261. Azərbaycan Respublikası Konstitusiyasının 104-cü
maddəsinin II hissəsində Azərbaycan Respublikası Preziden-
tinin istefa verdiyinə görə vəzifədən getmiş sayılması
prosedurası necə müəyyən olunmuşdur?
- Azərbaycan Respublikasının Prezidenti istefa verdikdə
onun istefa ərizəsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının
Konstitusıya Məhkəməsi istefa ərizəsini Azərbaycan
Respublikası Prezidentinin özünün verdiyinə əmin olduğu
təqdirdə Azərbaycan Respublikası Prezidentinin istefasının
qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan
Azərbaycan Respublikasının Prezidenti istefa verdiyinə görə
vəzifədən getmiş sayılır.
Dostları ilə paylaş: |