STEQANOQRAFİK MƏZMUNUNUN AŞKARLANMASI
GünayHÜSEYNOVA
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
gunayhuseyn@yahoo.com
AZƏRBAYCAN
Təhlükəsizlik və gizlilik əsrlər boyu insanlar üçün aktual mövzu olaraq qalır. İstər sadə vətəndaş-
lar, istərsə də dövlətlər, hərbi və ya biznes sahəsindəki hər kəs şəxsi məlumatlarının gözlənilmədən
üçüncü tərəfin əlinə keçməsindən narahat olur. Rəqib tərəfindən gizli məlumatların əldə edilməsi üçün
həyata keçirilən istənilən cəhd, informasiyanın və resursların itməsinə, nəticə etibarilə tənəzzülünə
səbəb olur. Bunun qarşısını almaq steqanoqrafiya və kriptoqrafiyadan istifadə etməklə mümkündür.
Bu iki proses bir - birilə əlaqəlidir. Kriptoqrafiya məlumatın məzmununun qorunması haqqında olsa
da, steqanoqrafiya məlumatın mövcudluğunu gizlədir. Onlar ikiqat qorunmanı təmin etmək üçün
birlikdə istifadə edilə bilər.
İnternet şəbəkəsinin istifadəsi informasiya mübadiləsini İnternet üzərindən reallaşdırmaq imkanı
yaratdı. Bu isə steqanoqrafiya üçün yeni eranın başlanması oldu. Təqdim edilmiş bu imkan hüquqi və
ya qeyri-qanuni fəaliyyət, təsdiq edilməyən və ya sanksiya prosesləri üçün istifadə edilməyə başlandı.
İnternetdə bu proses açıq şəkildə gizli kanallar vasitəsilə, bir faylın içərisinə şifrələnmiş digər faylın
yerləşdirilməsi yolu ilə həyata keçirilir.
Tarixi Heradota qədər gedib-çıxan steqanoqrafiya və gizli məlumatları aşkar edən steqoanaliz
məlum 11 sentyabr hadisəsindən sonra daha çox diqqət çəkməyə başladı. Belə ki, hadisənin araşdı-
rılması prosesində terroristlərin bir-birlərini məlumatlandırmaq üçün məhz steqanoqrafiyadan istifadə
etdikləri iddia edilir. Federal Tədqiqat Bürosu (Federal Bureau of İnvestigation) tərəfindən iddia edilir
ki, məlumat mübadiləsi üçün şəkillərdə gizlədilmiş mətnlərdən istifadə olunub.
11 sentyabr hadisəsində terroristlərin məlumatın gizlədilməsi üçün steqanoqrafik şəkildən istifadə
etdikləri iddiasının doğruluğu İnternetdə steqanoqrafik məzmunun varlığını tədqiq etmə marağı yarat-
dı. World Wide Web-dən şəkilləri çıxarmaq və onlarda steqanoqrafik məzmun ehtimalını avtomatik
aşkar etmə vasitələrinin də daxil olduğu sistem quruldu. Aşkarlama sistemində şübhəli saytlardan
yüklənən JPEG formatlı şəkillərin aşkar edilməsi üçün web browser istifadə edilir və yüklənən şəkil-
lərin içərisindən steqanoqrafik şəkilləri müəyyən etmək üçün statistik analiz həyata keçirilir. Qeyd
edək ki, statistik analiz gizli məlumatın məzmununu əldə edə bilmir, sadəcə onun varlığının aşkarlayır.
Aşkarlama sistemində aparılan statistik analiz şəklin statistik xüsusiyyətləri üzərində riyazi hesab-
lamalardan istifadə edir. Burada məqsəd orjinal şəkildən steqanoqrafik şəkli fərqləndirməkdir. İlk öncə
yararsız verilənlərin entropiyası (qeyri-müəyyənlik) ölçülür və gizli məlumat əlavə edilmiş şəkillərin
entropiyasının yüksək ola biləcəyi proqnozlaşdırılır. Statistik testlər Jsteg-Shell, JP Hide və Seek və
OutGuess istifadəsi ilə yaradılmış steqanoqrafik şəkillər üzərində həyata keçirilir. Burada şəklin
müxtəlif hissələrində gizli məlumatın daxil olma ehtimalları hesablanır. Testin nəticəsi hər bir steqa-
noqrafik alətin steqanoqrafik şəkillər üzərində öz unikal təhrif xarakterinin olduğunu göstərdi. Eyni
zamanda imza adlandırılan bu xüsusiyyətlər avtomatlaşdırılmış aşkarlama sistemi tərəfindən müəyyən
steqanoqrafik şəkildə hansı steqanoqrafik alətlərin tətbiq edildiyini müəyyən etmək üçün də istifadə
olunur. Bu aşkarlama sistemi JPEG formatındakı şəklin steqanoqrafik məzmununu aşkarlayan avto-
matlaşdırılmış aşkar etmə aləti olan StegDetect-də həyata keçirilmişdir.
Şübhəli web saytdan yüklənən şəkillərin aşkar edilməsindən əvvəl alətin aşkar etmə həssaslığı
Fuji MX-1700 rəqəmli kamerada çəkilmiş 1500 şəkil üzərində yoxlanılır. Hansı ki, Jsteg, JPHide 0,5
və OutGuess 0,13b kimi müxtəlif steqanoqrafik alətlərin tətbiqi ilə steqanoqrafik şəkillərin yaradılma-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
380
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
sında istifadə edilir. Test nəticələri göstərdi ki, məlumatın həcmi nə qədər kiçik olarsa, onu statistik
vasitələrin köməyi ilə aşkar etmək o qədər çətindir. SyegDetect Jsteg aşkarlama üçün 50 baytdan kiçik
olan yerləşdirilmiş gizli məlumatın səhv ölçülmə ehtimalının 100%, 150 baytdan çox olanda isə 10%
olduğunu göstərir. Baxmayaraq ki, bu JP Hide və Seek də bütün hallarda ən azı 20%, OutGuess isə
0,13b səhv ölçmə ehtimalı maksimum 60%-dir.
İlkin testdən sonra StegDetect-in məlum bacarığı ilə eBay və USENET web saytlarından yük-
lənmiş şəkillərin aşkar edilməsi üçün təcrübə aparılır. Crawl yükləmə tətbiq edilir və avtomatik aşkar-
lama üçün StegDetect ilə inteqrasiya edilir. eBay-dən 2 milyon şəkil yüklənir və analizin nəticələri
göstərdi ki, 17.000 şəkildə steqanoqrafik məzmun mövcuddur və 15.000 şəkildə JPHide-ın istifadəsi
aşkar edilib. Növbəti tədqiqat eyni tətbiq metodu ilə USENET-in arxivindən yüklənmiş 1 milyon şəkil
üzərində aparılır.
Cədvəl 1. Səhv ölçülmə ehtimalının analizi
Test Maksimum
səhv ölçülmə ehtimalı
eBay USENET
Jsteg 0.003%
0.007%
JPHide 1% 2.1%
OutGuess 0.13 b
0.1%
0.14%
Tədqiqatın növbəti mərhələsi statistik testin istifadəsilə yerləşdirilmiş gizli məlumat məzmunu-
nun yoxlanmasıdır. StegDetect tərəfindən yerinə yetirilən statistik test müəyyən şəkilə xüsusi alət ilə
əlavə olunan gizli məlumatın mümkünlüyünü göstərməlidir. Baxmayaraq ki, gizli məlumatın mövcud-
luğuna təminat verilmir. Buna səbəbdən də gizli məlumatın bərpa edilməsi məqsədilə StegBreak yara-
dıldı. StegBreak gizli məlumatın yerləşdirilməsi üçün istifadə edilən şıfrənin bərpa edilməsi məqsədilə
lüğət hücumundan istifadə edir. 850.000 sözdən ibarət lüğət eBay-dən olan və 1.800.000 söz isə
USENET-dən olan steqanoqrafik şəkillərə hücumda istifadə edilir. StegBreak-in hücumu doğru şəkil-
də yerinə yetirdiyini müəyyən etmək üçün daşıyıcı şəkillər hər StegBreak içinə yerləşdirilir və lüğət
hücumu daşıyıcı şəkillərin şifrəsini düzgün tapa bilir. Baxmayaraq ki, tədqiqat İnternetdəki şübhəli
web saytlardan istənilən ölçülü gizli məlumatı bərpa etməyə qadir deyil.
BULUD TEXNOLOGİYASINDA TƏHLÜKƏSİZLİK
PROBLEMLƏRİNİN ANALİZİ
Cavid MİSİRLİ
Qafqaz Universiteti
camisirli@qu.edu.az
AZƏRBAYCAN
Babək ABBASOV
Qafqaz Universiteti
babbasov@qu.edu.az
AZƏRBAYCAN
Son dövrlərdə hesab edilir ki, bulud texnologiyası internetin gələcək inkişafında çox mühüm rol
oynayacaq. Bu texnologiya hər kəsin düşündüyü məhsul yox, xidmət növüdür. Əksər şirkətlər verilən-
lərini öz serverlərdində saxlamaq üçün daha çox pul xərcləyərək avadanlıq alırlardılar. Bu halda həmin
serverlərin baxımı tələb olunurdu. Bundan əlavə xüsusi mütəxəssislərin alınması məcburiyyəti
yaranırdı. Lakin, bulud texnologiyasının bizə təqdim etdiyi xidmətlər sayəsində artıq iri müəssisələr öz
serverlərindən istifadə etmək əvəzinə buludun üstün cəhətlərindən yararlanmağa başlamışlar. Funksio-
nallıq baxımından daha çox imkanları təqdim etməsi və heç bir avadanlıq olmadan birbaşa məlumat
mübadiləsinə imkan verməsi bu texnologiyaya hazırda böyük tələbatın yaranmasını bir daha göstərir.
Bulud texnologiyasının məşhurluğu artdıqca bu yeni modellə meydana gələn təhlükəsizlik prob-
lemləri də bir sıra narahatçılıqları artırmışdır. Ümumi mühafizə mexanizmlərinin təsiri və faydalılığı
dəyərləndirilir. Çünki, bu modelin xüsusiyyətlərin digər modellərin arxitekturasından çox fərqlidir.
Paylanmış və NoSQL verilənlər bazasında istifadən böyük həcmli veb və mobil tətbiqetmə məlumat-
larının qorunması çox çətindir. Bəzi şirkətlər bu xidmətdən istifadəyə can atsa da, digər tərəfdən şir-
kətin təhlükəsizlik siyasətinin düzgün şəkildə qorunması narahataçılığı səbəbindən bəzən istifadədən
imtina edir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
381
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
№
Təhlükəsizlik problemləri
İzahı
1 Əldə edilə bilməsi
Müvəqqəti və daimi mümkünsüzlük xidmətin iflasına səbəb olur
DOS hücumlar, təbii fəlakətlər, avadanlığın sıradan çıxması
2 Giriş icazəsi məsələləri
Təşkilatın və ya şirkətin fiziki, şəxsi və məntiqi olaraq məlumatı
yoxlaya bilmək imkanın olmaması
3 Audit
və monitorinq
Sazlama tələblərinin fasiləsiz dəyişməsi
Hazır şəbəkə və fiziki avadanlığın tələbatı, uyğun resursların analizi
4 Məlumatın etibarlılığı
Yaddaşda, disk və ya şəbəkədə şifrələnməmiş məlumatın olması
onun itkisinə səbəb olur
5 Şəbəkə təhlükəsizliyi
Məlumat axınının internet üzərindən təhlükəli hallarda mübadiləsi
6 Xarici
hücumlar
Xakerlər tərəfindən hücum
Şirfələmə və deşifrələmə üçün zəif açarın istifadəsi
İdentifikasiya, avtorizasiya və hesabın qorunmasının olmaması
Hər bir üstün texnologiya kimi bu texnologiyanın da müəyyən zəif nöqtələri var. Araşdırmalara
görə, bu texnologiyanın təhlükəsizlik səviyyəsi olduqca aşağıdır. Nəticə etibarı ilə onun tətbiqinə
böyük maneə yaradır. Hazırki araşdırmalar məhz təhlükəsizlik problemlərinin müəyyənləşdirilməsi və
daha təhlükəsiz üsullardan istifadə edərək bu xidmətdən istifadənin sayını artırmaqdır.
Aşağıda verilmiş şəkildə bulud texnologiya modelində təhlükəsizlik modeli göstərilmişdir (şəkil
1). 1-ci mərhələ istifadəçi interfeys təbəqəsindən başlayır. Bu təbəqə internet üzərindən birbaşa buluda
bağlanmanı təmin edir. Bundan əlavə, istifadəçilərə bulud infrastrukturunda verilənlər bazası xidmət-
lərindən yararlanmağa imkan verir. İkinici təbəqə isə buluddakı proqram təminatı xidmətlərinə və
yaddaş sahəsinə girişə sahib olmağa imkan yaradır. Bunun nəticəsində, heç bir texniki təminata ehti-
yac duyulmur. Verilənlər bazası təbəqəsi, verilənlərin bazada düzgün şəkildə idarə edilməsini təmin
edir. Əsas üstünlüyü isə məlumatın yüklənməsi və sorğu zamanı vaxt itkisini azaltmaqdan ibarətdir.
Sonuncu təbəqə isə məlumat tutumu təbəqəsi adlanır. Burada məlumatın şifrələnməsi və deşifrələməsi
əməliyyatları icra olunur. Eyni zamanda məlumatın bərpası və tamlığı bu təbəqədə aparılır.
Şəkil 1. Bulud təhlükəsizlik modeli
Verilənlərin təhlükəsizliyi üçün hal-hazırda da yeni metodlar təklif olunmaqdadır. Lakin, bulud
mühitində daha təhlükəsiz məlumat mübadiləsi üçün şifrələmə modellərinin inkişafına böyük ehtiyac
var. Şifrələmə və deşifrələmə alqoritmlərindəki mövcud çatışmazlıqlarına baxmayaraq, bu infrastruk-
turun böyük həcmli verilənləri internet üzərindən fasiləsiz, sürətlə və əlavə texniki avadanlıq tələb et-
mədən çatdırması gələcək adına onun bu sahədə bir nömrəli xidmət növü olmasına bir işarədir. Böyük
tələbatın artması ilə təhlükəsizlik problemlərinin aradan qaldırılması məsələsi daha çox narahat edici
səbəblərdən biridir.
İstifadəçi
interfeys
təbəqəsi
İdentifikasiya
Tətbiqi təbəqə
Giriş
Veb Server
Məlumatın
yüklənməsi
Verilənlər
bazası təbəqəsi
Bulud məlumat
tutumu
Məlumat
tutumu təbəqəsi
Məlumatın
şifrələnməsi
Məlumatın
bərpası
Məlumatın
tamlığı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
382
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ИНТЕРАКТИВНЫЕ МЕТОДЫ ВИЗУАЛИЗАЦИИ ДАННЫХ ДЛЯ
ПРИНЯТИЯ РЕШЕНИЙ В ОБЛАСТИ ЗДРАВООХРАНЕНИЯ
Нармин СУЛТАНОВА
Qafqaz Университет
narochka91@gmail.com
АЗЕРБАЙДЖАН
Методы визуализации данных широко применяется во всех видах организаций, визуали-
зируя цифровые данные с целью исследования, взаимодействия и обмена информацией. Визуа-
лизации данных, в качестве решения, может выступать во всех областях системы здравоохра-
нения, начиная от мониторинга операций больницы и профилирования пациентов до прогноза
спроса и планирования ресурсов.
В этой статье исследованы методы интерактивной визуализации данных и их применение в
различных аспектах системы здравоохранения.
Визуализации данных представляет собой набор методов трансляции данных из числового
формата в графический, для упрощения понимания и визуального эффекта. Техника визуали-
зации данных используется повсеместно в современных госпиталях, начиная от контроля
системы отслеживания детальных операционных параметров в режиме реального времени, до
ежегодных отчетов, суммирующих агрегатные показатели операционной эффективности всей
организации.
В то время как большие данные открывают возможности получения полезной информации
через чрезвычайно объемные исходные данные, они также влекут за собой большое количество
технических и, порой, этических проблем:
• Размер больших данных
• Сложность больших данных
• Конфиденциальность и безопасность
Традиционные статические методы не могут быть достаточными для эффективного
предоставления всей информации, скрытой в исходных данных в эпоху больших данных.
Интерактивные методы визуализации данных позволяют передавать информацию в более
гибкой и индивидуальной форме. По сравнению с традиционным подходом предоставления
информации в виде статических диаграмм, интерактивные методы визуализации данных де-
монстрируют следующие преимущества:
• Многочисленные источники данных - позволяет пользователю переключаться от одного к
другому источнику данных. В одном графике возможно продемонстрировать отношения между
множеством измерений переменных в различных форматах диаграмм;
• Регулируемая детализация – работая с большими данными, интерактивные методы визуали-
зации данных могут предоставлять как детальную микро информацию, так и агрегированную
макро информацию в одном графике.
• Анимированный переход - интерактивные методы визуализации данных являются эффек-
тивными при описании нескольких состояний и их перехода из одного в другое в рамках
комплексной системы.
Существуют многочисленные инструменты визуализации данных в текущем рынке.
Microsoft Excel (Microsoft Excel 2014) широко используется для анализа и визуализации дан-
ных, и Power Pivot (Power Pivot 2014) представляет собой мощное дополнение, значительно
увеличивая возможности Excel. Большинство статистических пакетов, таких как SAS, SPSS,
STATA и R (R проект 2014) имеют комплексно встроенные функции визуализации данных.
Некоторые коммерческие пакеты включают таблицы (Tableau, 2014), SiSense Prism (SiSense
2014), Spotfire, FusionCharts, которые обеспечивают гибкое и удобное решение для интерактив-
ной визуализации данных. Кроме упомянутого выше коммерческого программного обеспече-
ния или пакетов, существуют открытые, бесплатные альтернативы с открытым доступом, обес-
печивающих такое же качество решений и гибкие варианты совместного использования и
развертывания. Многие инструменты с открытым доступом строятся на стандартных веб -
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
383
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
технологиях, таких как HTML, JavaScript, SVG и CSS. Например, D3.js представляет собой
библиотеку JavaScript, которая составляет основу для реализации сложных и интерактивных
решений для визуализации данных и поддерживает почти все виды диаграмм, от традиционных
гистограмм до карты активности (тепловая карта) и географической информационной карты.
D3.js принимает общие форматы данных, такие как GSV, TSVили JSON в качестве вводных
данных и публикует результаты в формате HTML- страниц, которые доступны посредством
веб-браузеров без дополнительных требований. Такая гибкость дает возможность развернуть
результаты, разработанные D3.js в любом месте без дополнительных расходов. Кроме упомяну-
тых выше пакетов существуют визуализация данных онлайн по API, обеспечиваемая такими
крупными компаниями, как Google Charts и Many Eyes.
Обращение исходных данных в визуальный формат- процесс многоступенчатый и вклю-
чает в себя подготовку данных, выбор шаблона визуализации, разработку визуализации,
установку решения и техническое обслуживание.
В дальнейшем, исследования этой темы могут развиваться в направлении интеграции
интерактивных методов визуализации с другими методами, для обеспечения более широкого
спектра решений.
•
Принятие решений в режиме реального времени.
•
Интеллектуальная аналитическая визуализация.
В эпоху больших данных, визуализация, особенно интерактивных методов еще более важ-
на в связи с проблемой получения своевременной и нужной информации из огромного объема
имеющихся данных. Основными преимуществами являются улучшение процесса принятия ре-
шений, быстрый обмен информацией и возможность самообслуживания для конечных пользо-
вателей.
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ TƏHSİLİN İDARƏ
EDİLMƏSİNDƏ İKT-NIN ROLU
Aynur XƏLİLLİ
Qafqaz Universiteti
xelilli1994@list.ru
AZƏRBAYCAN
Əli HƏSƏNOV
Qafqaz Universiteti
ahasanov@qu.edu.az
AZƏRBAYCAN
Yaşadığımız əsrin informasiya əsri kimi adlandırıldığını nəzərə alaraq informasiya texnologiyala-
rının həyatımızdakı rolunun nə qədər əhəmiyyətli olduğu hər kəsə məlumdur. Müasir dövrdə gənc
nəslin xüsusi ilə də orta məktəb şagirdlərinin informasiya texnologiyalarına olan marağı, o cümlədən
bu avadanlıqlara ayırdıqları zaman bir öncəki nəslin nümayəndələrinə görə gözlə görüləcək qədər
yüksəkdir. Bu baxımdan dünyanın aparıcı ölkələrində olduğu kimi Azərbaycanda da təhsilin inkişaf və
idarəedilməsində İKT-nin müstəsna rolu idarəedicilər tərəfindən bilinməkdədir və bu istiqamətdə
mühim addımların atılmasında istəklidirlər. Ölkə rəhbərliyi Təhsil Nazirliyinin rəhbərliyi ilə bir sıra
beynəlxalq və yerli təşkilatlara bu istiqamətdə müxtəlif layihələrin aparılmasına daima dəstək vermiş
və təşviq etmişdir. Bu tədqiqatda bu istiqamətdə görülən işlərə baxılmış, umumtəhsil məktəblərinin
idarə edilməsində tətbiq edilən sistemlərin təhsilə, müəllimlərə, şagirdlərə, təhsil işçilərinə və həm-
çinin valideynlərə olan faydaları öyrənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Döv-
lət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə təhsil nazirliyi 5 oktyabr 2009-cu il tarixində
“Elektron məktəb” layihəsinin tətbiq olunması haqqında əmr imzalayıb.
“Elektron məktəb” layihəsi tədrisin rahat təşkili və təhsilin asan idarə olunması üçün nəzərdə
tutulub. Hal-hazırda bu layihəsi çərçivəsində tətbiq olunan proqram təhsilin daha asan idarə edilmə-
sində, məktəb-valideyn, şagird-məktəb, müəllim-valideyn qarşılıqlı əlaqələrinin effektivliyinin artırıl-
ması üçün əla fürsətlər yaratmaqdadır. Bu layihə bir neçə şəhər və rayon məktəblərində tətbiq edil-
məkdədir. Bunlar Bakı, Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan və İsmayıllı
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
384
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
məktəbləridir. Elektron məktəblərdə hər müəllimin özünün elektron poçtu olur və lazım olduqda
məlumatları bu poçt vasitəsi ilə göndərir və qəbul edirlər. Elektron məktəblərdə idarə etmə işlərinin
daha rahat aparılmasına, uçot və nəzarət işlərinin təkmilləşdirilməsinə xidmət etməsi üçün “elektron
jurnal”-lardan istifadə edilir. Həmçinin elektron məktəb layihəsinin tətbiq olunduğu məktəblərdə
“elektron gündəlik” (e-gündəlik) layihəsi də tətbiq edilməyə başlayıb. Bu lahiyə şagirdlərin təhsili
barədə valideynlərin SMS-bildirişlər vasitəsi ilə məlumatlandırılması məqsədini daşıyır. Layihənin
sistem inteqratoru kimi “Ultra” şirkəti seçilib.
Təhsil Sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində 1 şagird 1
kompyuter layihəsini də misal göstərə bilərik. 1 şagird 1 kompüter layihəsi Təhsil Nazirliyi və İntel
korporasiyasının birgə təşəbbüsüdür. İlk olaraq layihəyə 21 pilot məktəb qoşulmuşdur. Bu məktəblərə
cəmi 2277 təhsil üçün nəzərdə tutulmuş netbuklar paylanmışdır. Məktəblərdə eyni zamanda simsiz
internet şəbəkəsi qurulmuş və 561 müəllim netbuklardan istifadə üçün təlim keçmişdir. Həmin netbuk-
ları şagirdlər həm məktəbdə həm də evdə dərs üçün işlədə bilirlər. Layihədə “E-learning classroom”
proqram təminatından istifadə edilir. Bu proqram vasitəsi ilə şagirdlər daha az vaxt sərf edərək həm
onlayn həm də oflayn tapşırıqları yerinə yetirirlər.
Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində növbəti fəaliyyyət
dairəsi olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ULTRA şirkətinin rəhbərlik etdiyi və
SIVECO, Microsoft, Hewlett-Packard, CISCO, Mədəd və Intel şirkətlərindən ibarət beynəlxalq
konsorsium Azərbaycanın orta məktəblərində Elektron təhsil həllərinin tətbiqi üçün təhsil portalını
(http://portal.edu.az/) göstərə bilərik. Təhsil Portal hazırlanarkən əsasən dörd istifadəçi qrupu nəzərdə
tutulmuşdur: "müəllimlər", "şagirdlər", "tələbələr" və "valideynlər". Portalda istifadəçilərin xidmətinə
verilmiş məlumat və resurs mərkəzi mövcuddur ki, bu verilənlər bazasına eyni anda milyonlarla əmə-
liyyatların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
“Mədəd Azərbaycan” təşkilatı 2013-cü ildən Avropa şurasının maliyyələşdirdiyi “ETwinning
Plus” layihəsinin icrasına başlayıb. Bu poqram Avropa İttifaqının “Erasmus+” proqramının tərkib
hissəsidir. Hal-hazırda Azərbaycanda 104 məktəb və 240 müəllim layihədə iştirak edir. Bu layihə
xarici dil dərslərinin keçilməsi üçün tətbiq edilir. Bu layihə üzrə şagirdlər yarımqruplara bölünür.
Dərslər birinci sinifdən ingilis dili yazı ilə deyil, dinləmə və qavrama yolu ilə mənimsədilir. Şagird
müəllimin nitqini və ya başqa audiovəsaitləri dinləyərək dil öyrənir.
Növbəti olaraq Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən İstək liseylərində tətbiq
olunan Elektron Məktəb Sistemini göstərə bilərik. Elektron Məktəb Sistemi “İstək” liseyinin İKT böl-
məsi tərəfindən hazırlanmış xüsusi proqram təminatıdır. Bu sistemdə hər bir şagirdin öz səhifəsi olur.
Şagird bu səhifədə özünə aid dərs cədvəlini, qiymət cədvəlini, dərslərə davamiyyətini, imtahanlarda
göstərdiyi nəticələrini və nizam intizam pozuntuları ilə əlaqəli məlumatları görə bilir.
Aparılan tədqiqatın nəticəsinə əsaslanaraq deyə bilərik ki, yuxarıda qeyd olunan hər bir sistem
müvəffəqiyyətlə tamamlanmış və fəaliyyətini davam etdirməkdədir. Amma bununla yanaşı müəyyən
çatışmamazlıqlar hələdə davam etməkdədir. Belə ki, yuxarıda qeyd olunan sistemlər spesifik müəyyən
qrup məktəbləri əhatə edir ki, bu da ümumən baxanda o qədər də böyük göstərici deyil. İKT
avadanlıqlarının imkanlarından çox geniş şəkildə istifadə edildiyi bir dövrdə digər bütün məktəblərdə
əsasən də Respublikanın bölgələrindəki rayon və ucqar kənd məktəblərinə də belə sistemlərin quraş-
dırılmasına ehtiyac var. Çünkü sistem vasitəsi ilə bölgələrdəki problemlərin həlli çox rahat bir şəkildə
həll olar, o cümlədən material çatışmamazlığı probleminin qarşısı müəyyən qədər alınmış olar. Növ-
bəti problemlərdən biri də bu sistemləri istifadə edə biləcək çox təəssüfki hələdə kifayət qədər
ixtisaslaşmış kadr çatışmamazlığıdır.
Dostları ilə paylaş: |