Təşkilati-inzibatçılıq fəaliyyət üzrə:
- makro, mezo və mikro səviyyədə milli iqtisadiyyatın sahələrinin müxtəlif insti-
tutsional qurumlarında dəyişən şəraitə və tələbə uyğun olaraq makroiqtisadi
siyasətin və strategiyanın ümumi qanunauyğunluqlarını, xüsusiyyətlərini
müəyyənləşdirməklə işlənib hazırlanan konsepsiyaya rəhbərlik etmək (PK-18);
- milli iqtisadiyyatın müxtəlif sahə və sferalarında sosial-iqtisadi inkişaf prose-
sini effektiv reallaşdırmaq üçün riyazi, informativ üsullardan, modellərdən
bacarıqla istifadə etmək (PK-19);
- müxtəlif səviyyəli institutsional qurumlarda sosial-iqtisadi proseslərin ətraf
mühitin mühafizəsinin ölkədə reallaşdırılan tənzimləmə modelinə uyğun olaraq
həyata keçirilməsinə rəhbərlik etmək (PK-20);
- milli iqtisadiyyatın müxtəlif səviyyələrində sosial-iqtisadi proseslərin təşkili,
idarə olunması, tənzimlənməsi, əmlak və potensialın qiymətləndirilməsi
prosesi ilə bağlı qəbul edilmiş normativ-hüquqi sənədlərə, aktlara, bağlanmış
müqavilələrin yerinə yetirilməsinə nəzarət etmək və onlara riayət edilmədiyi
halda müvafiq inzibati-hüquqi tədbirlər görmək (PK-21);
6
- peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll
etməyə (PK-22);
- müvafiq fəaliyyət və metodları təklif etmək və planlaşdırmağa, onların qısa və
uzunmüddətli nəticələrini təhlil etməyə (PK-23);
- fəaliyyət və ya təhsil sahəsi ilə bağlı problemləri yaradıcı şəkildə
müəyyənləşdirmək və ortaya qoya bilməyə, konkret vaxt çərçivəsində və
məhdud informasiya şəraitində onları həll edə bilməyə (PK-24);
- fəaliyyət və təhsil sahəsi ilə bağlı problemlərin həlli zamanı müvafiq
texnologiya və metodları seçmək və onlardan istifadə edə bilməyə, həmçinin
potensial nəticələri müəyyənləşdirmək və/və ya qiymətləndirə bilməyə
Dostları ilə paylaş: |