Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə66/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   62   63   64   65   66   67   68   69   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

346



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

kitabxananın ümumi istifadəsinin təmin edilməsiməqsədilə  şöbə  tərəfindən server quraşdırılmışdır. 

Elektron kitabxanaya daxil olacaq materialların məhz bu server vasitəsilə internet istifadəçilərinə 

çatdırılması prosesinə başlanılmışdır. Bu məqsədlə kitabxananın veb səhifəsində elektron kitabxana və 

elektron kataloq bölmələri yaradılmışdır. 

2005-ci ildə Azərbaycanda neft elektron biblioqrafik göstəricisinin məlumat bazasının 

yaradılmasına (materialların toplanması, elmi işlənməsi, məlumat bazasına daxil edilməsi) 

başlanılmışdır. Bu proses geniş  əhatə olunmuş  və Azərbaycanda neft sənayesinin tarixini, müasir 

vəziyyətini və perspektivlərini  əhatə edən Azərbaycan və xarici dillərdə 307 adda sənədin elektron 

kataloqu yaradılmış, bunlardan 120-nin isə tam mətni məhz Kitabxana proseslərinin 

avtomatlaşdırılması şöbəsi tərəfindən hazırlanaraq bazaya daxil edilmişidr. 

İnformasiya  əsrində bütün sahələrdə olduğu kimi, kitabxanaların da müasir tələblərə uyğun 

formalaşdırılması, elektron kitabxanaların, elektron katalogların yaradılması  və mövcud elektron 

resursların istifadəçilərə ən yeni texnologiyalarla çatdırılması ümdə məsələlərdəndir. 

 

 

BULUD SAXLANC TEXNOLOGİYASININ HADOOP ƏSASLI  



BULUD SAXLANC SİSTEMİNƏ TƏTBİQİ 

 

Namiq AĞAYEV 

Qafqaz Universiteti  



namiqagayev@gmail.com 

AZƏRBAYCAN



 

Abzetdin ADAMOV 

Qafqaz Universiteti 



aadamov@qu.edu.az 

AZƏRBAYCAN



 

 

Təqdim olunan iş son illərdə internet mühitində geniş yayılmış, populyar sahələrdən biri olan 

bulud hesablamaları  və onun saxlanc sistemlərinə  həsr olunmuşdur. Bulud hesablamalarında 

verilənlərin saxlanılması məsələsi və bulud saxlanc sistemlərinin arxitekturası çox önəmli və qiymətli 

araşdırma sahəsinə çevrilmişdir. Təqdim olunan işdə bulud hesablamaları və bulud saxlanc sisteminin 

əsas konsepsiyaları, həmçinin bulud saxlanc sisteminin arxitekturası  təqdim olunmuş, Google Fayl 

Sistemi (GFS) və Hadoop Paylanmış Fayl Sistemi (HDFS) kimi bulud saxlanc sistemi texnolo-

giyalarının analizi aparılmışdır. Son hissədə isə eyeOS veb əməliyyat sistemindən istifadə etməklə 

ənənəvi fayl saxlama (sorage) metodlarının necə inkişaf etdirildiyi göstərilmiş,  Hadoop klasterində 

bulud saxlanc sistemi qurulmuşdur. Qurulmuş sistem üzərində fayl əməliyyatları aparılmış və nəticələr 

cədvəl halında təqdim olunmuşdur. 

Son illərdə bulud hesablamaları texnologiyaları tələbata uyğun olaraq çox sürətlə inkişaf edir. 

Bulud hesablamaları  ənənəvi kompüter texnologiyaları  və  şəbəkə texnologiyalarının kombinasiya-

sından  əmələ  gəlmişdir.  Şəbəkə texnologiyalarına misal olaraq qrid hesablamaları, paylanmış 

hesablamalar, paralel hesablamalar, kommunal hesablamalar və virtuallaşdırmanı göstərmək olar. Hal-

hazırda Google, Amazon, IBM, Microsoft, Sun və digər  İT nəhəngləri bulud hesablama texno-

logiyalarını inkişaf etdirməkdə və məhsullarından  istifadə etməkdə çox maraqlıdırlar. Nümunə olaraq, 

Google  şirkətinin Google Fayl Sistemi, MapReduce, BigTable və digər texnologoyalarından istifadə 

etməklə istifadəçilərinə təqdim etdiyi bulud texnologiyaları məhsullarını göstərmək olar.  

Bulud saxlancı texnologiyalarından  ən çox istifadə olunanı Google Fayl Sistemi və Hadoop 

Paylanmış Fayl Sistemidir. 

Google Fayl Sistemi Google şirkətinin böyük həcmli verilənlərini saxlaması  və idarə etməsi 

üçün yaradılmış olan klaster əsaslı paylanmış fayl sistemidir. GFS klasteri Şəkil 1 – də göstərildiyi 

kimi bir master, bir neçə çankserver və çoxsaylı kilentlərdən ibarət olur.  

  GFS Master fayl kataloqlarının sturukturunu və sistemin metadatasını idarə edir.   

  Çankserver GFS faylları müəyyən ölçülü (64 MB) dilimlərə (ingiliscə chunks) bölərək onları 

özünün lokal disklərində saxlayır. Dilimlər özləri 64 KB-lıq bloklardan ibarət olur. Hər bir blok 

32 bitlə təyin olunur. Hər bir dilimi müəyyən etmək üçün 64 bitlik təyin etmə kodları (ingiliscə 

chunk handle) vardır. Bu təyin etmə kodu dilim yarandıqdan dərhal sonra master tərəfindən 

təyin olunur.  Verilənlərin  itməməsi üçün çankserverlərdə  hər bir dilimin nüsxələri saxlanılır 

(susmaya görə 3 nüsxə). 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

347



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

  Klient  istifadəçilər ilə klaster arasında əlaqə yaratmaq üçün interfeysi təmin edən 

kompüterlərdir. 

 

Şəkil 1. GFS Arxitekturası 



Hadoop Paylanmış Fayl Sistemi hadoop mühiti (ingiliscə framework) üçün yaradılmış klaster 

əsaslı paylanmış fayl sistemidir. HPFS bir NameNod və bir neçə DataNod-lardan ibarət olur.  

  NameNod ana (ingiliscə master) proses kimi blokların serverlər üzrə paylanmasını, 

yaradılmasını, silinməsini və bir blokda problem meydana gəldiyində onun yenidən 

yaradılmasını  təmin edir. Qısacası, HPFS üzərindəki bütün fayllar haqqındakı  məlumatlar 

(ingiliscə metadata) NameNod-da saxlanılır və idarə olunur. Hər klasterdə yalnız bir ədəd 

NameNod ola bilər. NameNod Google Fayl Sistemindəki Master ilə müqayisə oluna bilər.  

  DataNod isə blokları özündə saxlayan bir işçi (ingiliscə slave) serverdir. Hər DataNode öz lokal 

diskində yerləşən verilənlərə cavabdehdir. Bir klaster tərkibində bir neçə DataNode ola bilər 

(Şəkil 2). HDFS klasterindəki DataNod Google Fayl Sistemindəki çankserverlər ilə müqayisə 

oluna bilər. HDFS klasterini NameNod və DataNod-ları aşağı qiymətli linuks komputerlərində 

də asanlıqla qurmaq və istifadə etmək mümkündür. 

 

Klientlər: Klientlər istifadəçilərin bulud saxlanc sisteminə daxil olması üçün yaradılmış bir 

interfeysdir.



 

 

Şəkil 2. HPFS Arxitekturası 

EyeOS ofis proqramlarına və  şəxsi məlumat idarə etmə sistemlərinə malik veb əməliyyat 

sistemidir. EyeOS həmçinin mobil ofis və onlayn saxlanc imkanlarına da malikdir. Bu əməliyyat 

sisteminin xətalara dayanıqlığı , etibarlılığı nisbətən zəifdir. Fayllara müraciət bir istiqamətlidir və 

fayllara müraciət effektivliyi yüksək deyil. Təqdim olunan işdə  ənənəvi fayl saxlama metodlarının 

inkişaf etdirilməsi, eləcə də HPFS texnologiyasından istifadə etməklə xətalara dayanıqlı idarəetməyə 

malik paylanmış saxlanc sisteminin qurulmasına nail olunmuşdur və sistem üzərində eksperiment 

aparılmışdır.  

Eksperiment zamanı beş kompüter istifadə olunmuşdur. İlk üçü uyğun olaraq klient, eyeOS və 

namenode, digər ikisi isə datanode kimi istifadə olunmuşdur. Datanodlara şərti olaraq D1 və D2 adları 

verilmişdir. D1 və D2 datanodlarında yerləşən fayllara isə F1 və F2 adları verilmişdir. Bu 

eksperimenti apararkən D1 və D2 datanodlarının həmişə normal rejimdə işləməsi hesab olunmuşdur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

348



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Cədvəl 1. Eksperimentin nəticələri 

Əməliyyat F1-in 

yaradılması F2-nin 

silinməsi 

D1(normal) D2(normal) 

F1 həm D1-də, həm də D2-də yaranır F2 

həm D1, həm də D2-dən silinir 

D1 (nasaz) D2 (normal) 

F1  D2 də saxlanılır, ancaq D1-də yox   F2   D2-dən silinir, ancaq D1-də qalır 

D1(bərpa olunur) D2 (normal) 

Dərhal  D1-də F1-in dublikatı yaranır D1-dəki  F2 faylı silinir 

Nəticə olaraq görünür ki, bulud hesablamaları internetin sürətli inkişafı ilə bərabər internetə bir 

sıra məhsuldar tətbiqlər gətirmiş və çox önəmli bir məhsula çevrilmişdir. Təqdim olunan işdə də bulud 

hesablamalarının, bulud saxlanc texnologiyalarının əsas kosepsiyaları təqdim olunmuş və  eyeOS veb 

əməliyyat sistemindən istifadə etməklə bulud saxlanc sistemi klasterdə qurulmuşdur. Aparılmış 

eksperimentlərə əsasən söyləmək olar ki, qurulan sistem normal işləyir. 

 

 



BULUD TEXNOLOGİYALARINDA YÜKLƏNMƏNİN 

BALANSLAŞDIRILMASI 

 

Anar ORUCOV 

Qafqaz Universiteti 



orucov1992@gmail.com 

AZƏRBAYCAN 

 

Bulud texnologiyaları müştərilərə infrastruktur, platform, proqram təminatı xidmətləri  



göstərməyə imkan verir. Bulud texnologiyaları coğrafi mövqeyinə görə  fərqli yerlərdə yerləşən 

klasterlərdən ibarətdir. Onun elastik arxitekturu genişlənməyə imkan verir. Bu da çoxlu sayda 

istifadəçini cəlb etməyə  şərait yaradır.  İstifadəçilərin çoxluğu sistemin yüklənməsinə  gətirib çıxarır. 

Burada qarşıya qoyulan məsələ ondan ibarətdir ki, gələn sorğuları elə yönləndirmək lazımdır ki, 

klasterlər arasında yüklənmə  bərabər səviyyədə olsun. Yəni, qarşıya qoyulan məsələ bulud 

texnologiyalarında klasterlər arasında yüklənmənin balanslaşdırılmasıdır. Bu məqalədə yüklənmənin 

balanslaşdırılması alqoritmlərindən danışacağıq. 

