IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
325
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION II
ENGINEERING SCIENCES
Computer Sciences and ICT
Mechanical and Industrial Engineering
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
326
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
327
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION II
ENGINEERING SCIENCES
Computer Sciences and ICT
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
328
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ADAPTİV ROBOTLARIN İDARƏETMƏ SİSTEMLƏRİNİN ANALİZİ
VƏ TƏTBİQ SAHƏLƏRİNİN TƏYİNİ
Aynurə DÖVLƏTZADƏ
Sumqayıt Dövlət Universiteti
Bunyadov82@mail.ru
AZƏRBAYCAN
Robototexnikanın inkişafının yeni mərhələsində insanı nəinki yorucu monoton əməliyyatları
yerinə yetirməkdə əvəz edən, eyni zamanda aqressiv mühitlərdə insanın olması səhhəti nöqteyi-
nəzərdən mümkün olmayan sahələrdə fəaliyyət göstərən avtonom adaptiv robotların (AAR)
yaradılması aktuallıq kəsb edir.
AAR-ın digər nəsl robotlardan əsas fərqi ondadır ki, onların imkanları müəyyən zaman
kəsiyində insanın təbii intellektinin imkanları ilə üst-üstə düşməlidir və onlar qeyri-müəyyənlik
şəraitində adekvat qərarlar qəbul etməklə fəaliyyət göstərməlidirlər. Göründüyü kimi AAR-ın
yaradılması birbaşa insanın intellektinin modelləşdirilməsi ilə bağlıdır və qlobal psixoloji
mexanizimlərin mahiyyəti haqqında prosedurların həllini tələb edir. Bu isə həddindən artıq mürəkkəb
məsələdir ki, onun da psixoloji, tibbi və fəlsəfi həlli hələlik tədqiqat mərhələlərində araşdırılır.
Elm və texnikanın inkişafının müasir vəziyyəti imkan verir ki, AAR-ın yaradılmasında və
idarəolunmasında bioniki yanaşmanın müxtılif modifikasiyalarından istifadə edilsin. Belə həll
yollarından biri kimi biotexniki (BT) yanaşmanı göstərmək olar.
BT yanaşmada sensor sistemləri və icra alt sistemləri ilə təchiz olunmuş AAR insan-
operatordan əhəmiyyətli uzaq məsafədəki işçi zonada fəaliyyət göstərir.
Robotun ətraf mühütindəki vəziyyət haqqında informasiya müxtəlif tip kanallarla operatora
ötürülür. Mövcud situasiyanı qiymətləndirən operator həmin kanalla robota idarəedici təsirlər
göstərməklə onu məsafədən idarə edir. Müasir texniki vasitələr operatora onun robotun işçi zonasinda
olması illyuzasını yaratmağa imkan verir. Bu halda robotla operatorun əlaqəsi diskret zaman
momentlərində seanslarla həyata keçirilir. Göstərilən yanaşma ilə yaradılan robotlara nümunə kimi ilk
kəsmik robotları göstərmək olar.
Göründüyü kimi biotexniki yanaşmada əsas rolu insanın intellektinə əsaslanan qərar qəbul etmə
proseduralarının yerinə yetirilməsidir. Bu isə heç də robotun süni intellektinin yaradılması probleminin
həlli rolunu oynamır, sadəcə olaraq məsələnin ciddiliyini bir qədər yüngülləşdirir. Daha doğrusu
AAR-ın idarəolunmasında təbii intelekt ilə sadələşdirilmiş süni intellektdən komprimis istifadəyə
əsaslanan idarə üsullarının işlənməsi üçün əsas yaradır. Belə yanaşmalara misal kimi AAR-ın
supervizor və dioloq idarə usullarını göstərmək olar.
Supervizor idarəetməsinin mahiyyəti ondan ibarətdir ki, operator AAR-la seans zamanı ona
növbəti tapşırığı göndərir. AAR tapşırığı yerinə yetirmək üçün işçi zonasındakı situasiyanı
araşdırmalı, operatorun köməyi olmadan konkret məqsədə nail olmaq üçün tələb olunan məsələləri
həll etməlidir. Baxmayaraq ki, supervizor rejimində robotla əlaqədə operatorun işi əhəmiyyətli
dərəcədə yüngülləşir, AAR-ın göstərilən halda intellektual səviyyəsi insan intellikti ilə müqayisədə
əhəmiyyətli dərəcədə sadədir. Eyni zamanda bu halda AAR-ın idarəolummasında istifadə edilən
çoxlu problemlər qarşıya çıxır.
AAR-ın idarə edilməsində insanın təbii intellektinə nisbətən yaxın ola biləcək süni intellekt
əsasında qurulan idarə sistemlərinin yaradılmasında bioniki yaxınlaşma üsulu son vaxtlar xüsusi
aktuallıq kəsb edir. Bioniki yaxınlaşmanın mahiyyəti AAR-ın idarə olunmasında bioniki analoqların,
yəni neyrifizioloji və neyrokibernetik ekspermentlərin nəticələrindən istifadə edilməsidir.Bu halda
AAR-ın idarə olunmasında süni intellektin istifadəsində təbii intellektin bütün funksiyalarını
modelləşdirən qurğuların yaradılmasına deyil, məhz konkret mühitdə adaptiv davranışı və
məqsədəyönlü fəaliyyəti təmin edən qurğuların sintezinə baxılmalıdır. Başqa sözlə reflektor
davranışlarının mürəkkəb psixoloji səviyyədə deyil, nisbətən sadə neyrofizioloji səviyyədə
modelləşdirməkdən başlamaq lazımdır.
Müxtəlif təyinatlı funksiyaları yerinı yetirən mövcud neyron şəbəkələri paket proqramları imkan
verir ki, bioniki yanaşmadan istifadə etməklə AAR-ın idarəedilməsi üçün yeni metodlar işlənib
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
329
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
hazırlansın. Bu istiqamətdə tədqiqat işlərinin nəticələri perspektivdə daha mürəkkəb strukturlu AAR-
ın süni intellekt elementləri ilə təchiz olunmuş idarəetmə sistemlərinin yaradılmasını təmin etməlidir.
AAR-ın dioloq rejimində fəaliyyət göstərən idarəetmə sistemində operatorla robot arasındakı
əlaqə ancaq operator tərəfindən deyil, həm də lazım olduqda robotun süni intellekt elementinin
təşəbbüsü ilə həyata keçirilir. Bu halda AAR onun süni intellekt elementləri ilə təchiz edilmiş
idarəetmə sistemi, ya da operatorun tapşırıqları rəhbərliyi ilə, eyni zamanda təbii və süni intellektin
qarşılıqlı əlaqəsi ilə fəaliyyət göstərə bilər.
İdarəetmə sistemləri süni intellekt elementləri ilə təchiz edilmiş AAR-lar real dinamiki dəyişən
xarici mühitdə fəaliyyət göstərmək və robot kollektivlərinin tərkibində mürəkkəb funksiyaları yerinə
yetirmək imkanlarına malik olmalıdır.
Analiz göstərir ki, AAR-ın sadalanan idarəetmə sistemlərinin realizasiyası ancaq əvvəldə qeyd
olunan alqoritmik və proqram təminatlarını mürəkkəbliyi ilə deyil, eyni zamanda klassik struktura
malik ardıcıl hesablayıcı qurğuların robotun real vaxt rejimində fəaliyyətini təmin edə bilməməsi ilə
əlaqədardır. Bu məqsədlə real obyektlətdə paralel strukturlu hesablayıcı qurğuların, xüsusən də
kompüterlərin istifadəsi elm və texnikanın müasir səviyyəsində iqtisadi nöqteyi- nəzərdən özünü
doğrultmur. Odur ki, real, əvvəlcədən (aprioru) öyrənilməmiş xarici mühitdə AAR-ın idarəedilməsi
üçün digər yanaşmaların istifadəsi aktuallaşır. Belə yanaşmalardan biri də robotların adaptiv
idarəedilməsində bircinsli idarəedici strukturlardan istifadədir. Bu növ robotları süni intellekt
elementləri ilə təchiz edilmiş adaptiv robotlar adlandırırlar.
Göstərilən prinsiplə idarə olunan robotlar (robot kollektivi) müxtəlif situasiyalarda fəaliyyət
gostərən və situasiyalarının yerinə yetirilməsi ardıcıllığı əvvəlcədən məlum olmayan proseslərin idarə
edilməsində müvəffəqiyyətlə istifadə oluna bilər.
Sumqayıt Dövlət universitetində çevik istehsal sisteminin bircinsli idarəedici strukturlardan
istifadə edilməklə idarə olunması istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilir.
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ İNFORMATİKA FƏNNİ ÜZRƏ
ELEKTRON TƏHSİL PORTALI ÜÇÜN İNFORMASİYA MODELİNİN
İŞLƏNMƏSİ
Çiçək XƏLİLLİ
Qafqaz Universiteti
Xelilli93@mail.ru
AZƏRBAYCAN
Aynurə ƏLƏKBƏROVA
Qafqaz Universiteti
aelekberova@qu.edu.az
AZƏRBAYCAN
XXI əsrdə yaşadığımız mühitdə hər birimiz əşyaların, geyimlərin , texnologiyaların və.s dəbdən
düşməsi və eyni zamanda artıq istifadəsi daha asan və bizə daha çox imkanlar verən əşyalardan və
texnologiyalardan istifadə edilməsi problemi ilə üz-üzə qalırıq. Bunlardan ən vacibi texnologiyalardır.
Texnologiyaların günü-gündən inkişaf etməsi təhsil sahəsinə də böyük təsir edir. Məsələn: İlk dəfə
elektron təhsil məktub vasitəsilə həyata keçirilsə də artıq XXI əsrdə texnologiyalar vasitəsilə bu daha
da asanlaşdırılmışdır. İstənilən bir şəxs öz evindən çıxmadan dünyanın ən nüfuzlu universitetlərində
təhsil ala bilər.
Bir sözlə keçmişdə insanlar nə qədər çox təhsil almaq istəsələr də bu çox zaman mümkün
olmurdu. Buna səbəb yolun uzaq olması, xərcin çox olması, ən başlıcası isə fiziki əngəlli insanların
təhsil ala bilməməsi idi. Amma XXI əsrdə bu artıq böyük problem deyil.
Telekommunikasiya texnologiyaları və internet şəbəkəsinin resursları yeni tədris tipini
“Elektron təhsil”-i (e-learning) meydana çıxardı.
Elektron Təhsil- internet, yaxud intranet şəbəkəsi vasitəsilə şəxsin müstəqil öyrənməsi ilə
gerçəkləşən , biliyin əldə olunmasında zaman və məkan hüdudlarını tanımayan , ömür boyu
öyrənməyə imkan verən bir təhsil sistemidir.
Elektron təhsillə üz-üzə təhsilin hüquqi cəhətdən heç bir fərqi yoxdur. Elektron təhsil tələbələrə
öz öyrənmə sürətində öyrənməyə, mövzunu dərk edənə qədər mövzu üzərində təkrar-təkrar işləməyə,
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
330
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tələbənin istədiyi məkanda dərsi dinləməyə, müxtəlif təbəqədən olan tələbələrin rahat bir şəkildə təhsil
ala bilmələrinə imkan verir.
Elektron təhsil XVIII əsrin əvvəllərində yaranıb və günümüzə qədər sürətlə inkişaf edib.
1728-ci ildə Boston qəzetində stenoqrafiya dərsləri, 1833-cü ildə isə İsveç Universitetində xanımlara
keçirilən “Məktubla Kompazisiya” dərsləri elektron təhsilin başlanğıcı hesab olunur. Artıq dünyanın
bir çox ölkələrində ən nüfuzlu universitetlərdə elektron təhsil mövcuddur. Bunlara İngiltərədə
University of Teesside, University of Sunderland, Amerikada Cooper Union , Deep Springs College,
Türkiyədə Sakarya Üniversiteti, Çukurova Üniversiteti, Anadolu Üniversiteti və.s misal göstərmək olar.
Azərbaycanda da elektron təhsil mözvusu gündəmdə olan mövzulardan biridir. Belə ki,
Azərbaycanda Təhsil Nazirliyi nəzdində elektron təhsil resurslarının qiymətləndirilməsi üzrə Şura
fəaliyyət göstərir. Elektron təhsil resurslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi,
onların təhsil portalında yerləşdirilməsi və daha effektiv tətbiqi Şuranın əsəs məqsədlərindəndir. Qeyd
etmək lazımdır ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyasının
İnformasiya Texnologiyaları İnstitutu, Milli Elmlər Akademiyası Kibernetika İnstitutu, Təhsil
Nazirliyinin tərəfdaşları: “Mədəd” dövlət təşkilatı, “Ultra Computers”, “Azedunet”, “Microsoft
Azerbaijan” şirkəti həmçinin qeyri-hökumət təşkilatları və müəllimlər elektron təhsil resurslarının
qiymətləndirilməsi üzrə Şuranın tərkibinə daxildirlər.
Bu araşdırmanın əsas məqsədi elektron təhsilin elm sahəsinə təsirini vurğulamaq, müsbət və
mənfi cəhətlərini meydana çıxarmaq və mənfi cəhətlərin aradan qaldırılması üçün tədbirlər planı
hazırlamaqdır.
Yuxarıda yazılanlardan belə nəticəyə gəlmək olur ki, elektron təhsil elm üçün çox vacib
addımlardan biridir. Lakin elektron təhsilin çatışmayan cəhətləri də mövcuddur. Bu sahədə hal-hazırda
çoxlu sayda işlər getsə də hələ də ideal bir sistem yaratmaq mümkün olmur.
Təkliflər:
Tədris işçilərini təsirli bir elektron təhsilin necə olacağı barədə maarifləndirmək
Dərs materiallarının online mühitə asanlıqla köçürülməsini təmin etmək
Tələbələrin suallarına tez bir zamanda cavab verilməsi üçün daha aktiv bir mühit yaratmaq
Tələbə və müəllimləri bütün kommunikasiya vasitələri ilə təmin etmək
Akademik mənada dürüstlüyü tam təmin etmək
Tələbələrin sosiallaşmaları üçün müəyyən tədbirlər görmək
Əgər elektron təhsilin mənfi cəhətlərini aradan qaldırmaq mümkün olsa XXI əsr üz-üzə təhsil
üçün son əsr ola bilər. Bunun yaxın gələcəkdə baş verəcəyi gözlənilir. Çünki texnologiyalar durmadan
inkişaf edir və bu təhsil sahəsinə də öz təsirini göstərir.
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏLƏBƏ MƏLUMAT
SİSTEMLƏRİNİN ANALİZİ
Nərgiz HÜSEYNOVA
Qafqaz Universiteti
nina_nargiz@mail.ru
AZƏRBAYCAN
Əli HƏSƏNOV
Qafqaz Universiteti
ahasanov@qu.edu.az
AZƏRBAYCAN
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin
təşkili qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348
nömrəli qərarı ilə təsdiq edilmişdir. Bu qərar Azərbaycandakı Ali təhsil müəssisələrinin Avropa
ölkələrindəki təhsil sisteminə inteqrasiyasına əhəmiyyətli bir şəkildə təkan vermişdir. Bütün bunlarla
yanaşı tələbələrin alacaqları dərslərlə əlaqəli ətraflı məlumata sahib olması, o cümlədən oxuduqları
universitetlə virtual bağın yaranması, öz müvəffəqiyyət göstəricilərini rahatlıqla təqib edə bilməsi və s.
cəhətlərdən hər bir universitet üçün “Tələbə Məlumat Sistemi”-nin mövcudluğu labüddür.
Tezisdə “Tələbə Məlumat Sistemi”-nin əhəmiyyəti tədqiq olunmuş, Respublika xaricində və
daxilindəki universitetlərdə mövcud vəziyyətə baxılmışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
331
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ali təhsil müəssisələrində istifadə edilən elektron idarəetmə sistemlərinin məqsədi tələbələrə aid
məlumatların (tədris edilən fənlər, tələbə davamiyyəti, tələbənin ümumi tədris ili müddətində
nəticələri, təhsil haqqı, müvəffəq olduğu dərslərə görə qazandığı kredit sayları və s.) eyni bir platforma
üzərində birləşdirilməsidir. Eyni zamanda belə sistemlər tələbə-valideyn-müəllim üçlüyünü birləşdirən
virtual bir mühitdir.
Tələbə məlumat sisteminin arxitekturasına verilənlər bazasının yadda saxlanılması üçün
Database Server, bütün tətbiqetmələri icra edən Application Server, məlumat mübadiləsini təmin
etmək üçün File Server, sistemə olan müraciətləri qarşılaya bilməsi üçün Web Server və sistemin
istifadə edilməsi üçün fərdi kompüter yaxud bənzəri avadanlıqlar daxildir.
Elektron idarəetmə sistemlərinə aşağıdakı kimi tələblər qoyulur:
İstifadəsi asan olmalıdır.
Məxfilik və təhlükəsizlik qorunmalıdır.
Tələbələr üçün inteqrasiya edilmiş və dəstəklənən yeni texnologiyalar, öyrədici materiallar
olmalıdır.
Dərs qeydiyyatı əməliyyatlarını dəstəkləməlidir.
Universitet nizam-intizam qaydaları olmalıdır.
Sorğuların keçirilə bilməsi imkanı olmalıdır.
Analizlər aparıla bilməsi üçün lazımi cədvəlləri emal edə bilməlidir.
Hal-hazırda dünyanın bir çox universitetlərində bu tipli sistemlər tətbiq edilir. Belə sistemlərə
misal olaraq Blackboard, Moodle, Sakai, MyEdu sistemlərini göstərə bilərik. Blackboard sistemi
dünyanın bir çox universitetlərində (Boston University, Bucknell University, Princeton University,
qonşu Türkiyədə Anadolu Universiteti, Bilgi Universiteti, İstanbul Universiteti, Kadir Has
Universiteti) tətbiq olunur. Blackboard sistemi təhsil-təlim əlaqələrinin və qiymətləndirmələrin
olduğu güclü və asan istifadə edilə bilən bir sistemdir. Sistem 1997-ci ildən etibarən fəaliyyət göstərir.
Blackboard sistemi imkan verir ki, eyni bir platforma üzərindən istifadəçilər bir-biriləri ilə əlaqə
qursunlar və məlumatlar paylaşsınlar. Sistemin əlaqələr (Communication) bölməsində bir neçə
kateqoriyalar mövcuddur:
Elanlar - universitetin professor və müəllim heyəti tələbələr üçün vacib elanları burada yer-
ləşdirə bilirlər. Tələbələr blackboard sisteminə daxil olan zaman həmin elanı oxuya bilirlər.
Söhbət - online olaraq tələbələr bir-birilə ünsiyyətdə olurlar.
Elektron poçt - tələbələr fərdi vəya kütləvi olaraq elektron məktublarını göndərə bilirlər.
Təqvim - imtahan vaxtlarının təyin edilməsi üçün istifadə edirlər.
Sinif kitabı - tələbələr üçün müəllimlərin yerləşdirdiyi kitablar və dərsliklər saxlanılır.
Kütləvi İnformasiya Vasitələri kitabxanası- burada əsasən video dərsliklər yerləşdirilir.
Respublikamızda da demək olar ki, əksər universitetlərdə elektron idarəetmə sistemi mövcud-
dur. Misal olaraq Qafqaz Universitetini, Azərbaycan Diplomatik Akademiyasını, Xəzər Universitetini
və Azərbaycan Dövlət İqtisad Universitetini göstərə bilərik.
Xəzər Universiteti TexnoParkında təkmilləşdirilən və Xəzər Universitetində istismara verilən
sistem üç hissədən-Tələbə Şöbəsi, Akademik Məlumat Sistemi və Tələbə Məlumat Sistemindən ibarət
informatik bir sistemdir. Sistemin üstün cəhətlərindən biri də çoxlu sayda dildə mövcud olması və yeni
dil əlavə edilə bilmə xüsusiyyətidir. Sistem yeni tələbələrin qeydiyyatını keçirmək və avtomatik olaraq
yeni tələbə nömrəsi vermək imkanına malikdir. Sistem üzərində eyni zamanda dərs yükünün daxil
edilməsi, bütün akademik sənədlərin hazırlanması, akademikheyəthaqqında məlumatların daxil
edilməsi, statistik göstəricilərin hazırlanması, layihələrin idarə olunması və s. əməliyyatları aparmaq
mümkündür.
Azərbaycan Dövlət İqtisad Universitetinin də elektron idarəetmə sistemi mövcuddur. Tələbələr
istifadəçi adı və şifrəni daxil etməklə universitetlə əlaqəli məlumatlarının olduğu səhifəyə daxil ola
bilərlər. Burada dərs cədvəli, imtahan cədvəli, imtahan nəticələri, anket, fayllar kimi ayrı-ayrı
kateqoriyalar mövcuddur.
Qafqaz Universitetinin də bir-biri ilə əlaqəli iki sistemi - Tələbə Məlumat Sistemi və Personal
Məlumat sistemi fəaliyyət göstərir. İstifadəçilər özlərinə məxsus istifadəçi adı və şifrə vasitəsi ilə
sistemə giriş edirlər. Tələbə Məlumat Sistemində əsas səhifədə tələbəyə aid məlumatlar (tələbə
nömrəsi, ad, soyad, ata adı, giriş balı , e-mail ünvanı və.s) yerləşdirilir. Bundan əlavə tələbələrə
aşağıdakı imkanlar da verilməkdədir:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
332
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
kafedralar haqqında məlumat əldə edə bilirlər.
ders qeydiyyatını apara bilirlər.
tədris ili müddətində aldıqları müvəffəqiyyət göstəricilərinə baxa bilirlər.
mesajlar vasitəsi ilə rəhbərlik tərəfindən göndərilən məlumatları öyrənə bilirlər.
elektron jurnalla tanış olurlar.
anket sorğularında iştirak edə bilirlər.
tənzimləmələr kimi kateqoriyalar mövcuddur.
Aparılan tədqiqatın nəticəsinə əsaslanaraq deyə bilərik ki, ali məktəblərdə elektron idarəetmə
sisteminin əhəmiyyəti çox yüksəkdir. Bu sistemlər hər bir universitet üçün müəyyən tələblərə cavab
verir. Amma yaxşı olardı ki , bununla yanaşı bütün universitetlər üçün elektron idarəetmə sistemlərinə
qoyulan standart tələblər olsun. Eyni zamanda mobilliyin təmin olunması üçün istifadə olunan
elektron idarəetmə sistemlərinin telefon və planşetlər üçün də hazırlanması lazımdır. Bütün qeyd
olunanlarla yanaşı sistemin daima inkişafda qala bilməsi üçün istifadəçilərin təkliflərini alacaq və
qiymətləndirəcək ekspert qruplarına da ehtiyac vardır.
ALİ TƏHSİLİN İKT ƏSASLI İNNOVATİV İNKİŞAFINDA ALİ
TƏHSİLİN İNFORMATLAŞMASI PEDAQOJİ İNNOVASİYALARIN
NÜVƏSİDİR
Sənan BƏBİŞOV
Mingəçevir Dövlət Universiteti
Sanan1991@box.az
AZƏRBAYCAN
Biliklər iqtisadiyyatına gedən yol təhsildən keçir. Biliklər iqtisadiyyatının formalaşmasında
xüsusən ali təhsilin mühüm rolu var. Informasiya həcminin və texnologiyaların sürətli artımı ali
təhsilin məzmun və texnoloji baxımdan daim təkmilləşməsini tələb edir. belə bir fakta diqqət edək:
2008-ci ildə dünyada 1.5 ekzebayt həcmində informasiya yaradılmışdır. Bu informasiya miqdarı
özündən əvvəlki 5000 il ərzində yaranmış informasiya həcmindən çoxdur.Digər tərəfdən,texniki
informasiyaların da həcmi sürətlə artır. Bu o deməkdir ki, bəzi ixtisaslar üzrə tələbələrin birinci kursda
aldığı məlumatların bir hissəsi artıq o döndüncü kursa çatdıqda köhnəlir. Bu amillər ali təhsil
sistemində qlobal problemlər yaradır. Bu problemləri müzakirə etmək üçün 2009-cu ildə YUNESKO
Paris şəhərində “Ali təhsilə dair ümümdünya konfransı” təşkil edilmişdir. Bu konfransda iştirak edən
YUNESKO-nun Baş direktoru cənab Kauşiro Matsuura belə bir ifadə təqdim etmişdir: “Bu gün ali
təhsildə əsl inqilab baş verir. Ali təhsilin kütləviləşdirilməsi və cəmiyyətin qloballaşdırılması, İKT-nin
təhsildə tətbiqi,biliklərin müxtəlif formalarda mübadilə imkanlarının artması bu inqilabi prosesləri
daha da surətləndirir”. Konfransda İKT-nin tətbiqi ilə rəqəmsal uçurumun ləğvi,təhsilin keyfiyyətinin
yüksəldilməsi, əlyetərliyin təmin edilməsi kimi məsələlərə dair tövsiyyələr verilmişdir. Konfransda
qeyd edildi ki, əgər universitetlər inkişaf etmək və qlobal rəqabətdə qalib gəlmək istəyirlərsə, təhsilin
keyfiyyətini daha da yüksəltməlidirlər, çünki təhsilin keyfiyyəti universitetlərin qlobal səviyyədə
rəqabətə davamlılığının əsas indikatorudur.
İnformasiya cəmiyyətində İKT-nin verdiyi imkanlar əsasında təhsilin planlaşma və reallaşma
dairəsi dəyişir. İKT-nin sürətli inkişafı təhsilin qloballaşmasına real imkanlar yaradır. Bu gün İKT
vasitəsi ilə istənilən zamanda, istənilən məkanda, istənilən formada təhsil almaq mümkündür. Böyük
həcmli rəqəmsal informasiya resursları və biliklərə sürətli əlyetərliyin mümkünlüyü tələbələrin təlim
imkanlarını xeyli artırır. İKT bu prosesdə alət rolunu oynayır. Bu texnologiyaların tətbiqi nəticəsində
müasir pedaqoji mühitə təhsil servisi, təhsil trayektoriyası kimi yeni anlayışlar daxil olur. Bu gün
təhsilin müasir texnologiyalara olan tələbatı artıraq təhsildə istifadə edilə bilən yeni-yeni vasitələr
yaranır. Bu gün MP pleyer, smart telefon və digər innovativ mobil qurğular vasitəsi ilə mobil təhsil
|