Microsoft Word 86 Agciyerden kenar verem 4



Yüklə 0,51 Mb.
səhifə36/40
tarix28.12.2021
ölçüsü0,51 Mb.
#9458
1   ...   32   33   34   35   36   37   38   39   40
Dəri vərəmi 

Dəri vərəmi VMB-nin həm ekzogen yolla dəri tamlığının 

travmatik və digər mənşəli pozulmasından, həm də orqanizmin 

daxilində olan ocaqlardan limfogen yayılması  nəticəsində yaranır. 

Dəri vərəminin klinik təzahürləri çox müxtəlif olub, VMB-nin 

orqanizmə daxil olma yollarından (ekzogen və ya endogen yoluxma), 

immun sistemin vəziyyətindən və  dəridəki zədələnmə ocağında 

VMB populyasiyalarının kəmiyyətindən asılıdır

23

.

 



Dəri vərəminin 

diaqnostikasının əsasını klinik təzahürlərin və xəstənin anamnezinin 

dəqiq qiymətləndirilməsi, dəridən götürülən bioptatın və patoloji 

möhtəviyyatın bakterioloji, histoloji və PZR müayinəsi təşkil edir. 

Zədələnmə nahiyəsi dəri səthinin böyük hissəsini  əhatə etdikcə 

VMB-ni mövcud olan bütün müayinə üsulları ilə (mikroskopiya, 

əkmə, histoloji müayinə, PZR müayinə) aşkarlamaq mümkün olur. 

Bəzi dəri  əlamətləri paraspesifik xarakter daşıyır və hiperhəssaslıq 

tipində inkişaf edir. Bu hallarda VMB-ni heç bir üsulla aşkarlamaq 

olmur, diaqnostika klinik əlamətlərə və xəstəlik tarixçəsinə əsaslanır. 

Dəri vərəminin müasir təsnifatı VMB-nin zədələnmə ocağına daxil 

olma yollarına və ocaqda infeksiyanın kəmiyyətinə əsaslanır. 

VMB-nin zədələnmə ocağına daxil olma yollarına  əsaslanan 

təsnifat: 

 

Ekzogen mənşəli 



 

 

 



 

 

 



Klinik protokol Az

ərbaycan Respublikas

ı S

əhiyy


ə Nazirliyinin 

İctimai S

əhi

yy

ə v



ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




37 

 



vərəm  şankrı, dərinin ziyiləbənzər vərəmi, ekzogen 

qurdeşənəyi 

 

Endogen (təmas) mənşəli 



 

skrofuloderma, orofasial vərəm 



 

Hematogen mənşəli 



 

kəskin miliar vərəm, metastatik (qummatoz) vərəm absesi, 



papulonekrotik tuberkulid, hematogen qurdeşənəyi 

 



Limfogen mənşəli 

 



endogen limfogen qurdeşənəyi 

Dəri vərəminin zədələnmə ocağındakı VMB-nin kəmiyyətinə 

əsaslanan təsnifat: 

 



Kütləvi zədələnmə ilə 

 



vərəm  şankrı, skrofuloderma, orofasial vərəm, kəskin miliar 

vərəm, metastatik (qummatoz) vərəm absesi 

 

Oliqobasilyar zədələnmələr 



 

dərinin ziyiləbənzər vərəmi, qurdeşənəyi, papulonekrotik 



tuberkulid 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin