Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə61/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   57   58   59   60   61   62   63   64   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

314



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

və nazik olsa da yarpaqlarda stabil dəyişkənliyin səviyyəsini göstərən flüktuə asimmetriya göstərici-

lərinin qiyməti kontrola yaxın qiymətlər olmuşdur. Bu yarpaqlarda bilateral fərqin mütləq qiymət-

lərində də aydın görünür. Gövdə və kökün böyümə inkişafı daha dəqiq uzunluğu da təqribi yaxın rə-

qəmlər olmuşdur. Digər variantda 10 mq / kq qatılıqda olan torpaqda üç yarpaq yoncanın toxumları 

cücərmişdirlər. Fenol maddəsinin çox kiçik 1%- qatılığı üç yarpaq yonca bitkisinə stimullaşdırıcı təsir 

göstərmişdir. Həm gövdə, həm kök və yarpaqları nisbətən iri və sağlam görünüşlü olması ilə nəzərdə 

qalır. Beləliklə, üç yarpaq yonca bitkisi neftlə çirklənmə  şəraitində bitkinin yarpaqlarında flüktuə 

asimmetriya göstəricilərinə nəzərə çarpacaq dərəcədə, dəyişiklik baş verməmişdir. 

 

 



 

VİRTUAL SKRİNİNQ ÜÇÜN TƏBİİ BİOLOJİ AKTİV MADDƏLƏRİN 

LOKAL VERİLƏNLƏR BAZASININ YARADILMASI

 

 



Səmayə ATAŞOVA

 

Bakı Dövlət Universiteti 



samaya.a-va93@mail.ru

 

AZƏRBAYCAN



Günel SƏFƏROVA

 

Bakı Dövlət Universiteti 



AZƏRBAYCAN

 

Leyla QƏLƏNDƏRLI

 

Bakı Dövlət Universiteti 



AZƏRBAYCAN

 

 

Kompyuter modelləşdirilməsi müvafiq makromolekulların (“hədəf zülallar”) nisbətən aşağı mole-



kulyar çəkili inhibitorlar ilə qarşılıqlı öyrənilməsi əsasında yeni dərman preparatlarının yaradılması ilə 

əlaqədar olan problemlərin həlli üçün getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Bu cür problemlər 

aşağıdakı addımların ardıcıl tətbiqi nəticəsində həll edilə bilər: 1) “hədəf” fermentin aktiv mərkəzinin 

xəritələşdirilməsi və inhibitorlarla qarşılıqlı təsirdə iştirak edən amin turşu qalıqlarının qurulması, 2) 

fermentin aktiv mərkəzinə inhibitorların molekulyar dokinqi, 3) tədqiq olunan fermentin mümkün 

effektiv inhibitorlarını müəyyən etmək üçün kiçik molekullu birləşmələrin mövcud verilənlər baza-

sının virtual skrininqi. Hal-hazırda, aşağı molekulyar çəkili maddələrin verilənlər bazasının bir neçə 

nümayəndəsi vardır. Bunlardan ən mühümləri arasında aşağıdakıları göstərmək olar: 

PubChem 

(təxminən 17 mln. birləşmə ), ZİNC ( təxminən 26 mln), Asinex (230 min) və s. Bakı Dövlət Univer-

sitetinin biologiya fakültəsinin biotexnologiya laboratoriyasında E.coli 

beta-qlükuronidazasının (GUS), 

həmçinin məməlilərin monoaminoksidazasının (MAO) fermentin təbii inhibitorlarının öyrənilməsi hə-

yata keçirilir. GUS inhibitorları son nəsil kimyaterapiya preparatlarının yan effektlərini aradan qaldı-

rır, MAO inhibitorları isə mülayim antidepressant kimi, həmçinin sinir sisteminin bəzi xəstəliklərinin 

müalicəsi üçün geniş istifadə oluna bilər.  

Hal-hazırkı kompyuter proqramları virtual skrininq, milyonlarla kimyəvi birləşmələrin məlumat 

bazalarının axtarışı üçün əlverişli deyil. Ona görə də biz əsas verilənlər bazası kimi PubChem-i qəbul 

edərək oradan yalnız təbii bioloji aktiv maddələri və onların yaxın analoqu olan birləşmələri təcrid 

etdik.  


Nəticədə, biz 96916 birləşməsi olan bir verilənlər bazası əldə etdik. Lokal baza biokimyəvi birləş-

mələrin aşağıdakı siniflərini ehtiva edir: müxtəlif qlikozidlərin aqlükonları (93 birləşmə), bitki 

alkaloidləri (156), antosianidinlər (8), bioflavonoidlər (3), diterpenoidlər (5), izoflavanoidlər (11084), 

izoxinolinlər (49954), karotinoidlər (8), kumarinlər (1474), liqnanlar (12), saponinlər (6), flavan-3-

ollar (1912), flavanollar (12), flavanonlar (211), flavonlar (443), flavonoidlər (13), flavonollar (31), 

furokumarinlər (5) və bəzi maddələrin törəmələri,

 həmçinin apigenin (124), auron (22), varfarin (52), 

baykalin və voqonozid (345), hidroksibenzoy turşusu (14569), izoramnetin (79), kempferol (232), 

lüteolin (177), malvina (2031), naringenin (65), mirisitin (100). papaverin (1877), stilben (343), 

ternatin (11175), 

biyan kökü komponentləri 

(253) və digər birləşmələr (42). Alınmış lokal verilənlər 

bazasının daha sonra müxtəlif məqsədlərlə istifadəsinin rahatlığı üçün, 

bütün birləşmələr müxtəlif 

molekulyar formatlarda tərcümə edilmişdir: 

sdf, pdb, mol və mol2. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

315



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ZƏFƏRANIN KALLUS ƏMƏLƏGƏLMƏ XÜSUSİYYƏTLƏRİ 

 

Günay İSMAYILOVA 

AMEA Molekulyar Biologiya Və Biotexnalogiya İnstitutu 



kam.ismayilov@mail.ru 

AZƏRBAYCAN 

 

Zəfəran (Crocus sativus L.) bitkisi xalq təbabətində geniş istifadə edilən və qədim zamanlardan 



çox qiymətli dərman bitkisi kimi becərilən bitki növüdür. Son zamanlar zəfərana olan tələbat get-gedə 

artmışdır. Belə ki, bu onun dişicik tellərindən alınmış preparatların insan orqanizmində  əmələ  gələn 

bədxassəli şişlərə və zərərli radikallara qarşı effektiv fəallığı ilə bağlıdır. Dünyada zəfəranın məhsu-

luna artan tələbat onun yeni intensiv çoxaldılma üsullarının işlənib hazırlanmasına gətirib çıxardır. 

Zəfəranın (Crocus sativus L.) çoxaldılmasının hüceyrə biotexnalogiyası indiki dövrdə yeganə bir 

yoldur. Metodun istifadəsi bu növün əkin materialının çatışmazlığını aradan qaldırmağa imkan verir. 

Biotexnaloji tədqiqatların bu yanaşması həm meristem kulturasından, həm də kallus hüceyrələrindən 

somatik morfogenezin induksiyası yollarının işlənilməsidir. Hüceyrə biotexnalogiyası bir qayda olaraq 

in vitro şəraitdə bitki hüceyrələrinin kallus əmələgəlmənin induksiyası, embriogenez, morfogenez və 

orqanogenez mərhələlərində hormonal faktorlara kompotentliyi molekulyar genetik tədqiqatların nəti-

cələrinə  əsaslanmalıdır. Bununla yanaşı, biotexnalaji çoxaldılma zamanı  əldə olunan nəticələr mole-

kulyar genetik tədqiqatlara əsaslanmaqla faydalı əlamətlərin inkişafını arzu olunan istiqamətdə həyata 

keçirməyə imkan yaradacaq. Hal-hazırda aparılan tədqiqatlar bu bitkinin in vitro şəraitində çoxaldıl-

masının effektivliyinin artırılmasına və bu baxımdan yeni yanaşma yollarının axtarışına yönəlmişdir.  

Bütun bu məqsəd və  nəticələrlə yanaşı  Zəfəranın (Crocus sativus L.) çoxaldılmasında bir sıra 

problemlər də mövcuddur. Belə ki, zəfəran bitkisi üçün morfogenezin induksiyası kimi adi metadoloji 

problemlərdən başqa, spesifik incəliklər də mövcuddur ki, onlar nəzərə alınmasa in vitro şəraitində 

alınmış  nəticələrin ehtimalı  və effektivliyi müəyyən dərəcədə problemli ola bilər.Mərhələlərinin 

çoxalmış sayını bir çox hallarda bu növün əsrlərlə yayılma ərazilərinin iqlim şəraitlərinə uyğunlaşan 

ekotipik xüsusiyyətləri ilə izah etmək olar. 



Crocus sativus L. bitkisinin biotexnoloji çoxaldılmasının əsas problemlərindən biri də, bu bitkinin 

bioloji xüsusiyyətlərinin kifatət qədər öyrənilməməsi ilə bağlıdır. Biokimya və molekulyar biologi-

yanın müasir metodlarının tətbiq edilməsi embriogenez və morfogenezin hormonal tənziminin incə 

mexanizmlərinin müəyyən edilməsinə və Crocus sativus L. bitkisinin hüceyrə çoxaldılmasının texno-

logiyalarının daha da uğurla həyata keçirilməsinə imkan verəcəkdir. 

Zəfəran soğanaqlarından izoləedilmiş hüceyrə kulturasının alınması, müxtəlif yaş kateqoriyalı so-

ğanaqlardan kallus əmələgəlmə xüsusiyyətlərinin öyrənilməsi bizim əsas məqsədlərimizdən olmuşdur. 

Təcrübələrdə MS (Murashige T,Skoog F.A) qida mühitindən istifadə edilmişdir. Qida mühitinin 

tərkibinə makro və mikro elementlər aiddir. Vitaminlər: tiamin (20 mq), piridoksin ( 100 mq), nikotin 

turşusu (100 mq), qlisin (400 mq); hormonlar isə 6-benzilaminopurin (BAP), 6-furfurilaminopurin 

(kinetin), 1-naftilsirkə turşusu(NST), 2,4-dixlorfenoksisirkə turşusu(2,4-D)götürülmüşdür. MS qida 

mühitinin 2 variantindan istifadə edilmişdir: 

1. qida mühiti –BAP (1mq/l) + 2,4 D (1mq/l) + kinetin (1mq/l) 

2. qida mühiti – BAP (2mq/l) + NST (0,5mq/l). 

Mühitə 30% saxaroza, 0,6-0,8 % aqar-aqar maddəsi əlavə edilmişdir. pH isə 5,6-5,8 götürülmüşdür. 

Soğanaqların yaş xüsusiyyətlərinin öyrənilməsi məqsədilə 1-2 illik, 3-4 illik və 5-6 illik nümunə-

lər götürülmüşdür. İlkin material (soğanaqlar) etil spirtində (70-80%-li) və natrium hidroxlorat məhlu-

lunda sterilizə olunduqdan sonra aseptik şəraitdə orta hissəsindən 2-3 mm qalınlığında diskvari kəsik-

lər alınmışdır. Sterilizə olunmuş disklər Muraşiqa – Skuq (MS) modifisə olunmuş qida mühitinə əkil-

mişdir. 


Qida mühitinin müxtəlifliyindən asılı olaraq həm kallusəmələgəlmənin induksiya qabiliyyəti, həm 

də kallusəmələgəlməni müşayiət edən proseslərin xüsusiyyətlərinin fərqlənməsi aparılan təcrübələrin 

sübutu olmuşdur. 

 1-ci kalibrli (1-2 illik) soganaqlarda morfogen kallus zoğ əmələ gələn hissənin əsasından inkişaf 

etmişdirki, bu da 1-ci kalibrli soğanaqlardan alınan morfogen kallusun ikinci xarakter daşımasına 

sübutdur. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

316



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 2-ci kalibrli (3-4 illik) soğanaqlardan əmələ gələn morfogen kallusun miqdarı kallus hüceyrələ-

rinin ümumi kütləsinin əksəriyyətini təşkil etmişdir. Ola bilər ki, bu yaşlı soğanağlarda meristematik 

hüceyrələrin və yaxud meristematik zonaların çox miqdarda olması ilə əlaqədardır.  

3-cü kolibrli (5-6 illik) soğanaqların kallus əmələgəlməsi 2-ci kalibrli (3-4 illik) soğanaqların 

əmələ gəlməsinə oxşayırdı. 3-cü kalibrdən alınan kallus heterogen olduğuna görə bu kallus bizim üçün 

məqsədəuyğun deyildi. 

Beləliklə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 3-4 illik soğanaqlar digərlərindən 

fərqli olaraq istifadə etdiyimiz qida mühitinin hər ikisində alınan kallus hüceyrələri bir sıra xüsusiy-

yətlərinə görə: kallus əmələgəlməsinə, kallusun çoxalmasına, morfogen hüceyrələrin sayına və az 

heterogenliyi ilə fərqlənirlər. Və ona görə bu kalibrli soğanaqlar gələcəkdə bizim işlərimiz üçün nəzər-

də tutulacaqdır. 

 

 

 



HİPOKİNEZİYA ŞƏRAİTİNDƏ ELEKTROMAQNİT ŞÜALARIN 

TƏLİM VƏ YADDAŞ PROSESLƏRİNƏ TƏSİRİ 

 

Könül YADIGARLI 

Qafqaz Universiteti 



kyadigarli@gmail.com 

AZƏRBAYCAN



 

Sevil CAMALOVA

 

Qafqaz Universiteti  



scamalova@std.qu.edu.az

 

AZƏRBAYCAN



 

 

Hal-hazırda geniş yayılmış məsələlərdən biri də məhz insanların həyatını rahatlaşdıran texnolo-

giya vasitələrindən istifadə etməklə orqanizmdə yaranan müxtəlif problemlərin biruzə verməsidir. 

Müasir şagirdlərin mobil telefonlardan istifadəsi onların yaddaş və davranışlarına necə təsir gös-

tərir? Hipokineziya (hərəkət azlığı) şəraitində olan şagirdlərə mobil telefondan yayılan elektromaqnit 

şüaların təsirləri nələrdir? 

Təlim və yaddaş prosesslərinə istiqamətlənən elektromaqnit şüaların təsirlərini öyrənmək üçün 

biz  əsasən 45-55 günlük siçovul balalarından istifadə etdik. Bu tədqiqat işində  həm fiziki, həm də 

emosional stressorun birgə  təsir  əsasında aparıldı. Məlumdur ki, stressin orqanizmə olan təsiri üç 

formadadır;  

1. Emosional (bizim tədqiqatda - hipokineziya)  

2. Fiziki (bizim tədqiqatda - elektromaqnit dalğalar)  

3. Hər iki stressorun birgə təsiri.  

Tədqiqatlarda siçovullar gender bərabərliyinə riayət etməklə fərqli qablarda qruplaşdırırıq; 

1.  Kontrol - 41X30 sm-lik və 27 l-lik həcmi olan qablarda (n=6) 

2.  Hipokinetik qrup (10 gün) - 15X15 sm-lik və 4 l-lik həcmi olan qablarda (n=10) 

3.  Hipokineziya+Elektromaqnit şüalanma (10 gün)- 15X15 sm-lik və 4 l-lik həcmi olan qablarda 

(n=10) 


Şüalanma bazası olaraq 900 MHz tezlikdə  və 1 Vt/kq – dan aşağı SAR (Specific Absorbtion 

Rate) göstəriciyə malik olan iki mobil telefondan istifadə olunmuşdur. 

Müntəzəm olaraq hər bir qabda olan siçovullar yem, ağac yonqarı  və su ilə  təmin olunur və 

onların morfometrik göstəriciləri qeyd olunurdu. Belə ki, hipokineziya qrupunda olan siçovulların 

ümumi kütləsinin 43,5 qramdan 50.6 qrama, hipokineziya+şüalanma qrupunda olan siçovulların 

kütləsinin isə 45,9 qramdan 48,7 qrama dəyişdiyini qeydə alındı. 

Tədqiqatın  əsas hissəsi siçovulların təlim və yaddaş prosseslərini öyrənmək mərhələsidir ki, bu 

mərhələdə Passiv Uzaqlaşma Refleksi modelindən istifadə olunmuşdur. Bu metodu digərlərindən 

fərqli edən isə siçovullarda anadangəlmə qaranlıq seçmə reaksiyasının güclü inkişaf etməsinə əsaslan-

ması, əldə olunmuş yaddaşın uzun müddət saxlanılması (20+ gün) və təlimdən sonra testləşdirmə pros-

sesinin aparılmasıdır. Metodu tətbiq etmək üçün passiv uzaqlaşma kamerasından istifadə olunur. Bu 

kamera dəhliz vasitəsilə birləşən 40 Vt gücündə lampası olan işıqlı, daxilə işıq buraxmayan və döşə-

məsi cərəyanla təmin olunmuş metal məftillərdən ibarət olan qaranlıq hissədən ibarətdir. Təlimdən 

sonra 1-ci testləşdirmə mərhələsi və ya qısamüddətli yaddaşın öyrənilməsi mərhələsində təlim keçmiş 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

317



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

heyvan ilkin prosesdən bir dəqiqə sonra yenidən işıqlı mərhələyə daxil edilir və 3 dəqiqəlik bir müşa-

hidə başlayır və siçovullarda müəyyən davranışlar qeyd edilir; qaranlıq kameraya ilk girmə  cəhdi, 

defikasiya və urinasiya aktları, frizinq (donma) müddəti, şahlanma (arxa ayaqları üzərində durma). 

2-ci testləşdirmə  mərhələsi isə eyniylə 1-ci testləşdirmə  də oluğu kimi aparılır. Amma burada 

təlim prosesindən 24 saat sonra təlim olunmuş heyvanlar işıqlı mərhələyə daxil edilir və 300 saniyəlik 

bir müşahidə başlayır. Məhz buna görə də prosesə həm də uzunmüddətli yaddaşın öyrənilməsi deyilir. 

Testləşdirmənin təlim prosesindən  əsas fərqi isə burada qaranlıq otağa daxil olunmuş heyvana 

elektrik cərəyanı ilə təsir göstərilmir. Həm qaranlıq, həm də işıq mərhələsindəki ümumi zaman göstə-

ricisi hər bir qrupa görə Styudentin t-parametrik kriteriyası üzrə hesablanılmışdır.  

Nəticələr görərik ki, təlim zamanı kontrol və hipokineziya təsiri almış qrup qaranlıq kameraya 

daxil olmaq üçün 30 saniyə sərf edir. Amma şüalanmaya məruz qalmış siçanların kameraya daxil ol-

ması 20 saniyədən az çəkir. 

Qısamüddətli yaddaş prossessi zamanı  hər üç qrupda eyni nəticə qeydə alındı. Belə ki, hər bir 

qrupda bütün heyvanlarda təlim prosesi yaxşı mənimsənilmişdır. 

2-ci testləşmə zamanı isə kontrol və hipokineziya+şüalanmaya məruz qalan heyvanlarda təlim 

prosessinin xatırlanması yüksəlmiş, amma hipokineziya qrupunda olan heyvanlarda isə bu prosesin 

yəni təlim prosesinin xatırlanmasında zəifləmə müşahidə olundu. 

Hər iki testləşmənin nəticələrinə əsasən kontrol qrupundan olan siçovulların davranış və hərəkət-

lərində digər qruplarla müqayisədə azalma müşahidə olunur. İkinci qrupda yəni hipokineziyaya məruz 

qalmış heyvanların defikasiya (nəcis ifrazatı) və urinasiya (sidik ifrazı) aktlarının artması onlarda hə-

yəcanın yüksək olduğunun göstəricisidir. Bu qruplara zidd olaraq 3-cü qrup siçovlarda elektromaqnit 

şüalanma həyəcan prosesini zəiflətdiyi üçün şahlanma (iki ayağı üstdə durma) hərəkətlərinin çoxal-

ması müşahidə olunur.  

Beləliklə, hipokineziya şəraitində 10 günlük xaotik rejimdə 900 Mhz-lik və 1.0 SAR əmsalından 

aşağı xassəli elektromaqnit şüalar təlim olmanı sürətləndirir və yaddaş proseslərinə müsbət təsir edir. 

EMŞ-in təlim prosesinə müsbət təsir etməsi orqanizmdə hipokineziyanın təsirindən əmələ gəlmiş gər-

ginliyə sedativ təsir effektinin əsasında olduğu güman edilir. Hipokineziya şəraitində EMŞ heyvanlara 

reaktivliyin artmasına müsbət təsir edir və anadangəlmə refleksin icrasını sürətləndirir.  

 

 



ACINOHUR ÖNDAĞLIĞI VƏ ONA BİTİŞİK ƏRAZİLƏRDƏ QIŞ 

OTLAQLARININ MÜASİR VƏZİYYƏTİ 

 

Şahnaz AMANOVA 

AMEA 


shahnaz.amanova@bk.ru 

AZƏRBAYCAN



 

 

Tədqiqat zamanı Coğrafi Informasiya Sistemlərinin imkanlarından geniş istifadə edilmişdir. İnsa-

nın ətraf mühitə, landşaft komponentlərinə-iqlim, bitki, torpaq və d. Təsiri ArcGİS proqramında təhlil 

edilmişdir və alınan nəticələr təhlil edilmişdir. 

Antropogen təsirlər  əksər hallarda mənfi nəticələrlə müşahidə edilir. Bu təsirlər heyvandarlıq, 

yaşayış məntəqələri, yolların çəkilməsi və əkinlərin genişləndirilməsində özünü göstərir. Belə ki heyvan-

ların otarılması bitkilərə  və torpağa təsir göstərir. Otarmanın intensivliyi bitkilərin məhvində yaxud 

tərkibinin dəyişməsində özünü büruzə verir. Biokütlənin potensialı azalır, meşələr məhv edilir, sahəsi 

kiçilir, bəzən isə meşələr meşə  və kolluqlarla yaxud kolluqlarla əvəz edilir. Otarmanın torpağa təsiri 

torpaqların su balansının, istilik balansının pozulmasında, torpağın fiziki-kimyəvi xüsusiyyət-lərinin 

dəyişilməsində, strukturunun pozulmasında müşahidə edilir. Torpaqda eroziya güclənir, bed-lendlər artır. 

Heyvanların otarılması zamanı qaydalara riayət edilməməsi eroziyanın intensivliyinə səbəb olur. 

Bu problemin qarşısının alınması məqsədilə "Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçə-

nəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı"nın 

təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev 2004-cü il 22 may 

tarixdə  sərəncam imzalayıb. Bu proqrama əsasən otlaqlardan səmərəli istifadənin həlli yolları 

müəyyənləşib. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

318



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Heyvandarlığın eroziyaya mənfi təsiri müxtəlif istiqamətdə gedir. 

1) Otarma zamanı otlaq sahəsində hər hektara düşən mal-qaranın sayı nəzərə alınmır. Lakin bu 

normaya əməl olunmur. Belə ki, tədqiqat ərazisi daxilində bu norma 9-10 baş qeydə alınıb. Hətta fərdi 

təsərrüfatla məşğul olanlar arasında bu göstərici 30-40 başa çatır bəzən, bu isə eroziyanın 

intensivləşməsinin ən əsas səbəblərindəndir. 

2) Mal qaranın otarılması zamanı sürü şəklində otlaqlara təsir. Saysız sürüləri otlaq ərazisində 

nizamlamaq problemlər yaradır. 

3) Nazirlər Kabinetinin qərarına  əsasən otlaqların təyinatı verilib. Lakin otlaqlardan təyinatına 

uyğun istifadə edilimir. Belə ki, bəzən otlaqların ərazisində əkin işləri aparılır, yaxud otlaqlardan möv-

sümü deyil, ilboyu istifadə edilir. Lakin qanunvericiliyə əsasən yalnız otlaq ərazisinin 3%-ə qədərində 

əkin işləri aparmaq mümkündür. Bu əkinlər isə yalnız heyvandarlıq üçün yem bazasını  təşkil 

etməlidir. Tədqiqat ərazisi daxilində isə bu göstərici 9% təşkil edir. Bu isə normadan 3dəfə artıqdır. 

Otarma həm bitki örtüyünə, həm də torpaq örtüyünə  təsir göstərir. Tədqiqat  ərazisinin qış otlaqları 

yarımsəhra bitkilərindən, xüsusilə efemerlərdən ibarətdir. Bu bitkilər torpaq örtüyünün 80-90%-ni 

əhatə edir və biçənək kimi də istifadə edilir. Bozqır yaylada bitkilərin növ tərkibində inkişaf dövrü yaz 

və yay aylarının  əvvəlinə  təsadüf edən daşdayan, tonqalotu, daraqotu, qırtıc, quramit və b. üstünlük 

təşkil edir. 

Qış otlaqlarında arid denudasion proseslər də ekoloji vəziyyəti müəyyən edən amillərə aid edilir. 

Nisbətən çox otarılan sahələrdə bu proseslərin dərəcəsindən asılı olaraq landşaftların strukturunda 

müxtəlif səviyyəli pozulmalara səbəb olur. 

Tədqiqat ərazisi daxilində otlaqların ümumi sahəsi 1 210km²-dir ki, bunun da 4%-i (56km²) dağ 

yarımsəhra landşaft tipi daxilində, 89%-i çöl (1 706km²) landşaft tipi daxilində, 6%-i (68km²) arid 

seyrək meşə və kolluq landşaft tipi daxilində və 1%-i (75km²) isə düzən meşə landşaft tipi daxilində 

paylanıb. Otlaqlar tədqiq edilən ərazinin 27%-ni əhatə edir 

Antropogen təsirlər nəticəsində meşələrin sahəsi və ərazisində fərqlilik müşahidə edilir. Hazırda 

meşələrin sahəsi orta hesabla 366km²-dir. 1975-ci il topoqrafik xəritələrinə əsasən hesablamışıq ki, bu 

dövrdə meşələrin sahəsi orta hesabla 486km² olub. Keçən 39ildə  təxminən sahə 120 kv. km azalıb. 

Meşələrin 54%-i (260km²) quru çöl, 9%-i (46km²) arid seyrək meşə və kolluq, 37%-i (180 km²) isə 

düzən meşələrinin ərazisinə düşür. 

 

 

ВЛИЯНИЕ ПОВРЕЖДЕНИЯ СУПРАХИАЗМАТИЧЕСКОГО ЯДРА 



НА ВЫЗВАННЫЕ ПОТЕНЦИАЛЫ В ЗРИТЕЛЬНЫХ СТРУКТУРАХ 

 

Рахшана АХМЕДОВА

 

Институт физиологии им. А.И. Караева НАН



 

rahshana81@gmail.com 

АЗЕРБАЙДЖАН



 

Нателла РЗАЕВА

 

Институт физиологии им. А.И. Караева НАН



 

АЗЕРБАЙДЖАН



 

 

При исследовании последействия повреждения (электрокоагуляции) супрахиазматического 

ядра важно было выявить существование компенсаторных механизмов, играющих важную роль 

в  процессе  восстановления  его  функций.  Исследования  проводились  на  бодрствующих  кро-

ликах  в  хронических  экспериментах  в  условиях  темновой  адаптации.  Регистрировались 

электроретинограмма (ЭРГ), а также вызванные потенциалы верхних бугров четверохолмия и 

зрительной коры. Для регистрации ЭРГ применялась контактная линза с вмонтированным в неё 

стальным электродом, снабжённая щитками-векорасширителями. Для исключения возможного 

влияния  изменения  диаметра  зрачка  на  ЭРГ  и  ответы  центральных  структур  зрительной 

системы  зрачок  приводился  в  состояние  мидриазиса  с  помощью 1% раствора  атропина.  Для 

обезболивания в конъюнктивальный мешок предварительно закапывали 2% раствор лидокаина. 

Линзу  заполняли  физиологическим  раствором.  Установка  корковых  электродов  и  погружение 

электродов в верхние бугры четверохолмия осуществлялись в соответствии со стереотаксичес-

кими  координатами (Sawyeretal., 1954). Кролик  во  время  опыта  находился  в  экранированной 

звукозаглушенной  и  светонепроницаемой  камере  в  специальном  станке-гамаке.  В  качестве 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin