417. Naxçıvan Muxtar Respublikasının Baş nazirini
hansı orqan və ya vəzifəli şəxs təyin edir?
- Naxçıvan Muxtar Respublikasının Ali Məclisi.
418. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
hansı məsələləri həll edir?
- muxtar respublika büdcəsinin layihəsini hazırlayıb
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;
- muxtar respublikanın büdcəsini icra edir;
- muxtar respublikanın iqtisadi proqramlarının həyata
keçirilməsini təmin edir;
- muxtar respublikanın sosial proqramlarının həyata
keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası Prezidentinin onun
səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
Dostları ilə paylaş: |