Yüklənmənin balanslaşdırılması bulud texnologiyalarının məhsuldarlığının artırılması  və 

resurslardan tam istifadə üçün öncəliklə qoyulan tələblərdən biridir. Yüklənmənin balanslaşdırılması 

mərkəzləşdirilmiş və ya mərkəzləşdirilməmiş olur. Yüklənmənin balanslaşdırılmasını həyata keçirmək 

üçün yüklənmənin balanslaşdırılması alqoritmlərindən istifadə olunur. Məhsuldarlığın artırılması üçün 

bir neçə alqoritmlər vardır. Onların  əsas fərqi mürəkkəblik dərəcəsindədir. Alqoritmin effektivliyi 

bulud texnologiyasının arxitekturasından, layihəsindən asılıdır. 

Yüklənmənin balanslaşdırılması alqoritmləri statik və dinamik olur. Statik alqoritmlərdə 

sistemin əvvəlki vəziyyəti və ya qovşağın vəziyyəti nəzərə alınmır. Dinamik alqoritmləri isə sistemin 

əvvəlki vəziyyətini və paylanma zamanı qovşağın vəziyyətini nəzərə alır. Yüklənmənin 

balanslaşdırılması üçün dinamik alqoritmlərin üstünlüyü ondan ibarətdir ki, hər hansı bir qovşaq 

sıradan çıxarsa sistemin işində nasazlıq yaranmır; bu yalnız sistemin məhsuldarlığına təsir göstərir. 

Round-Robin alqoritmi 

Bu alqoritm statik yüklənmənin balanslaşdırılması alqoritmidir. Bu alqoritmdə  işlərin 

paylanması vaxtı qovşaqların  əvvəlki vəziyyətləri nəzərə alınmır. Burada işlər bölüşdürülərkən 

planlaşdırılmış round robin alqoritmindən istifadə olunur. Alqoritm qovşaqları  təsadüfi seçir, daha 

sonra işləri dairəvi ardıcıllıqla bütün qovşaqlara bölüşdürür. Bu alqoritm bulud texnologiyaları üçün 

əlverişli deyil, çünki, qovşaqlardan hər hansı birinə daha çox yük düşə bilər. Beləliklə, bu məsələnin 

həlli üçün çəkili Round-Robin alqoritmi təklif olundu. Bu alqoritmdə  hər bir qovşağın xüsusi çəkisi 

olur. Hər bir qovşaq çəkisindən asılı olaraq müvafiq sayda sorğular qəbul edir. Qovşaqların çəki ilə 

əlaqələndirilməyi şəbəkə trafikini idarə etmək üçün çox faydalıdır. 

Equally Spread Current Execution alqoritmi 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

349



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Equally Spread Current Execution alqoritmi dinamik yüklənmənin balanslaşdırılması 

alqoritmidir. Bu alqoritm prosesləri prioritetinə görə emal edir. O, prioriteti proseslərin ölçüsünə görə 

təyin edir. Bu alqoritm birinci prosesin ölçüsünü yoxlayaraq yükü təsadüfi paylayır və daha sonra 

yükü daha az yüklənən virtual maşına yönləndirir. Yüklənmə balanslaşdırıcısı yükü müxtəlif qovşaqlar 

arasında yayır. Beləliklə, bu, yayılma spektrı texnikası kimi tanınır. 

Throttled Load Balancer alqoritmi 

Throttled Load Balancer dinamik yüklənmənin balanslaşdırma alqoritmidir. Bu alqoritmdə ilk 

növbədə  tələb olunan əməliyyatı yerinə yetirməyə uyğun olan virtual maşını tapmaq üçün sorğu 

göndərir. Tapşırıq menecerində bütün virtual maşınların siyahısı olur. Bu indekslənmiş siyahıdan 

istifadə edərək icra olunmalı tapşırığı müvafiq virtual maşınlara paylayır.  Əgər tapşırıq hər hansı 

xüsusi bir virtual maşına daha uyğundursa, onda müvafiq maşına yönləndirilir. Əgər heç bir maşın işi 

qəbul etmək üçün hazır deyilsə, onda tapşırıq meneceri sorğunu müştəridən alır və növbədə saxlayır. 

Bu alqoritmləri CloudSim simulyatoru ilə  işlədib xidmət vaxtlarını  və  xərclənən məbləği 

hesablamaq olar. CloudSim simulyatorunda bulud texnologiyalarının məlumat mərkəzlərini müxtəlif 

coğrafi regionlarda yerləşdirmək, həmçinin məlumat mərkəzlərindəki serverləri parametrlərini 

göstərməklə daxil etmək olar. 

Bu alqoritmlərin göstəricilərini müqayisə etmək üçün Amerika və Avropada yerləşən məlumat 

mərkəzlərindən ibarət bulud texnologiyası üçün simulyasiya nəticələrinə baxaq. Hər bir məlumat 

mərkəzi üçün 100 serverin olduğu nəzərdə tutulub.



 

Cədvəl 1. Müxtəlif parametrlər üzrə alqoritmlərin nəticələri 

Parametr 

Round-Robin 

Equally Spread Current 

Execution 

Throttled Load Balancer 

Orta vaxt (ms) 

184.84 


184.82 

184.83 


Minimum vaxt (ms) 

38.13 


38.13 

38.13 


Maksimum vaxt (ms) 

365.14 


365.14 

365.14 


Xərc (1 saat üçün, $ ilə) 20.46 

20.46 


20.46 

Bu məqalədə bulud texnologiyasında yüklənmənin balanslaşdırılması üçün alqoritmlərin 

növlərinə baxıldı, onlar haqda məlumat verildi. Bəzi alqoritmlərin iş prinsipi barədə məlumat verildi 

və bu alqoritmlərin CloudSim simulyatoru ilə müxtəlif parametrlər üzrə nəticələri göstərildi. 

 

 

 



BULUD TEXNOLOGİYASINDA GÖZLƏMƏ ZAMANINI 

AZALTMAQLA XİDMƏT KEYFİYYƏTİNİ ARTIRMAQ ÜÇÜN 

NÖVBƏ MODELİ 

 

Sahib AĞAKİŞİLİ 

Qafqaz Universiteti 



a.sahib91@gmail.com 

AZƏRBAYCAN 

 

Tez-tez ‘bulud’ kimi istinad edilən bulud texnologiyası, lazımi informasiya resurslarının internet 



texnologiya xidmətləri üçün əsası internet protokollarına  əsaslanan yeni bir xidmət servisi olaraq 

xarakterizə olunur. "Bulud" texnologiyasında işləmə, diapazon və yaddaş kimi kütləvi resursların 

çoxsaylı istifadəçilərə eyni zamanda paylanmasına ehtiyac vardır. Müxtəlif informasiya istifadəçiləri 

öz məlumatlarını bulud xidməti təminatçılarından eyni zamanda tələb edə bilərlər. Lakin həmin anda 

xidmət serveri məşğul olarsa, təminatçı əvvəlki istifadəçilər ilə informasiya mübadiləsini bitirənə kimi 

yeni gələn istifadəçilər gözləmək üçün növbəyə daxil olurlar. Bəzən bu çıxılmaz vəziyyət yarada bilər. 

Buna görə  də "bulud" informasiya xidməti təminatçıları gözləmə zamanını azaltmaq üçün çoxsaylı 

serverlərdən istifadə edirlər. Odur ki, informasiya mühitinin təmizliyinə  nəzarət etmək üçün ölçü 

götürmək vacibdir.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

350



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Bulud texnologiyası strukturunun ön hissə  və arxa hissə (giriş  və  çıxış) adlanan çox vacib 

komponentləri vardır ki, bunlar da internet vasitəsilə biri-birinə qoşulur. Buludun çıxış hissəsi özündə 

müxtəlif kompüterləri, serverləri və yaddaş qurğularını  əhatə edir. Bulud texnologiyası  təminatçıları 

öz xidmətlərini internet vasitəsilə  təklif edirlər. Bu xidmətlər geniş  şəkildə  əsasən üç kateqoriyaya 

bölünür: 

  İnfrastruktur proqram təminatı kimi: məsələn,  şəbəkə xidməti müştəriləri virtual server

yaddaş  və eyni zamanda, xüsusi əlavə proqramlarla təmin edir ki, bu da istifadəçiyə öz 

virtual serverinə daxil olmaq, tənzimləmək və işləmək imkanları verir; 

  Platforma xidmət kimi: fiziki maşınlar, virtual maşınlar və s. kimi resurslara daxil olmaq 

üçün bulud əsaslı mühit ilə təmin edir; 

  Proqram təminatı xidməti kimi: xidmət olaraq istifadəçiləri proqram təminatları ilə  təchiz 

etməyə imkan verir. Bu, icraçı xidmətdə yerləşən və internet vasitəsilə istifadə edilən 

proqram təminatlarına aiddir. Bulud texnologiyası proqram təminatı xidməti kimi istifadə 

edilə bilər. 

Bulud texnologiyası xidməti təminatçılarının  əsas məqsədi sistemi idarə etmək, minimum 

gözləmə zamanı  ərzində resurslardan maksimum istifadəni təmin etməkdir. Çoxsaylı istifadəçilər 

resursları və informasiyanı paylaşmaq üçün eyni vaxtda bulud xidmətinə daxil olduqda, server məşğul 

olduğu zaman növbə əmələ gəlir və ya həll etmə çətinliyi yaradır ki, bu da şəbəkənin performansına 

təsir edir və iş qabiliyyətini aşağı salır. Buna görə də, çoxsaylı serverlərdə cansıxıcı gözləmə zamanını 

azaltmaq üçün növbə modeli tətbiq edilir ki, bu da bulud mühitində gözləmə zamanının azalması və 

xidmət keyfiyyətinin təkmilləşməsi ilə nəticələnir. 

Növbə nəzəriyyəsi müxtəlif növbə sistemlərinin riyazi modellərinin toplusudur. Bu toplu giriş 

dərəcəsini və xidmət vaxtını  təhlil etmək üçün geniş istifadə edilir. Xidmət tələbi sistemin məhdud 

həcmindən artıq olduqda növbələrin əmələ gəlməsi ortaya çıxır. Giriş dərəcəsini və xidmət dərəcəsini 

təhlil etmək üçün və paketi təyinat yerinə çatdırmaq üçün göndərmə mərhələsində riyazi, ehtimal və 

Markov modeli olan növbə modeli tətbiq edilir. 

Növbə modeli aşağıdakı komponentlərlə xarakterizə edilir: 

  Giriş dərəcəsi: statik və ya dinamik şəkildə sorğunun gəlməsi yolunu təsvir edir; 

  Xidmət dərəcəsi: xidmət mümkün olduqda neçə sorğuya xidmət edilə biləcəyini təsvir edir; 

  Xidmət kanallarının sayı: xidmət kanalı  tək və çoxsaylı olur. Sorğular paralel xidmət 

kanallarından birinə daxil olur və təminatçı tərəfindən xidmət edilir; 

  Növbə intizamı: sorğuların FİFO (1-ci gələn 1-ci çıxır) və ya LİFO (sonuncu gələn 1-ci 

çıxır) və s. xidmət üsulunu seçdiyini təsvir edir. 

Növbə  nəzəriyyəsi bulud xidmətinin performans qiymətləndirilməsinin analitik üsullarını 

təkmilləşdirmək üçün tətbiq edilmişdir. Bulud sistemini açıq növbə  şəbəkəsi kimi məhdud ehtiyat 

tutumlu iki qoşa serverdən ibarət olaraq modelləşdirildi ki, burada da həm aralıq, həm də xidmət 

zamanlarının eksponensial bölüşdürülməsi nəzərdə tutulur. Mütəxəssislər iki server üçün M/M/C 

modeli təklif edirlər ki, bu da, serverin birini növbənin uzunluğunun və növbənin gözləmə vaxtının 

azaldılması üçün istifadə edərək iş keyfiyyətini yaxşılaşdırır.  İstifadəçilərin işləyəbilmə  tələblərini 

müxtəlif prioritet səviyyələrdə təmin etmək məqsədi ilə resursların bölüşdürülməsini araşdırmaq üçün 

bufer tutumu olmayan və giriş  və  çıxış üçün Markov prosesləri olan C serverli M/M/C/C növbə 

sistemli bulud informasiya mərkəzi modelləşdirildi. Bulud informasiya mərkəzləri üçün növbə modeli 

hazırlandı. Bu modeldə giriş və çıxış zamanları eksponensial olaraq paylanmış hesab edilir və xidmət 

üçün cavab reaksiyası vaxtı üç müstəqil hissəyə bölünür: gözləmə, xidmət və icra dövrləri. Eyni 

zmanda həm birsinifli xidmət halı, həm də çoxsinifli xidmət halı üçün resurs paylaşması problemlərini 

tədqiq etmək məqsədilə növbə modelini tətbiq edirlər. 

Server məşğul olduğu zaman bulud xidməti istifadəçilərinin sayı xeyli çox olarsa, növbə əmələ 

gələcək və istifadəçilər resursları  əldə edə bilməyəcəklər. Bu məqalə çoxsaylı serverlər üçün 

(M/M/C):( ∞/FİFO) növbə modelini  təklif edir. Nəticədən görünür ki, daha çox server olarsa, ənənəvi 

üsulla müqayisədə gözləmə vaxtı azalar. Beləliklə, yüksək xidmət keyfiyyəti əldə edilə bilər. Yanaşma 

effektivdir və bulud texnologiyasının yeni problemləri üçün genişlənə biləndir. 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

351



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

BULUD TEXNOLOGİYASINDA TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ 

 

Nurlan VƏLİZADƏ 

Qafqaz Universiteti 



nurlan.velizade@gmail.com 

AZƏRBAYCAN 

 

Son illər bulud texnologiyasının meydana çıxması hamının inkişaf modelləri, proqram 



arxitekturası haqqında olan fikirlərini köklü surətdə dəyişib. İlkin mərhələdə tranzistorların yaranması 

ilə meynfreymlərdən klient/server texnologiyasına keçildiyi kimi  bulud texnologiyasının yaranması 

ilə də qrid texnologiyasından yeni innovativ arxitekturalı modelə keçildi. Bulud sistemlərinə bu surətli 

keçid  İnformasiya Sistemlərinin müvəffəqliyi, kommunikasiya və informasiyanın təhlükəsizliyi 

məsələlərinin inkişafına təkan vermiş oldu. Bulud texnologiyasının yaranması özü ilə bərabər bir sıra 

təhlükəsizlik məsələlərini də gündəmə  gətirdi.Bu məqalədə bizim iki məqsədimiz vardır. Birincisi 

təhlükəsizlik qaydalarını müəyyənləşdirməklə bulud sistemlərin buna nə  dərəcədə cavab verdiyi 

məsləsinə baxmaq, ikincisi isə yaranmış  təhlükələr, risklər haqqında önəmli həllər verməkdir. Bu 

məqalədə biz bulud mühitində xüsusu təhlükəsizlik xarakteristikalarını təmin edən İnanılmış Üçüncü 

Tərəf (Trusted Third Party) təqdim edəcəyik. Təklif olunan bu üsulda verilənlərin autentifikasiyasını, 

tamlığını və bütövlüyünü təmin etmək üçün kriptoqrafiyadan,xüsusən də simmetrik kriptoqrafiyadan 

istifadə olunur. 

Bulud texnlogiyası yüksək populyarlığa malik olduğundan və geniş yayıldığından bu modelin 

inkişafı ilə  təhlükəsizlik məsələləri də gündəmə  gəlir.Ənənəvi təhlükəsizlik mexanizmlərinin  

effektivliyi və  səmərəliliyi  bu yeni modelin xüsusiyyətlərinə  əsasən yənidən nəzərə alınaraq onu 

ənənəvi arxitektuaralardan çox böyük ölçüdə  fərqləndirmişdir.Bu məqalədə  biz bulud mühitində 

təqdim olunan unikal təhlükəsizlik məsələrini aydınlaşdırmağa və onları  təhlükəsizlik nöqteyi 

nəzərdən araşdırmağa çalışacağıq.Biz  istifadəçiləri təhlükəsizlik yükündən xilas etməklə Üçüncü 

Tərəfə güvənən təhlükəsizlik həlli təklif edəcəyik.Bu üçüncü tərəf paylanmış İnformasiya Sistemində 

xüsusi təhlükəsizik xarakteristikalarının təmin olunmasına xidmət edir.Buna nail olmaq üçün əvvəlki 

bulud sxemlərindən və entitilər arasında əlaqə analiz olunur.Nail olmaq istədiyimiz bu üsul proqram 

təminatı mühəndisliyi və informasiya sistemləri arxitekturasına  əsaslanır.Sistem arxitekturasını 

qurmaq üçün ilkin mərhələ tələblərin külliyatını müəyyənləşdirmək və funksiyonal xarakteristikaların 

analizindən ibarətdir. 

Bulud texnologiyasının təhlükəsizliyi dedikdə inam,tamlıq,münasiblik və  məxfilik  şərtlərinin 

birlikdə ödənməsi başa düşülür.İnamın mahiyyəti tranzaksiyada iştirak edən 2 entiti üçün aşağıdakı 

kimi ifadə oluna bilər:”A entitisi B entitisinə o vaxt güvənir ki, A entitisi B entitisinin düzgün və 

gözlənilən  şəkildə davranacağına inanır”. Bundan sonra həmin entiti inanılmış hesab olunur. 

İnformasiya cəmiyyətində inam müxtəlif yerlərdə, hesablamada, bilikdə  və ya sosial səbəblərdə 

istifadə oluna bilər. Məxfilik dedikdə qurunan verilənlərə yalnız icazəsi olan şəxslərin və ya 

proseslərin icazəsinin olması başa düşülür.Bulud sistemində verilənlərin təhlükəsi artır çünki bu 

sistemdə istifadə edən tərəflərin sayı,cihazlar və tətbiqi proqramlar artdığından verilənlərdən istifadə 

nöqtələrinin sayı da artır.Verilənlərə çoxlu nöqtələrdən icazə olduğundan verilənlərin riskinin 

artmasına gətirib çıxarır.Çoxlu girişlərin olması,verilənlərin dayanıqlığı,proqram təhlükəsizliyi və 

gizlilik ilə  əlaqədar bulud mühitində bir sıra narahatedici məqamlar doğur.Tamlıq dedikdə o başa 

düşülür ki, resurslar yalnız icazı verilmiş şəxslər tərəfindən icazəli yolla dəyişdirilə bilsin.Verilənlərin 

tamlığı dedikdə verilənləri istənilməyən silinmədən, dəyişilmədən və yaradılmasından qorunmasıdır. 

Əlavə olaraq, bu cür mexanizmlər sistem və verilənlərin kimin dəyişdirdiyini,onların tamlığına kimin 

təsir göstərdiyini  əyani nümayiş etdirə bilir. Avtorizasiya imkan verir ki hər bir autentifikasiyadan 

keçmiş istifadəçi sistemdə hansı  əməliyyatları yerinə yetirə bilər. Müansiblik sistemin bir xüsusiy-

yətidir və icazəli entiti tərəfindən əldə oluna bilmə və ehtiyaca əsasən istifadə olunma başa düşülür. 

Sistemin münasibliyi hətta bəzi entitilərin səhv addımında belə  əməliyyatları aparma qabiliyyətini 

özündə birləşdirir. Sistem hətta təhlükəsizlik problemi yaranan anda belə əməliyyatları yernə yetirmə 

bacarığına malik olmalıdır. Münasiblik verilənlərə,proqrama və hətta aparat təminatına aid ola bilər.  

Bulud texnologiyasının təhlükələrini aşağıdakı kimi qruplaşdıra bilərik. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin