən böyük müəssisələr kitabxanalardır.
K-MEANS QRUPLAMA ALQORİTMİNİN
APACHE HADOOP PLATFORMASINDA TƏTBİQİ
ƏsgərMƏMMƏDLİ
Qafqaz Universiteti
ememmedli@qu.edu.az
AZƏRBAYCAN
SamirRÜSTƏMOV
Qafqaz Universiteti
sarustemov@qu.edu.az
AZƏRBAYCAN
Günümüzdə böyük verilənlər anlayışı hər sahəyə tətbiq edilərək geniş yayılmaqdadır. Böyük
verilənləranlayışının özü ilə gətirdiyi mühüm və səmərəli həllər səbəbi ilə tətbiq olunduğu bütün
sahələrin özəyinə çevrilmişdir. Belə sahələrə elektron ticarət, nəqliyyatın idarə olunması, ağıllı şəhər,
tibb, təhsil və sairə misal göstərmək olar. Verilənləri düzgün təhlil etmək və əldə edilən gizli bilikləri
dərindən analiz etməklə saysız innovativ nailiyyətləri əldə etmək mümkündür. Bu səbəbdən böyük
verilənlər tədqiqi və analizi sahəsindəki tədqiqatlara böyük meyl yaranmışdır və bu araşdırmalar daha
çox elmi dairələrin, sənayenin və həmçinin dövlətlərin marağındadır. Böyük verilənlərin həcm, sürət
və müxtəliflik kimi işlənməsini çətinləşdirən xüsusiyyətləri olmasına baxmayaraq bu sahəyə aid bir
çox üsullar inkişaf etdirilib tətbiq olunur. Qeyd edək ki, verilənlərin bu xüsusiyyətləri səbəbi ilə ənə-
nəvi analitik alət və ya analiz-hesabat platformalarının işləmə potensiallarını asanlıqla aşır.
Qarşılaşılan çətinlik təkcə böyük verilənlərin saxlanması və idarə edilməsi deyil, həmçinin doğ-
ru qərarlar qəbul etmək üçün bu verilənlərə səmərəli şəkildə Verilənlərin İntellektual Təhlili - VİT
(Data Mining) alqoritmləri tətbiq edib, biliklərin əldə edilməsidir. Təqdim olunan işdə VİT-in qrup-
lama (klasterləşdirmə) üsulu olan K-Means alqoritminin paralelləşdirərək Apache Hadoop platforma-
sında tətbiqinə baxılmışdı.
|