20
Vərəm plevritinin müalicəsi
Vərəmin kimyəvi terapiyası aparılmadan da bəzən ekssudatın
sorulması mümkündür, lakin bu hallarda təsadüf edilən
residivlərin səviyyəsi daha yüksək olur
Vərəm plevritinin müalicəsi ACKV-nin adi formalarında aparılan
müalicəyə uyğun aparılır (Cədvəl 3); müalicə rejimi:
2HREZ/4HRE (B)
80
DDV aşkar edildiyi hallarda müvafiq müalicə rejimi təyin edilir (Cədvəl 3)
Vərəm əleyhinə preparatların plevra daxilinə yeridilməsi tövsiyə olunmur
Plevral ekssudatın rezorbsiyası 6-12 həftə müddətində baş verir,
buna görə də onun evakuasiyası yalnız plevral boşluğa toplanan
mayenin miqdarı çox olduqda və kompresiya nəticəsində tənəffüs
çətinlikləri meydana çıxan hallarda göstərişdir
Nadir hallarda bronxopulmonal fistulalar, plevranın empiyeması,
fibrotoraks kimi fəsadlar formalaşa bilər ki, bunlar da “Ağciyər
vərəminin kompleks müalicəsində cərrahi müdaxilənin tətbiqi”
üzrə klinik protokola uyğun xüsusi cərrahi müdaxilələri tələb edir
Dostları ilə paylaş: