Qadın cinsiyyət üzvlərinin vərəmi
Qadın cinsiyyət üzvlərinin vərəmi əsasən sonsuzluğa görə
aparılan diaqnostik müayinələr zamanı aşkarlanır. Vərəmin bu
formasına 7-15% hallarda təsadüf edilir
62
. Adətən, bu zaman
zədələnmə prosesi uşaqlıq borularının selikli qişasından başlayaraq
müsariqəyə, endometriuma, yumurtalıqlara, uşaqlıq boynuna və
uşaqlıq yoluna yayılır. Bu proses həm simptomsuz, həm də kəskin
iltihab əlamətləri ilə inkişaf edə bilər. Xəstəliyin fəal fazasında çanaq
nahiyəsində ağrılar, dismenoreya, vaginal qanaxmalar kimi əlamətlər
müşahidə edilə bilər. Qadınlarda cinsi orqanların vərəminin
diaqnostikasında yaranan problemlər bakterioloji müayinələrin
informativliyinin və tuberkulin sınaqlarının spesifikliyinin aşağı
səviyyədə olması ilə əlaqədardır. Eləcə də bu xəstəliyin
diaqnostikasında rentgenoloji müayinə (histerosalpinqoqrafiya) və
USM kifayət qədər effektli deyil
69
. Diaqnostik metodlardan ən
informativ olan uşaqlıq daxilindən götürülmüş nümunələrin PZR
müayinəsidir
34
.
Adətən, bu klinik formaların müalicəsində kimyəvi terapiya yaxşı
effekt verir və cərrahi müdaxiləyə nadir hallarda ehtiyac olur. Lakin
bir çox hallarda səmərəli terapiya nəticəsində belə fertil funksiyanı
bərpa etmək mümkün olmur. Bu hallarda alternativ müalicə kimi
ekstrakorporal mayalanma tətbiq edilməlidir
7
.
Dostları ilə paylaş: |