Vərəm perikarditi
ACKV-nin bu klinik forması əksər hallarda İİV-ə yoluxmuş
xəstələr arasında, nadir hallarda isə digər xəstələrdə müşahidə
olunur. Vərəm perikarditi vərəm infeksiyasının mediastinal limfa
düyünlərindən, ağciyərlərdə və onurğada olan ocaqlardan yayılması
nəticəsində, eləcə də miliar vərəmin fonunda inkişaf edir. Ləng
inkişaf edən formalarda, adətən, perikard boşluğuna toplanan
mayenin təsiri nəticəsində təngnəfəslik, periferik ödemlər şəklində
ürək-damar pozuntuları meydana çıxır. Bəzi hallarda xəstəlik kəskin
başlayaraq özünü yüksək hərarət və ürək nahiyəsində qəfil ağrılar ilə
büruzə verir. Müayinə zamanı bu xəstələrdə ürək hüdudlarının
böyüməsi, taxikardiya, perikardın sürtünmə küyü, parodoksal nəbz
(dərin nəfəsalma zamanı arterial təzyiqin enməsi və nəbzin
dolğunlaşması), boyun venalarının genişlənməsi kimi simptomlar
müşahidə edilir.
Diaqnostik nöqteyi-nəzərdən perikardın biopsiyası perikardial
ekssudatın müayinəsinə nisbətən daha informativdir. Bu formalarda
bax: “Ağciyər vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tətbiqi üzrə klinik protokol”
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Bakı. - 2014. - 28 səh.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
21
vərəm əleyhinə kimyəvi terapiya ilə yanaşı qlükokortikosteroidlərin
təyini xəstəliyin simptomlarının daha tez itməsini və perikard
boşluğundan mayenin daha tez sorulmasını təmin edir.
Dostları ilə paylaş: |