seqmentlərinin zədələnmələrinə bölünür. Belə bölgünün rasionallığı
müşahidə edilir. Ön seqment zədələnmələri arasında ən çox təsadüf
. Göz vərəmi olan xəstələrin əksər hissəsi
səviyyəsinə dəlalət edir.
39
Gözlərin vərəmlə zədələnməsi bilavasitə VMB-nin təsirindən,
eləcə də vərəm antigenlərinə qarşı göz strukturlarında əmələ gələn
reaktiv iltihab nəticəsində mümkündür. Gözlərin vərəmi zamanı
müşahidə olunan morfoloji dəyişikliklər (skleranın fliktenulyoz
iltihabı, konyuktivitlər, buynuzlu qişanın xoraları və ya interstisial
dəyişiklikləri, sinexiyalar, qüzehli qişanın, siliar cismin və xorionun
qranulyomaları, torlu qişadakı damar dəyişiklikləri) spesifik olmayıb,
digər göz xəstəliklərində də (sarkoidoz, sifilis, Laym xəstəliyi, İİV
infeksiyası) müşahidə edilir. Vərəm prosesi, adətən, histoloji və
bakteriolji müayinələrin aparılması məqsədi ilə biopsiyanın
aparılması və ya digər patoloji materialların alınması qeyri-mümkün
olan gözün daxili strukturlarını (uveitlər, retinitlər) zədələməsi
səbəbindən göz vərəminin diaqnostikası xeyli çətinləşir. Gözdən
alınan möhtəviyyatın bakterioloji müayinəsi də çox nadir hallarda
müsbət nəticə verir. Tuberkulin sınaqları və İGRA testlərinin tətbiqi
vərəmin latent və ya fəal formalarını diferensə etməyə imkan vermir.
Bütün bunlarla əlaqədar olaraq əksər hallarda klinik əlamətlərə,
vizual simptomatikaya, xəstəliyin anamnezinə, ağciyərlərdə və
ağciyərlərdənkənar orqanlarda fəal vərəm prosesinin olmasına əsasən
göz vərəmindən şübhələnmək olar. Zədələnmənin vərəm mənşəli
olması haqqında son qərarı yalnız vərəm əleyhinə müalicənin müsbət
nəticəsinə əsaslanaraq vermək olar.
Son illər VMB-ni təyin etmək məqsədilə şüşəyəbənzər cismin
maye mühitinin PZR-nin miqdarına əsaslanan diaqnostika metodu
geniş tətbiq olunmaqdadır. Retinal vaskuliti (İlz xəstəliyi) və
VMB-nin DNT səviyyəsi 1,52x10
4
-1,01x10
4
diapazonunda olan
xəstələr qrupunda bu müayinə üsulu 50% hallarda müsbət nəticə əldə
etməyə imkan verir
76
.
Müalicənin effektivliyi diaqnozun vaxtında qoyulmasından və
kimyəvi terapiyaya başlanma müddətindən asılıdır. Adətən, standart
kimyəvi terapiyanın təyini tam sağalma ilə nəticələnir, lakin bəzi
hallarda görmə funksiyasının tam bərpası mümkün olmur.
Dostları ilə paylaş: