40
Göz vərəminin diaqnostikası
Vərəmi
olan xəstə ilə təmas, keçmişdə və hazırda latent və ya
fəal vərəm infeksiyasının mövcud olması haqqında məlumatlar
daxil olmaqla xəstəlik tarixinin ətraflı və diqqətlə öyrənilməsi
Ağciyər və ağciyərdənkənar orqanların vərəmini aşkar etmək
məqsədilə kompleks diaqnostik müayinələrin aparılması
Göz qapaqlarının xarici müayinəsi daxil olmaqla göz yaşı
kisəsinin və göz yaşı kanallarının, skleranın, konyunktivanın,
buynuzlu qişanın oftalmoloji müayinəsi
Torlu qişanın flüoresent angioqrafiya (FAQ) metodu ilə
müayinəsi daxil olmaqla
göz dibinin müayinəsi
Optik kogerent tomoqrafiya və USM
Diaqnozu dəqiqləşdirməyə ehtiyac
olduqda şüşəyəbənzər cismin
punksiyası və VMB-nin PZR kəmiyyətinə əsaslanan müayinəsi
Dostları ilə paylaş: