Mədə-bağırsaq sistemi vərəminin diaqnostikası
Qarın boşluğunun laporosentezi
USM ilə istiqamətləndirilən qarın boşluğunun NİAB-ı
Qarın boşluğundan (periton, müsaqirə, limfa vəziləri) götürülmüş
patoloji materialın biopsiyası zamanı vərəm qranulyomalarının
və onun komponentlərinin aşkarlanmasına yönəldilmiş histoloji
müayinə
VMB-ni və onların dərmanlara həssaslıq testini təyin etmək üçün
əldə edilən materialın (bioptatın, nəcisin, qarın boşluğundan
alınmış bioptatın) bakterioloji müayinəsi
Qarın boşluğundan alınmış bioptatın sitoloji, biokimyəvi
müayinəsi, o cümlədən ADA-nın təyini
Bakterioloji müayinələr müsbət nəticə vermədikdə patoloji
materialın PZR müayinəsi
Qarın boşluğunun, KT müayinəsinə üstünlük verilməklə,
rentgenoqrafik müayinəsi, eləcə də bağırsaqların barium məhlulu
ilə kontrast rentgenoqrafik müayinəsi
Qarın boşluğu orqanlarının USM-i
Yuxarıda göstərilən metodlarla müayinələrin nəticələri şübhə
doğurduğu hallarda bağırsaqlar və digər orqanlardan kolonoskopik
və ya laparoskopik yolla əldə edilmiş materialın histoloji və
bakterioloji müayinəsi göstərişdir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
|