Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
səhifə26/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   22   23   24   25   26   27   28   29   ...   40
Şəkil 1. Miliar vərəm zamanı müxtəlif orqanların zədələnmə tezliyi 

(Sharma SK, Mohan A, Sharma A. Challengers in the diagnosis & treatment of 

military tuberculosis. Indian J Med Res. 2012 May; 135 (5): 703-30

Miliar vərəm üçün yüksək hərarət, titrəmə, gecə  tərləmələri, 

iştahanın və  çəkinin azalması kimi klinik simptomlar səciyyəvidir. 

Bu və ya digər orqanın zədələnməsindən asılı olaraq ümumi 

simptomlara yerli simptomlar da qoşulur (Şəkil 1). Miliar vərəmin     

10-30% hallarında vərəm meningiti aşkar edilir.

 

 Miliar vərəmin tez 



proqressivləşən və ildırımvari formaları septiki şok, kəskin tənəffüs 

distress-sindromu, poliorqan çatışmazlığı ilə müşaiyət olunur. Miliar 

vərəm üçün plevrit, pnevmotoraks, kəskin böyrək çatışmazlığı, 

kəskin qaraciyər çatışmazlığı, ürək-qan-damar sistemi tərəfindən: 

 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




28 

miokardit, durğunluqla müşahidə edilən ürək çatışmazlığı, endo- və 

perikardit ürəkdaxili tromboz, aortanın anevrizması, antiretrovirus 

terapiyası fonunda immunitetin bərpasının iltihabi sindromu kimi

 

fəsadlar səciyyəvidir.  



Ağciyərin rentgenoqramlarında 85% hallarda diffuz interstisial 

dəyişikliklər fonunda çoxsaylı kiçik, 2-3 mm diametrli ocaqlar aşkar 

olunur. Qarın boşluğu orqanlarının USM-də lakunar assit, qaraciyər 

və dalağın ocaqlı zədələnməsi, adneksit, mezenterial limfa vəzlərinin 

böyüməsi və bağırsaqlararası soyuq abseslər aşkar olunur. Laborator 

müayinələrdə normoxrom anemiya, leykopeniya, yaxud leykositoz

EÇS artması və hiponatriemiya kimi dəyişikliklər müşahidə edilir

39



Ağciyər vərəmindən və ağciyərdənkənar orqanların vərəminin digər 

formalarından fərqli olaraq miliar vərəm üçün tuberkulin sınaqlarının 

anergiyası  səciyyəvidir, belə ki, 20-75% hallarda Mantu sınağının 

nəticəsi mənfi olur

73

. Diaqnozu dəqiqləşdirmək üçün aparılan digər 



müayinələrə  bəlğəmin, bronxoalveolyar lavajın, mədənin yuyuntu 

sularının müayinəsi, onurğa beyninin punksiyası  və onurğa beyni 

mayesinin, qanın (VMB-ni aşkarlamaq üçün) əkmə üsulu ilə 

müayinəsi, qaraciyər və sümük iliyinin biopsiyası, eləcə  də göz 

dibinin müayinəsi aiddir. 

Müalicənin gecikdirilməsi yüksək ölüm səviyyəsinə  gətirib 

çıxarır. Hətta vərəm  əleyhinə terapiya fonunda miliar vərəmi olan 

xəstələr arasında letallığın səviyyəsi uşaqlarda 15-20%, böyüklər də 

isə 25-30%-ə çatır. 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin