384. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü
maddəsinin I hissəsinə görə Azərbaycan Respublikasının
Prokurorluğu hansı səlahiyyətləri həyata keçirir?
- Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə
tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq
olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda
cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət
ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə
qərarlarından protest verir.
385. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü
maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının
Prokurorluğunun statusu necə müəyyən olunub?
- Azərbaycan Respublikasının Prokurorluğu ərazi və
ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş
prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş
orqandır.
Dostları ilə paylaş: |