məsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçı-
van Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında
hansı məsələləri həll edir?
- 1) Azərbaycan Respublikası qanunlarının, Azərbaycan
Respublikası Prezidentinin fərman və sərəncamlarının,
Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və
sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına
uyğunluğu;
2) Azərbaycan Respublikası Prezidentinin fərmanlarının,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar-
larının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
uyğunluğu;
4) Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının
qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) Bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitu-
siyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan
Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Res-
publikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar
63
Respublikasında, həm də Naxçıvan Muxtar Respublikasının
Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan Respublikasının qüvvəyə minməmiş
dövlətlərarası müqavilələrinin Azərbaycan Respublikası Kons-
titusiyasına uyğunluğu; Azərbaycan Respublikasının hökumət-
lərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitu-
sıyasına və qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar Respublikası Konstitusiyasının,
qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar
Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası
qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarına uyğunluğu;
8) qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında
səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
Dostları ilə paylaş: |