Microsoft Word 10 ikram agasiyev doc


Йени дювр  Тарих вя онун проблемляри, №3 2010



Yüklə 354,28 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.01.2022
ölçüsü354,28 Kb.
#40907
1   2   3   4   5   6
10 ikram agasiyev

Йени дювр 

Тарих вя онун проблемляри, №3 2010 

 

53

növbəli istifadə sistemi tətbiq olunurdu. Müasirlərin yazdığına görə adı  çəkilən koloniyaların 

yerləşdiyi ərazilərdə torpaqlar o qədər münbit idi ki, hətta eyni sahədən fasiləsiz 6-8 il istifıadə etmək 

mümkün olurdu. Qafqazda mövcud olan əkinçilik koloniyalarında məhsuldarlıq torpaqla yanaşı, ilk 

növbədə  əkin sahələrinin su təchizatı ilə  sıx bağlı idi.Marienfeld və Petersdorf koloniyalarında 

əkinçilik suvarma xarakteri daşıdığından bu koloniyaların sakinləri su çatışmazlığından daha çox 

əziyyət  çəkirdilər.  Üzümlüklərin, bostanların və qarğıdalı sahələrinin suvarılması  üçün koloniya 

ərazisində su mənbələrinin olmadığından bu koloniyalara Qabırrı  (İori)  çayından su kanalının 

çəkilməsinə  zərurət yaranmışdı.1840-cı ilin aprelində Marienfeld və Petersdorf kolonistləri Gürcü-

İmeretiya qubernatoruna ünvanladıqları xahişnamədə  İori  çayından suvarma kanalının  çəkilişinə 

icazə istəyirdilər. Kolonistləri narahat edən əsas məsələ kanalın keçəcəyi Sartiçala kəndinin əhalisini 

razı salmaq idi. Bu məsələ ilə bağlı Sartiçala kəndinin azərbaycanlı əhalisi ilə kolonistlər arasında 

münaqişələr yaranırdı,  çünki kanalın  əsas hissəsi azərbaycanlıların torpaqlarından keçdiyi  üçün 

onların əkin sahələrinə ziyan dəyir, sahələr yararsız hala düşürdü. 

1842-ci ilin fevralında Gürcü-İmeretiya Dövlət  Əmlak Palatası kolonistlərin xahişini nəzərə 

alaraq onlara İori  çayından kanal çəkilişinə icazə verdi və  sənəddə  göstərilirdi ki, «kanal ondan 

istifadə edənlərin öz şəxsi hesablarına çəkilməlidir». Kanalın çəkilişi 1843-cü ildə başa çatdı və kanal 

azərbaycanlıların yaşadığı Sartiçala kəndindən keçdiyi üçün suyun 5/10 hissəsindən azərbaycanlılar, 

4/10 hissəsindən Marienfeld və 1/10 hissəsindən Petersdorf kolonistləri istifadə etmək hüququna 

malik idilər. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun göstərişi ilə  hələ XVIII əsrin 

sonlarında çar İrakli tərəfindən çəkilən köhnə su kanalı bərpa edildi(4,v.80).  

Gürcüstandakı Yelizavettal, Yekaterinenfeld və Azərbaycanda yaranan Yelenendorf, 

Annenfeld koloniyalarında  üzümçülük və  şərabçılıq inkişaf etmişdi.  Üzümlüklər,  əsasən, dəmyə 

ərazilərində salındığından onların su ilə təchizatında problemlər yaranmırdı. Onlar həm təbii, həm 

də süni şəkildə suvarılırdılar. Üzümçülük bu koloniyalarda hələ 1820-ci illərdən başlamışdı və ilk illər 

kolonistlər yerli-Qafqaz üzüm sortlarının yetişdirilməsi ilə  məşğul olurdular. XIX əsrin birinci 

yarısında Cənubi Qafqaz koloniyalarında  ən  çox yayılan  üzüm sortu ənənəvi olaraq Kaxetiyada 

yetişdirilən Tarkveri sortu idi. Bu sortdan alınan qatı, qırmızı  şərab Qafqaz bazarlarında yüksək 

qiymətləndirilirdi.Məskunlaşdıqları ilk illərdə kolonistlərin üzümçülük və şərabçılıqda nailiyyətləri o 

qədər də nəzərə çarpacaq deyildi: məhsuldarlıq çox aşağı idi, məhsul yetişməmiş quruyur və yaxud 

yetişmə prosesi yarımçıq qalırdı.  İldən ilə bu halın təkrarlanması kolonistlərin maddi durumuna 

mənfi təsir edirdi və yalnız yerli azərbaycanlı əhalinin köməyi ilə kolonistlər bu problemi həll etdilər: 

azərbay-canlıların tətbiq etdiyi çiçəklənmə dövrü cır üzüm (qora) çiçəyi ilə üzümün tozlandırılması 

metodu alman koloniyalarında məhsuldarlığın artmasına müsbət təsir göstərdi.Üzümçülüklə məşğul 

olan koloniyalarda əlavə təsərrüfat növləri ilə də məşğul olurdular – əkinçilik, arıçılıq, heyvandarlıq 

koloniyaların daxili tələbatının ödənilməsinə xidmət edirdi. Bəzi epizodik hallarda kolonistlər artıq 

məhsullarını qonşu kəndlərin sakinlərinə satırdılar. 

Cənubi Qafqazda heyvandarlıq üzrə ixtisaslaşan yeganə koloniya – Aleksandersqilf koloniyası 

aid idi. Bütün koloniyalardan ayrıca yerləşən bu «törəmə» koloniya XIX əsrin ortalarında 

Yelizavettal koloniyasından 38 aztorpaqlı kolonist ailəsinin Tsalka adlı yerə  köçürülməsi ilə 

yaranmışdı. Çoçian adlı bu sahədə torpaq əkinə yararlı olmadığından Aleksandersqilf kolonistləri 

heyvandarlıqla məşğuliyyətə üstünlük verdilər. Əlavə təsərrüfat sahəsi kimi çox məhdud miqyasda 

əkinçiliklə, bostançılıqla, bağçılıqla məşğul olurdular və bu sahələr onların daxili tələbatının 

ödənilməsinə  yönəlmişdi. Bu koloniyada üzümçülük  ümumiyyətlə inkişaf etməmişdi. Həm  Şimali 

Qafqaz, həm də  Gürcüstandakı alman koloniyalarında heyvandarlığın inkişafı XIX əsrin ikinci 

yarısı - XX əsrin əvvəllərinə təsadüf edir. Ümümiyyətlə, XIX əsrin birinci yarısında Qafqazın alman 

koloniyalarında təsərrüfat həyatı təşəkkül mərhələsini yaşayırdı: koloniyalarda məqsədyönlü şəkildə 

əmtəə istehsalı yox dərəcəsində idi, bazarla əlaqələr müvəqqəti, fraqmentar xarakter daşıyırdı. Bir 

çox koloniyalar nəinki artıq məhsul istehsal edir, hətta özləri yoxsulluqda yaşayır və tez-tez rəsmi 

dövlət orqanlarına maddi yardım göstərilməsi xahişi ilə müraciət edirdilər. 





Yüklə 354,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin