Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə70/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   66   67   68   69   70   71   72   73   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

368



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

6.  Əlaqəli, müəyyən edilən və nəzarət edilən İT riskləri  

Hazırkı konsepsiyanın məqsədi təhlil zamanı müvafiq İT Audit Standartlara riayət edilməsinin 

təmin edilməsi üçün  İnternet bankinq üzrə təşəbbüslərin, proqram təminatlarının və onların tətbiqinin 

təhlili üçün tövsiyə edilən praktikaların təsviri, eləcə  də bu fəaliyyətlə bağlı risklərin müəyyən 

edilməsi və onlara nəzarət edilməsindən ibarətdir . 

Risklərin təhlili auditin planlaşdırılmasının bir hissəsidir və  bu  risk  və  həssaslıqların müəyyən 

edilməsində köməklik edir və auditor risklərin azaldılması üçün zəruri olan nəzarət mexanizmlərini 

müəyyən edə bilər. 

Bank tərəfindən tətbiq edilən İT ilə bağlı biznes prosesin qiymətləndirilməsində risk və nəzarət 

arasında əlaqə barədə məlumat İT auditi və nəzarəti üzrə peşəkarlar üçün mühüm əhəmiyyət kəsb edir. 

IT auditorlar risk növlərini və bu risklərin azaldılması üçün istifadə edilən nəzarət mexanizmləri 

müəyyən etməli və seçməlidir. Onların texnoloji risklər və müvafiq nəzarət mexanizmləri ilə bağlı 

ümumi biznes riskləri barədə  məlumatı olmalıdır. Onlar həmçinin audit işinin planlaşdırılmasında 

diqqətin cəmləşdirilməsi üçün biznes menecerlər tərəfindən istifadə edilən riskin qiymətləndirilməsi  

və idarəetmə metodikalarını  müəyyən etməlidir.  

Biznes riskləri və  nəzarət mexanizmindən başqa, IT auditorların həmçinin audit prosesi çərçi-

vəsində mövcud olan risklər haqqında məlumatı olmalıdır. 

Əksər inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da bəzi iri müəssisələrdə və İT yenilik-

lərə üstünlük verən banklarda İT auditin inkişafı özünü göstərməyə başlamışdır. Bank və onun maraqlı 

tərəfləri aktivlərin qorunmasını təmin etmək üçün rəhbərliyin öhdəliyinin müəyyən edilməsi üçün IT 

auditorun rəyini nəzərə alır; məlumatların tamlığı, effektivlik və səmərəlilik; korporativ siyasətlərə ria-

yət edilməsi; və hüquqi, normativə və qanuni öhdəliklərin yerinə yetirilməsi. 

 

 

JOB SCHEDULING ALGORITHMS FOR CLOUD COMPUTING 



 

Zulfiyya PIRIYEVA 

Qafqaz University 



zpiriyeva@std.qu.edu.az 

AZERBAIJAN



 

Babek ABBASOV 

Qafqaz University 



babbasov@qu.edu.az 

AZERBAIJAN



 

 

Cloud computing is one of the new technology which is popular in IT industries nowadays. Job 



scheduling algorithm is one of the active research area in the cloud. The main objectives of the 

scheduling algorithms in cloud computing is to use the resources completely when managing the load 

between resources for getting minimum execution time. The essential goal of scheduling algorithm is 

to get high throughput and to allocate different computing resources to tasks. Scheduling in cloud 

computing can be classified into three categories: 1) identifying a resource and filtering them; 2) 

selecting a target resource; 3) submission of particular task to a target resource. 

There are a lot of algorithms for scheduling in cloud computing. The followings are the 

scheduling algorithms that are currently implemented and differ from traditional ones with the proper 

utilization of resources. 

Pre-emptable shortest job next scheduling algorithm (PSJN) is proposed on a private cloud. In 

this algorithm is combined the pre-emption method of Round Robin algorithms with shortest process 

next. The proposed scheduling algorithm considers the processing requirement of the Job execution 

and time limit of the resource while taking scheduling decisions. This algorithm improves the 

execution time and response time and gives cost benefit. 

Shortest Job scheduling is proposed in a public cloud environment. The proposed system is 

middle layer architecture to perform allocation on various clouds under load and over load conditions. 

Since the request is performed by the client, certain parameter are characterized with each client 

request, these parameters are the process time, arrival time, deadline, input and output requirement of 

processes. The achieved result shows the successful execution of all processes within time limit. 

Optimized Activity based Costing algorithm is scheduling algorithm which implementation of the 

optimized algorithm is compared with the traditional task scheduling algorithm. The essential aim of 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

369



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

this optimized algorithm is to gain more profit as compare to the traditional ones. It is the scheduling 

algorithm which measuring the object’s cost. 

Scheduling algorithm based on QoS is proposed algorithm that based on quality of service driven. 

This algorithm blends many task attributes including user privilege, task length, expectation and the 

spending time in a queue to compute the priority and after that apply sorting on tasks by the priority. 

And the algorithm schedules each task onto a service which has minimum completion time. The 

achieved result shows that the algorithm gets well performance and load balancing by QoS driving 

from both priority and completion time. 

A new Class of Priority-based Weighted Fair Scheduling Algorithm is proposed one kind of 

weighted fair scheduling algorithm. It is based on strict rob priority class which adds an absolute 

priority queue based on the foundation of based class weighted fair scheduling algorithm (CBWFQ). 

This algorithm covers the weakness of traditional weighted fair scheduling algorithm. Weighted Fair 

Scheduling algorithm separates the services of all active queues on the basis of weight of each 

business flow. When a new job arrives the classifiercharacterizes the jobs into categories. Then buffer 

is checked for each category and if buffer is not overloaded then job is stored in the buffer otherwise 

job is dropped. Each job enters various virtual queues. Weight, Dispatch, Discard and Rob are four 

main rules for this algorithm. The main dominance of this algorithm is that it has introduced the rob 

rule together with dropping rule. This new algorithm combined buffer management and queue 

scheduling and only guarantees low delay of real time applications. It also gave consideration to 

fairness and better utilization of buffers. This algorithm has two great advantages of bandwidth 

allocation and delay without throughput reducibility. 



Table 1. Comparison of Job Scheduling Algorithm 

Scheduling 

Algorithm 

Scheduling 

Parameters 

Objective Environment 

PSJN 

Cost and time 



Effective and fast execution of 

task 


Cloud 

Shortest Job Scheduling 

Arrival time, process time, 

deadline and I/O requirement 

Effective resource allocation 

under defined parameters 

Cloud 

Optimized ABC Algorithm 



Cost, profit and priority 

Measure the cost and performance 

more accurately 

Cloud 


Scheduling Algorithm on 

QoS 


Quality of services 

Improve the performance 

Cloud 

Priority based Weighted 



Fair Scheduling Algorithm  

Time 


Focus on resource utilization and 

speed 


Cloud 

 

 

KİMYANIN TƏDRİSİNDƏ İKT-DƏN İSTİFADƏ 

 

Zəhra MURADOVA 

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu 



zahra.muradova@hotmail.com 

AZƏRBAYCAN 

 

Təhsildə yeni texnologiyaların tətbiqi artıq günün tələbinə çevrilmişdir. Tədris prosesində  İKT-



nin intensiv tətbiqi nəticəsində müəllim-şagird tandeminə texniki vəsait də  əlavə olunur. Nəticə eti-

barilə şagird müəllim tərəfindən təlimatların, kompüter vasitəsilə geniş informasiya məkanına qoşulur, 

öz bilik dairəsini genişləndirir.  Əldə etdiyi biliklərin konkret təbliğinə nail olan öyrənən, mənim-

sənilən materialı qiymətləndirmək imkanı qazanır. Müəllim isə texnoloji vasitələrin köməyi ilə az 

vaxtda daha çox informasiya vermək imkanı  və ötürülən informasiyanın möhkəmləndirilməsi üçün 

təlim üsulları qazanmış olur.Təhsildə islahatların aparılması üçün əsas şərtlərdən biri olan informasiya 

texnologiyalarının tətbiqi və məktəblərin texniki vəsaitlərlə təmin olunması qazanılacaq uğurların rəh-

nidir. Beləliklə elm, pedoqoji səriştə  və  İKT birgə sintez halında cəmləşərək tədrisin mənimsənil-

məsini və keyfiyyətinin yüksəlməsini təmin edir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

370



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Məsələn, “Elektroliz, metalların elektrokimyəvi gərginlik sırası” mövzusu-nun tədrisində  əsas 

məqsəd respublikamızda mövcud olan filiz yataqları və onların əsasında qurulan zavodlar, həmçinin 

bu sahədə işləyən Azərbaycan alimləri haqqında məlumat vermək, şagirdlərə vətənini sevmək, onun 

təbii sərvətlərini qorumaq, öz işlərini sərbəst həyata keçirmək, açıq fikir söyləmək, texniki 

vəsaitlərdən müstəqil və faydalı  istifadə bacarığının aşılanmasıdır. 

Dərsdə müəllim müasir təlim metodlarından və  təşkil formalarından istifadə edir. O, şagirdləri 

qruplara bölür. Onlara müvafiq tapşırıqlar verir: 1-ci qrupa metalların təbiətdə tapılması, respublika-

mızdakı filiz yataqları haqqında internetdən məlumat toplamağı; 2-ci  qrupa metalların sənaye üsulu 

ilə alınmasının təsnifləndirilməsi və onların açıqlanması; 3-cü qrupa pirometallurgiya, 4-cü qrupa 

hidrometallurgiya, 5-ci qrupa elektrometallurgiya üsullarının öyrənilməsini tapşırır. Onlara əsas 

mənbə kimi internet saytları  və kimyadan elektron dərslik diskləri təqdim edilir. Şagirdlərə  şəbəkə 

sisteminə qoşularaq, elektron dərsliklərin diskini öz kompüterlərində açmaq və mövzunu dinləmək, 

öyrənmək üçün şərait yaradılır. Onlara tövsiyə edilir ki, mövzunu başa düşənə qədər tədris materialını 

oxusunlar, dinləsinlər  (lazım gəldikdə prosesi təkrarlamaq olar) və ya animasiya xarakterli nümayiş 

təcrübəsini  müşahidə etsinlər. 

Hər qrupun tapşırığı  və onun cavabları müəllimin kompüterinə ötürülür, onlar cəmləşdirilərək 

proyektor vasitəsi ilə lövhəyə verilir və qrupların təqdimatı dinlənilir, müzakirə, müqayisə edilərək, 

qruplar və ayrılıqda fəallıq göstərən şagirdlər qiymətləndirilir. Bu üsulla şagirdlər aktiv düşünmək və 

problemi həll etmək bacarığına  yiyələnmiş olurlar. 

Bütün bunları həyata keçirmək üçün müəllim əvvəlcədən mövzu ilə yaxından tanış olur, elektron 

dərslikdə onunla bağlı bütün məlumatları öyrənir, dərsdə istifadə edəcəyi hissənin yerini aydınlaşdırır 

və istifadə üçün hazır vəziyyətə gətirir. Mövzuya uyğun şagirdlərin müstəqil işləməsi üçün əvvəlcədən 

plan hazırlanır, plan əsasında dərs qurulur, sinifdəki təlim şəraiti, şagirdlərin bilik və bacarıqları nəzərə 

alınır. Elektron dərsliklərdən bu şəkildə istifadə edildikdə  təlimin keyfiyyəti və  şagirdlərin fəallığı 

yüksəlir. 

Təlimdə  şagirdlər zəruri olan informasiyanı müstəqil  əldə etmək və ondan ağıllı istifadə etmək 

bacarıqlarına yiyələnirlər. Bunun üçün dərsdə  şagirdlərə elektron dərsliklərlə  sərbəst işləmək və 

mürəkkəb tapşırıqları müstəqil həll etmək üçün şərait yaradılır. 

Kimyadan elektron dərsliklərdən müxtəlif yollarla istifadə oluna bilər. Belə ki, müəllim dərsin ilk 

mərhələsində mövzunu izah etmir. Diskdəki mətni və ya əyanilikləri proyektorla lövhəyə verir. 

Hamının diqqətlə qulaq asmasını, sonra isə mövzunun müzakirəsini təşkil edir.Şagirdlərin biliklərinin 

tətbiqi üçün tapşırıqlar verir. Bəzi mövzuların yeni tədrisində müəllim mövzunu izah etdikdən sonra 

elektron dərsliyin mətninə, testlərinə müraciət edir. Digər mövzuların tədrisində isə müəllim obyekt, 

element, maddə haqqında şagirdlərin biliklərini aşkar etdikdən sonra elektron dərsliklər üzrə iş aparır 

və elektron dərsliyin mətninə,testlərinə müraciət edir. 

Araşdırmalar nəticəsində elektron dərsliklərdən istifadənin aşağıdakı yollarının səmərəli olduğu 

müəyyən edildi:  

1. Dərsin əvvəlində elektron dərslikdəki materialın müşahidə edilməsi, sonra müzakirələrə keçilməsi;  

2.   Elektron  dərslik materialının dərsin müəyyən mərhələlərində (motivasiya, tətqiqatın aparılması 

yaradıcı tətbiqetmə və s.) epizodik şəkildə müşahidə edilməsi; 

3.   Ekranda reaksiyaların gedişini izləməklə onlara uyğun tapşırıqların yerinə yetirilməsi;  

4. Təcrübələrin sinifdə həyata keçirilməsi və ekranda müşahidə edilərək müqayisə aparılması; 

5.   Elektron dərslikdən mövzuya dair əlavə materialın əldə edilməsi;  

6.   Elektron  dərslikdən istifadə yollarının mövzunun xarakterinə,  şagirdlərin arzu və istəklərinə, 

müəllimin hazırlığına uyğun seçilməsi daha effektlidir. 

 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

371



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

KİTABXANA İŞİNDƏ RFİD TEXNOLOGİYASININ TƏTBİQİ 

İNNOVATİVLİYİN GÖSTƏRİCİSİDİR

 

 



Nərminə ABDULLAYEVA 

AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutu 



abdullaevanarmina@gmail.com 

AZƏRBAYCAN 



 

RFİD (ing. 



Radio Frequency Identification) 

texnologiyaları əsasında işləyən kompleks proqram 

- aparat sistemi özünün sənəd fondu olan müxtəlif idarə və müəssisədə, o cümlədən kitabxanaların öz 

fondlarının uçot-qeydinın, onun qorunmasının, sənədlərin istifadəsinin qeydə alınması və istifadəçilərə 

informasiya xidmətinin optimallaşdırılması üçün nəzərdə tutulmuşdur. 

Sistemin əsas funksiyaları aşağıdakılardır: 

  Kitabxana binası daxilində sənədlərin yerləşdirilməsinə və hərəkətinə nəzarət; 

  Sənədlərin qəbulu və verilişi əməliyyatlarının sürətləndirilməsi; 

  Sənədlərin qəbulu və verilişi zamanı buraxılan səhvlərin azaldılması; 

  Inventarlaşdırmanın asanlaşdırılması; 

  Sənədin oğurlanması və dəyişik salınması hallarının aradan qaldırılması; 

  Sənəd verilişi və geri qaytarma əməliyyatlarının avtomatik qeydiyyatı; 

Hər bir sənədə (nəşr və ya elektron daşıyıcı) xüsusi RFID etiket vurulur və unikal eyniləşdirmə 

nömrəsi verilir. Sonra hesablayıcı cihaz bu nömrəni sənəd üçün vacib olan əməliyyatları  həyata 

keçirmək üçün istifadə olunur.  

RFİD texnologiyaların köməyilə kitabxanaların avtomatlaşdırılması prosesi bütün dünyada sü-

rətlə inkişaf edir və Azərbaycanda da bu proses artıq başlamışdır. Sənədlərin ştrix-kodla işarələnməsi 

bu yaxınlara qədər qabaqcıl təcrübə hesab olunurdu. İndi isə RFİD texnologiyalarının üstünlüklərinə 

nisbətdə onlar köhnəlmiş hesab olunur. 

Kitabxanalarda RFİD etiketlər 

Radiotezlikli eyniləşdirmə (identifikasiya) RFİD- obyektlərin radiotezlikli əlaqə kanalı vasitə-

silə avtomatik, əl dəymədən qeydə alınması (identifikasiya) texnologiyasıdır. Çoxfunksiyalı RFİD eti-

ketlər kitabxana işinə baxışları tam şəkildə dəyişir. Kitabxanalar üçün RFİD etiketlər kitabsaxlayıcıda, 

kitablar, jurnallar, CD/DVD disklər, videokasetlər də daxil olmaqla kitabxanadakı bütün obyektlərin 

qeydə alınması üçün xüsusi olaraq hazırlanmışdır.RFİD Kitabxana etiketləri yapışqan səthə malikdir 

və predmetlərə asan tətbiq olunur. Müxtəlif formalarda olur: kitablar üçün kvadrat, kassetlər üçün düz-

bucaqlı və CD disklər üçün dairəvi və s.  

Sistemin  əsasını RFİD etiketlər təşkil edir. Onlar hər bir sənədə vurulur və kitabxananın 

idarəedilməsi prosesinin bütün mərhələlərində yeni funksional imkanları  və yüksək səmərəliliyi təmin 

edir. RFİD etiket RFİD stansiya ilə əlaqəli işləyir və bu stansiya istənilən Avtomatlaşdırılmış Kitabxana-

İnformasiya Sistemi ilə uyğunlaşa bilir və verlilənlər bazasının real vaxt rejimində operativ yenilən-

məsinə imkan verir. Üzərində antenna və çip olan nazik etiket informasiyanın əl dəymədən oxunma və 

tanınma (identifikasiya) funksiyasına malikdir. Etiket sənədin üz qabığının içəri tərəfinə yapışdırılır.  



İnventarlaşdırma üçün RİDER (oxuyucu) 

RFİD texnologiyanın istifadəsi ilə inventarlaşdırmanın aparılması asan həyata keçirilir. Bunun 

üçün kitabxananın fəaliyyətini dayandırmaq, bağlamaq lazım deyil. Bu halda inventarlaşdırma prose-

sinə sərf olunan vaxt ştrix-kodun istifadəsilə müqayisədə 20 dəfə əvvəlkindən az olacaqdır. Kitabxana 

işçisinin inventarlaşdırma üçün nəzərdə tutulan xüsusi qurğu Rideri rəflər arasından keçirməsi etiket-

lərdən informasiyanı toplamağa kifayət edəcəkdir. Sonra toplanmış verilənlər avtomatik olaraq kitab-

xananın verilənlər bazasına yüklənir. Bu avadanlığın Wi-Fi texnologiyası ilə işləyən variantı da vardır. 

Funksionallığına görə seçilən inventarlaşdırma riderləri kitabxana işçilərinə kitabların yerini rəflərdə 

tez və asan müəyyən etməyə imkan verir. Bu riderlər fondun inventarlaşdırılması  və lazımi  ədəbiy-

yatın axtarışını asanlaşdırmaq məqsədilə işlənib hazırlanmışdır.  



Sərbəst sənəd verilişi stansiyaları 

Kitabxanalarda ümumaçıq köməkçi fondlar üçün sərbəst sənəd verilişi stansiyaları innovativ 

həlldir. Bu stansiyalar maksimum səviyyədə  sərbəst sənəd verilişi  əməliyyatının həyata keçirilməsi 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

372



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sayəsində kitabxanada uzun növbələrə  sərf olunan vaxt itkisini aradan qaldıracaq. Sistem bir neçə 

dildə (azərb., rus, ingilis) işləyən çox rahat interfeysə malikdir. Fəaliyyətə tətbiq olunması üçün Avto-

matlaşdırılmış Kitabxana-İnformasiya Sistemi (AKİS) və oxucu kartı  tələb olunur. Oxucu köməkçi 

fonddan ona lazım olan sənədi seçdikdən sonra öz oxucu biletini stansiyanın kart oxuyucusuna qoyub 

şifrəni daxil etmək lazımdır. Sonra kitabı oxuyucunun üzərinə qoyur. Sistem avtomatik kitabı AKİS-

də oxucunun adına qeyd edir, oğurluq  əleyhinə biti söndürür və götürülən kitab haqqında informa-

siyanı özündə əks etdirən qəbz verir.  



Kitabların avtomatik qaytarılması stansiyası 

Bu stansiya kitabxanalarda geniş  şəkildə istifadə olunur. Kitabların qaytarılması zamanı növ-

bəni azaltmaq və oxucuların yüksək fəallığı dövründə kitabxanaçının iş yükünü yüngülləşdirmək məq-

sədi daşıyır. İşləməsi üçün AKİS və RFİD bazasında qeydə alınmış oxucu bileti tələb olunur. Kitabı 

qaytarmaq istəyən oxucu öz biletini riderə qoyur, şifrəni daxil edir, sistem oxucunu tanıdıqdan sonra o, 

kitabları bir-bir stansiyadakı xüsusi pəncərəyə qoyur. Sistem kitabdakı etiketə görə onu tanıyır, oxu-

cunun adından həmin kitabı silir, etiketin oğurluq  əleyhinə bitini aktivləşdirir və kitabı  qəbula gön-

dərir.  Əməliyyatın sonunda oxucuya qaytarılmış kitablar haqqında qəbz verilir.Sistem istifadə üçün 

çox rahatdır, sadə interfeysə malikdir. Kitabların sürətli qəbulu saatda 600 kitabdır. 

Kitab verilişi etiketlərinin proqramlaşdırılmasının universal stansiyası 

Bu stansiya həm kitabxana RFİD texnologiyaya keçdiyi zaman, həm də yeni daxil olan sənəd-

lərin növbəti işlənməsi prosesində etiketlərin proqramlaşdırılmasına, daha doğrusu onu identifikasiya 

nömrəsini bazadakı hər hansı bir sənədlə birləşdirməyə, əlaqələndirməyə xidmət edir. Bu stansiya həm 

də kitabxanaçının sənəd qəbulu və verilişini həyata keçirdiyi avtomatlaşdırılmış  işçi yeridir. RFİD 

etiketlərdən istifadə edildiyi zaman kitabı açmağa, onun ştrix-kodunu yoxlamağa və oğurluq əleyhinə 

funksiyanı deaktiv eləməyə ehtiyac yoxdur. Bütün bunlar bir hərəkətlə avtomatik həyata keçirilir. 

Sonda qeyd edək ki, bəşər sivilizasiyası elə bir inkişaf mərhələsinə qədəm qoymuşdur ki, bura-

da informasiya, bilik insan fəaliyyətinin bütün sahələrində mühüm rol oynayır. Müasir informasiyalaş-

dırılmış cəmiyyətdə informasiya əmtəə kimi mühüm əhəmiyyət kəsb edir və bu əmtəəni ictimaiyyətə, 

istifadəçilərə çatdıran ən böyük müəssisələr kitabxanalardır.

 

 



 

K-MEANS QRUPLAMA ALQORİTMİNİN 

APACHE HADOOP PLATFORMASINDA TƏTBİQİ

 

 

ƏsgərMƏMMƏDLİ 

Qafqaz Universiteti 



ememmedli@qu.edu.az 

AZƏRBAYCAN



 

SamirRÜSTƏMOV 

Qafqaz Universiteti 



sarustemov@qu.edu.az 

AZƏRBAYCAN



 

 

Günümüzdə böyük verilənlər anlayışı  hər sahəyə  tətbiq edilərək geniş yayılmaqdadır. Böyük 

verilənləranlayışının özü ilə  gətirdiyi mühüm və  səmərəli həllər səbəbi ilə  tətbiq olunduğu bütün 

sahələrin özəyinə çevrilmişdir. Belə sahələrə elektron ticarət, nəqliyyatın idarə olunması, ağıllı şəhər, 

tibb, təhsil və sairə misal göstərmək olar. Verilənləri düzgün təhlil etmək və əldə edilən gizli bilikləri 

dərindən analiz etməklə saysız innovativ nailiyyətləri  əldə etmək mümkündür. Bu səbəbdən böyük 

verilənlər tədqiqi və analizi sahəsindəki tədqiqatlara böyük meyl yaranmışdır və bu araşdırmalar daha 

çox elmi dairələrin, sənayenin və həmçinin dövlətlərin marağındadır. Böyük verilənlərin həcm, sürət 

və müxtəliflik kimi işlənməsini çətinləşdirən xüsusiyyətləri olmasına baxmayaraq bu sahəyə aid bir 

çox üsullar inkişaf etdirilib tətbiq olunur. Qeyd edək ki, verilənlərin bu xüsusiyyətləri səbəbi ilə ənə-

nəvi analitik alət və ya analiz-hesabat platformalarının işləmə potensiallarını asanlıqla aşır. 

Qarşılaşılan çətinlik təkcə böyük verilənlərin saxlanması və idarə edilməsi deyil, həmçinin doğ-

ru qərarlar qəbul etmək üçün bu verilənlərə  səmərəli  şəkildə Verilənlərin  İntellektual Təhlili - VİT 

(Data Mining) alqoritmləri tətbiq edib, biliklərin əldə edilməsidir. Təqdim olunan işdə VİT-in qrup-

lama (klasterləşdirmə) üsulu olan K-Means alqoritminin paralelləşdirərək Apache Hadoop platforma-

sında tətbiqinə baxılmışdı.  



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin